İmam Mehdinin (ə.f) zahiri görünüşü (1) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2016, 12:16 | Şərh sayı: (0) | Baxılıb: 2667
İmam Mehdinin (ə.f) zahiri görünüşü (1)
“Mikyalul-Məkarim”in dəyərli yazıçısı kitabının dördüncü hissəsində İmam Mehdinin (ə.f) camal və gözəlliyini o həzrətin (ə.f) özəlliklərindən biri hesab etmişdir. Yazıçı yazır: “Bil ki, mövlamız Həzrət Sahibəz-zaman (ə.f) insanların ən gözəli və xoşsimalısıdır; çünki insanların Peyğəmbərə (s) daha çox oxşayanıdır”.[1]
İmamı ziyarət etmək müvəffəqiyyətinə çatan xoşbəxt insanların hekayələrini mütaliə edərkən və bu barədə rəvayətləri araşdırarkən əsrin İmamının (ə.f) rüxsar və qamətinin bütün gözəlliklərin kamalında olduğu məlum olur.
Həmin gözəl qamət və ürəkoxşayan siması minlərlə ürəyiyanan aşiqin hər sübhün əvvəli ahu-zar etmələri və Allah-taaladan belə dua etmələrinə səbəb olmuşdur: “Ey Allah! O gözəl sima və könülaçan camalı mənə göstər və gözlərimi ona bir dəfə baxmaqla aydınlat”.[2]
Zəhranın Yusifi olan İmam Mehdinin (ə.f) xüsusiyyətləri ilə daha çox tanış olduqda isə yalançı Mehdi iddiaçılarını daha yaxşı tanıyırıq. Məsumların kəlamları və İmamla (ə.f) görüşənlərdən nəql olunan hekayələrdən bəhrələnərək bu mövzunu daha yaxşı araşdıra bilirik. “Yaşayışın vəsfi yaşayışın yarısıdır” nümunəsi əsasında biz də hamılıqla həmin könüloxşayan camaldan faydalanaq. Sonuncu Allah Höccətinin (ə.f) könüloxşayan camalının vəsfi barədə çoxlu rəvayət nəql edilmişdir. Onların toplusunu iki hissəyə ayıra bilərik.
İmam Mehdinin (ə.f) surət və sirəsinin ümumi vəsfini insanlar içində Allahın Rəsuluna (s) daha çox oxşayan kimi qeyd edən rəvayətlərdən bəzisini qeyd edə bilərik:
1. Cabir ibn Abdullah Ənsaridən nəql olunmuşdur ki, İslam Peyğəmbəri (s) buyurmuşdur: “Mehdi mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi mənim künyəmdir. O, xəlq və xülq baxımından insanlar arasında mənə daha çox oxşayanıdır”.[3]
2. Əhməd ibn İshaq ibn Səd Qummi deyir: “İmam Həsən Əskəridən (ə) eşitdim ki, buyurur: “Canişinimi mənə tanıtdırmadan məni dünyadan aparmayan Allaha şükür olsun. O, yaradılış və əxlaq baxımından insanlar arasında Allahın Rəsuluna (s) daha çox bənzəyəndir”.[4]
Bu rəvayətlərə diqqət etməklə Quran və rəvayətlərdə Peyğəmbərə (s) nisbət verilmiş bütün xüsusiyyətləri İmam Mehdinin (ə.f) müqəddəs vücuduna da nisbət verə bilərik. Peyğəmbərin (s) zahiri xüsusiyyətlərini vəsf edən rəvayətlər çoxdur. İndi isə onlardan birinə işarə edək. İmam Muhəmməd Baqirdən (ə) nəql olunan bir rəvayətdə Peyğəmbərin (s) xarici görünüş xüsusiyyətləri barədə belə buyurulmuşdur: “Allah Peyğəmbərinin (s) rüxsarı qırmızıya çalan (qarışmış) ağ[5], gözləri iri və qara, qaşları bir-birinə bitişmiş, əl-ayağı ətli və iri idi; Elə bil, barmaqlarının üzərinə qızıl tökülmüşdür. Çiyinlərinin sümüyü böyük idi. Üzünü bir kəsə çevirsəydi, çox mehriban olduğu üçün ona tərəf bütün bədənini çevirərdi. Boğazından göbəyinə qədər tük xətti var idi. Sanki xalis gümüş səhifəsinə bir xətt çəkilmişdi. Boğaz və çiyinləri, elə bil, zərif (gümüşdən düzəlmiş) gülabdan kimi idi. Burunu uzunsov idi ki, su içərkən az qalırdı suya dəysin. Yol gedərkən möhkəm yeriyərdi, sanki yüksəklikdən enirdi. Bir sözlə, Allahın Rəsulundan (s) nə əvvəl, nə də sonra onun kimisi görülməmişdir”.[6]
Ardı var...
[1] Seyid Məhəmmədtəqi Musəvi İsfahani, “Mikyalul-Məkarim fi fəvaidid-dua lil-Qaim (ə). Tərcümə: Seyid Mehdi Hairi Qəzvini, c.1, səh.132.
[2] Əhd duasından bir hissə. Biharul-ənvar, c.99, səh.111.
[3] Kamalud-din və təmamun-nemət. Tərcümə: Mənsur Pəhləvan, c.1, bab 25, səh.534-535, hədis.1.
[4] Həmin, c.2, bab 38, səh.118, hədis.7
[5] Qırmızımtıl
[6] Kafi, c.1, səh.443
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər