Qadın sübh və axşam namazlarını ucadan qılmalıdır ya asta səslə? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 6-05-2026, 01:53 | Şərh sayı: (0) | Baxılıb: 526
Qadın sübh və axşam namazlarını ucadan qılmalıdır ya asta səslə?
Cavab: Şəriətimizə görə, günorta (yəni zöhr və əsr) namazlarında dörd rükətin bütün qiraəti (yəni Quran surələri və təsbihati-ərbəə) asta səslə oxunmalıdır. Bu hökm həm kişilərə, həm də qadınlara aiddir. Sübh və axşam (yəni məğrib və işa) namazlarına gəlincə, birinci və ikinci rükətlərində qiraəti uca səslə oxumaq kişilərə vacibdir; üçüncü və dördüncü rükətlərdə isə asta səslə oxunmalıdır. Qadınlar isə sübh, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraəti öz istəklərinə uyğun şəkildə ucadan və ya astadan oxuya bilərlər (üçüncü və dördüncü rükətlərdə astadan oxunmalıdır). Amma əgər qadının səsi naməhrəm kişi tərəfindən eşidilirsə, gərək namazın bütün qiraətini astadan oxusun. Hətta qadın naməhrəmin onu eşitdiyini bilə-bilə qəsdən ucadan oxuyub səsini ona eşitdirsə, namazı batil sayılar və yenidən qılınmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

























Şərhlər