RSS
 

Login:
Şifrə:
» » Ərş haqqında etiqadımız

Xəbər lenti

Ərş haqqında etiqadımız
Ərş haqqında etiqadımız...
Bu dörd əməli yerinə yetirməyincə yatma...
Bu dörd əməli yerinə yetirməyincə yatma......
Müsəlmanlara mənsub, lakin başqalarına aid edilən elmi kəşflər
Müsəlmanlara mənsub, lakin başqalarına aid edilən elmi kəşflər...
On ikinci imamın adının çəkilməsi şiə məzhəbində qadağandırmı?
On ikinci imamın adının çəkilməsi şiə məzhəbində qadağandırmı?...
Qadın sübh və axşam namazlarını ucadan qılmalıdır ya asta səslə?
Qadın sübh və axşam namazlarını ucadan qılmalıdır ya asta səslə?...
Ramazan ayında namazlardan sonra oxunan iki DUA
Ramazan ayında namazlardan sonra oxunan iki DUA...
Beytül-mal nədir?
Beytül-mal nədir?...
Əliağa Vahid və Məşədi Azərin
Əliağa Vahid və Məşədi Azərin...
"Ərbəin - Aşuranın 40-cı günü" qeyd etmək ənənəsinin tarixçəsi
"Ərbəin - Aşuranın 40-cı günü" qeyd etmək ənənəsinin tarixçəsi...
Hirsli halda and içmək düzgün sayılırmı?
Hirsli halda and içmək düzgün sayılırmı?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ərş haqqında etiqadımız

 
Müəllif: Admin | Bölmə: Slide, Allahşünaslıq | Vaxt: Bu gün, 20:38 | Şərh sayı: (0) | Baxılıb: 3

Ərş haqqında etiqadımız


Ərş haqqında etiqadımız Bu məqaləmizdə Qurani-Kərim və hədislər əsasında “ərş” haqqında olan etiqadımızdan danışacağıq. Belə ki, Qurani-Kərimin bir çox ayələrində “ərş”dən söhbət açılmışdır. Təbiki biz “ərş” haqqında olan etiqadımız üçün, bu müqəddəs kitabın həqiqi müfəssirləri olan məsum imamlardan (aleyhimussəlam) bizə gəlib çatmış hədislərə müraciət etməliyik. Görəsən “ərş” deyəndə nə nəzərdə tutulur? “Ərş” müəyyən bir məkandırmı? Yoxsa başqa özəl bir mənası var? “Ərş” haqqında nazil olan ayələrdən bir qismini zikr edib sonra hədislər əsasında bu barədə olan etiqadımızı siz - əziz oxuculara təqdim edəcəyik.



Ərş haqqında olan ayələr.



Allah təbarək və təala buyurur:



1)“Doğurdan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allahdır” (Əraf 54)

2)“Mərhəmətli Allah ərşə ucaldı” (Taha 5)



3) “O, böyük ərşin Rəbbidir” (Tövbə 129)



4)”Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır” (Ənbiya 22)



5) “Sən mələklərin, ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən” (Zumər 75)



6) “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir” (Ğafir 7)



7) “O gün sənin Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır” (Haqqə 17)



İzah: “Ərş” haqqında bu kimi ayələrə baxdıqda zahirən belə başa düşülür ki, “ərş”in mənası yalnız müəyyən bir məkandır və Allah (nəuzu billah) ərşin üzərində oturmuşdur. Necə ki, əhli-sünnə buna etiqad edir. Amma biz deyirik ki, pak və müqəddəs olan Allah təbarək və təala məkanla vəsf olunmaqdan çox-çox ucadır. Qısaca, əqli dəlil olaraq bunu söyləyə bilərik ki, əgər Allah (nəuzu billah) ərş üzərində oturmuş olsaydı, o zaman gərək mələklər heç zaman dərk olunmayan Allahdan həm qüdrətli olmalı, həm də Onu əhatə etmiş olmalıdırlar. Həmçinin, gərək “ərş” Allahdan böyük olsun (Allah cism deyil və elə bir böyük yoxdur ki, Allahın əzəməti və böyüklüyü ilə müqayisə olunsun). Çünki, ayələrin zahiri bunu söyləyir ki, “Allah ərşdədir” və “mələklər ərşi əhatə edir və daşıyır”. Mələklər ərşi daşıyıb və əhatə edirsə nəticədə, Allahı da daşımış və əhatə etmiş olurlar. Buna bir başa ağıl hökm edir ki, kimsə qüdrəti çatmayan şeyi daşıya bilməz. Buna görədə bu ayələrdən başa düşülən budur ki, mələklər Allahı əhatə edir və Ondan qüdrətlidirlər. Amma bu fikir Qurani-Kərim və hədislərə tam olaraq ziddir. Əlimizdə bircə dənə də olsa bu cür xəbər yoxdur. Əksinə bunun ziddinə təvatür xəbərlərimiz var. Yaradılmışlardan kimsə nə Allahı əhatə edib dərk edə bilər, nə də Ondan qüdrətli ola bilər. Qısa olaraq bu nəzəri qüvvətləndirən nəqzi (əksi) dəlilləri sizlərə təqdim edib, sonra bu barədə məsum imamların (aleyhimussəlam) və alimlərimizin şərhinə müraciət edəcəyik.



Qurani-Kərimdə Allah təbarək və təala buyurur:



“Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu əhatə (dərk) edə bilməz” (Taha 110)



“O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istəyindən başqa heç bir şey qavraya bilməzlər” (Bəqərə 255)



“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur” (Yunis 65)



“Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur” (Fatir 10)



Ayələrdən göründüyü kimi məxluqata elmi və qüdrəti bəxş edən Allah təbarək və təaladır. Bu halda naqis və möhtac olan məxluqat Allahı necə dərk edər və Onu əhatə edə bilər? Nəticədə Allahın “ərş”də əyləşməsinə etiqad bəsləməyin batilliyi tam aşkardır.



Məsum İmamlardan (aleyhimussəlam) bizə nəql olunan hədislərdə “ərş” üçün bir neçə məna zikr olunub. Yəni “ərş” təkcə bildiyimiz məkan mənasında deyil. Əksinə “ərş”in bir neçə mənası var. Biz burada “ərş”in müxtəlif mənalarını siz əziz oxuculara məsum imamların (aleyhimussəlam) mübarək kəlamları ilə təqdim edəcəyik.



Ərşin mənaları haqda olan hədislərimiz.



Hədislərimizdə “cəmiul-xəlq” (bütün yaradılmışlar) “ərş”in mənalarından bir kimi qeyd olunur. Yəni “ərş” deyəndə “bütün məxluqat” nəzərdə tutulur.



İmam Sadiq (aleyhissəlam) buyurur: “Ərşin bir mənası bütün yaradılmışlardır”

“Məaniyul-əxbar” səh 29, hədis 1.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 47, bab 1.



İmam Sadiq (əleyhissəlam) başqa yerdə buyurur: “Ərşin “bütün yaradılmışlar” mənasına gəlincə onu səkkiz mələk daşıyır”

“Əl-etiqadat” səh 104.



Qeyd: Qarşıda Şeyx Mufidin (r.ə) bu hədis haqqında verdiyi şərhi qeyd edəcəyik.



Ərş üçün zikr olunmuş digər bir məna isə “elm”dir. Burdakı elmdən məqsəd Allah tərəfindən öz höccətlərinə əta olunmuş elmdir. İmam Sadiq (aleyhissəlam) bu barədə buyurur:

“Ərşin digər mənasına gəlincə bu elmdir hansı ki, Allah o elmdən Öz nəbi və rəsullarını xəbərdar edib.”

“Məaniyul-əxbar” səh 29, hədis 1.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 47, bab 1.



Başqa yerdə İmam (aleyhissəlam) buyurur:



“Ərşin elm mənasına gəlincə bunu da səkkiz nəfər daşıyır. Bu səkkizindən dördü əvvəldəkilərdən, dördü isə sonunculardandır. Əvvəldəkilərə gəlincə bunlar Nuh, İbrahim, Musa və İsadır (aleyhimussəlam). Sonunculara gəlincə bunlar- Muhəmməd, Əli, Həsən və Hüseyndir (səlavatullahi aleyhim əcməin).



“Təfsiri-Qummi” cild 2, səh 384.

“Təfsiri nurus-səqəleyn” cild 5, səh 406, hədis 29.

“Burhan fi təfsiril-Quran” cild 5, səh 474.

“Biharul-ənvar” cild 58, səh 27, hədis 43, bab 1.



Şeyx Səduq (r.ə) özünün “əl-etiqadat” əsərində bu hədisi zikr etdikdən sonra yazır:

“Bu (sayılan) şəxslər elmin daşıyıcılarıdır. Çünki, İslam Peyğəmbərindən (səllallahu aleyhi və alihi və səlləm) əvvəlki bütün peyğəmbərlər dörd (Nuhun, İbrahimin, Musa və İsanın) şəriət(i) üzərində idilər”



“Əl-etiqadat” səh 107.



Ərşin üçüncü mənasına gəlincə bu bizim başa düşdüyümüz müəyyən bir məkan mənasında olan yerdir. Hansıki Allah onu səmanın yeddinci mərtəbəsində qərar verib. İmam Sadiqdən (aleyhissəlam) nəql olunan hədisdə deyilir:



“Əgər “ərş”dən bir daş atılsa bu “Beytul-Məmur”un üzərinə düşər. Əgər “Beytul-Məmur”dan bir daş atılsa bu “Beytul-Həram”a düşər. Allah Ərşi özü yaşamaq üçün yaratmayıb. Allah bundan çox Ucadır. Lakin Allah Ərşi yaradıb, hörmət və böyüklük əlaməti olaraq onu Özünə nisbət verib və mələklər onu daşımaqla (Allaha) ibadət edirlər. Necə ki, Allah yer üzündə bir “Beyt” yaradıb, amma onu özü sakin olmaq üçün yaratmayıb. Allah bütün bu şeylərdən çox Ucadır. Lakin onu (evi) məxluqat üçün yaradıb, hörmət və böyüklük əlaməti olaraq onu özünə nisbət verib. Yaradılmışlar o evi ziyarət və həcc etməklə ibadət edirlər”



“Təshihul-etiqad” səh 78.

“Əl-etiqadat” səh 103.



Hədislərdə “ərş” üçün zikr olunan mənaları sizlərə təqdim etdik. İndi isə keçirik bu barədə şərh yazan şiə aləminin böyük alimlərindən hesab olunan Şeyx Mufidin (r.ə) sözlərinə. Şeyx Mufid (r.ə) özünün “Təshihul-Etiqad” əsərində “ərşin mənası” fəslində yazır:

“Ərş lüğətdə mülk mənasındadır. (Biharul-ənvar. cild 55, səh 7)

Şair dedi: “Güman edirsən sənin ərşin aradan getməyəcək və dəyişməyəcək?” yəni güman edirsən sənin mülkün aradan getməyəcək və dəyişməyəcək?



Allah Səba əhlinin hökmdarının mülkü haqqında xəbər verib buyurur:

“Onun böyük, əzəmətli bir “ərş”i vardır” (Nəml 23)

Yəni onun əzəmətli mülkü var. Allah təalanın “ərş”i Onun mülküdür. Allahın Ərşə “istiva” (ucalması) etməsi Onun “istila”sıdır (mülkü ələ keçirməsidir). Ərəb “istila” kəliməsini “istiva” kimi vəsf etmişdir.

Şair dedi: “Bəşər heç bir qılınc olmadan və qan tökmədən İraqa istiva etdi” (Biharul-ənvar. cild 4, səh 5)



Şair burada “Bəşər İraqı ələ keçirdi” mənasını iradə edir.



Amma (yuxarıda hədisdə deyildiyi kimi) mələklərin daşıdığı “ərş”ə gəlincə, məqsəd mülkdür və mülkdən də məqsəd mülkün bəzisidir. Bu da Allahın səmanın yeddinci qatında yaratdığı “ərş”dir. Mələklər onu daşımaq və ona təzim etməklə ibadət edirlər. Necə ki, Allah yer üzündə ev yaradıb və oranı qəsd, ziyarət, həcc və təzim etməyi insanlara əmr edib. Artıq hədisdə gəlib ki, Allah təala “ərş”in altında bir ev yaradıb və onu “Beytul-Məmur” adlandırıb. Mələklər hər il oranı həcc edirlər. Səmanın dördüncü qatında da bir ev yaradıb onu “Zirah” adlandırıb. Mələklər oranı həcc etməklə, ona təzim edib ətrafında təvaf etməklə ibadət edirlər. Yer üzündə də “Beytul-Həramı” yaradıb və onu “Zirah”ın altında qərar verib. (Biharul-ənvar, cild 55, səh 8)



“Ərş”in elm ilə vəsf olunmasına gəlincə bu həqiqi mənada yox məcazi məna anlamındadır.



Nəticə: Qurani-Kərim və hədislərdən başa düşülən budur ki, bir cümlədə “ərş” kəliməsinin mənası mövzunun müxtəlifliyinə görə dəyişə bilər. Buna dəlil bu sözün istər Qurani-Kərim və hədislərdə, istərsə də ərəb ədəbiyyatında müxtəlif mənalarda işlənməsidir. Bir yerdə “ərş” mülk, digər yerdə elm mənasında, başqa bir yerdə isə səmanın yeddinci qatında olan bir məkan mənasında ola bilər. Allah bizləri elmi Peyğəmbər və Onun pak Əhli-Beytindən (səlavatullah aleyhim əcməin) götürənlərdən qərar versin.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Quran Dinlə

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor