Beytül-mal nədir?
İslamın ilk əsrlərində yığılan bütün vergilər və döyüşlərdə qazanılan qənimətlər xəzinəyə toplanır, sonra təyinatı üzrə xərclənirdi. Ehtiyacı olan hər bir müsəlman buradan pay alırdı. Bu xəzinə beytül-mal (ərəb dilindən tərcüməsi əmlak evi, əmlakın toplandığı yer) adlanırdı. Beytül-mala toplanmış vəsait ölkənin abadlaşdırılmasına, dövlət məmurlarının və ordunun məvacibinə, şəhid ailələrinə, kasıb müsəlmanların yaşayışının təmin edilməsinə sərf olunurdu. Həmçinin, ömürlük həbs cəzasına məhkum olunmuş şəxsin ailəsinin təminatı, qatili məlum olmayan ölünün qanbahası, borcunu ödəməyə imkanı olmayan adamın borcu da beytül-maldan verilirdi. O dövrdə beytül-mal ehtiyaclıların ümid yeri olan xəzinə idi. Beytül-mal siyahısından çıxarılmaq ən böyük cəzalardan sayılırdı. Bəzən zalım hakimlər onların qəzəbinə düçar olmuş şəxslərin adını beytül-mal dəftərindən çıxarır, bununla da həmin şəxslərə ciddi maddi ziyan vurmuş, onları dövlət himayəsindən məhrum etmiş olurdular.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər