Muhəmməd (s) peyğəmbər İmam Mehdi (ə.f) barədə xəbərdarlıq edibmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-10-2015, 20:47 | Şərh sayı: (0) | Baxılıb: 668
Muhəmməd (s) peyğəmbər İmam Mehdi (ə.f) barədə xəbərdarlıq edibmi?
İslamın ilkin dövrlərində İmam Mehdi (ə.f) barədə anlayış müsəlmanlar arasında geniş vüsət tapmışdı və onlar bu ideoloji fikrə şəkk-şübhə ilə yanaşmırdılar. Həzrət peyğəmbər (s) İmam Mehdi (ə.f), onun xüsusiyyətləti, tövhid əsasında qurulmuş hakimiyyəti, ədaləti bərqərar edib zülmün kökünü kəsməsi, bir çox islahatların aparılması və s. barədə müsəlmanlara yığcam şəkildə açıqlama vermiş və bununla müsəlmanlara parlaq ümid bəxş etmişdi. (Ətraflı məlumat üçün: İbrahim Əmini “Dadqostəre-cəhan”, s.92) İmam Mehdi (ə.f) barədə Həzrət Muhəmməddən (s) çoxlu sayda rəvayət nəql olunmuşdur. Sözügedən rəvayətləri bir çox sünni və şiə alimləri öz kitablarında qeyd etmişlər. Bu rəvayətləri incələdikdə “Mehdi” və “Qaim” mövzusunun müsəlmanların arasında danılmaz və qəti bir ideoloji fikir olduğunun şahidi oluruq. Müsəlmanlar tez-tez peyğəmbərlərindən (s) bu haqda soruşar və suallarına qaneedici cavablar alardılar. Həzrət Peyğəmbərin (s) İmam Mehdinin (ə.f) qızı Fatimənin (s.ə) və İmam Hüseynin (ə) nəslindən olacağı barədə dediyi sözlər mötəbər kitablarda qeyd olunmuşdur. Peyğəmbər (s) bəzən İmam Mehdinin (ə.f) ad və künyəsini açıqlar, bəzən onun başqa xüsusiyyətlərindən söz açardı. Bu hədislər Əhli-Beyt tərəfdarlarının kitabları ilə yanaşı, “Yənabiul-məvəddət” və s. kimi məşhur əhli-sünnə kitablarında da yazılmışdır. Bu rəvayətlər o qədər çoxdur ki, İslam dininin digər mövzuları barədə bu qədər xatırlatma və məlumat verilməmişdir. (Ətraflı məlumat üçün: Mehdi Pişvayi, “Sireye-pişvayan”, s. 693) "İmam Mehdi" (ə.f) mövzusu Əhli-Beyt tərəfdarları üçün zəruri ideoloji məsələlərdən biridir. (“Bidayətul-məarifil-ilahiyyət”)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər