Şiələr İmam Mehdi (ə.f) barədə yekdil fikirdədirlərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 19:15 | Şərh sayı: (0) | Baxılıb: 381
Şiələr İmam Mehdi (ə.f) barədə yekdil fikirdədirlərmi?
Sual: İmam Həsən Əskərinin (ə) vəfatından sonra İmamiyyə məzhəbinin böyükləri İmam Mehdinin (ə.f) doğulması barədə yekdil fikirdə idilərmi?
Cavab: Bəli, İmam Həsən Əskərinin (ə) vəfatından sonra əshab və İmamiyyə məzhəbinin hamısı İmam Mehdinin (ə.f) doğulması barədə yekdil fikrə malik olmuşlar. İlkin vaxtlarda şiələr arasında İmam Mehdinin (ə.f) imaməti və doğulması barədə şəkk və çaşqınlığın olmasına baxmayaraq, qısa bir müddət ərzində İmamiyyənin böyüklərinin təbliğ və çalışqanlığı sayəsində hamılıqla düzgün yola istiqamətləndirildilər, həmçinin əsrin İmamının (ə.f) imamətinə etiqad bəslədilər. Belə ki Şeyx Müfid “Əl-Fusulul-Muxtarə” kitabında buna işarə etmişdir.
O deyir ki, özünün yaşadığı 373-cü hicri ildə İmam Həsən Əskərinin (ə) Allahın elçisi (s) ilə eyni adlı oğlunun imamətinə inanan on iki imam şiəsindən başqa qeyd edilən bu firqələrdən heç biri qalmamışdı. On iki imam şiələri İmam Mehdinin (ə.f) diri olduğuna qəti surətdə inanır, o Həzrətin (ə.f) qılıncla qiyam edəcəyi zamana qədər var olacağına etiqad bəsləyirlər.[1]
[1] Daha ətraflı məlumat almaq üçün bax: “Əl-Fusulul-Muxtarə”, səh.321
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər