Quranda İmam Mehdi (ə.f) hakimiyyəti |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 11-11-2015, 09:12 | Şərh sayı: (0) | Baxılıb: 534
Quranda İmam Mehdi (ə.f) hakimiyyəti
Mühüm mövzulardan biri də Qurani-Kərimdə İmam Mehdi (ə.f) vasitəsi ilə İslamın ümumbəşəri bir din olacağı barədə məlumatın olub-olmamasıdır. Görəsən, Quran bu barədə nə deyir?
Bu sualın cavabında deyə bilərik ki, Qurani-Kərimdə İmam Mehdinin (ə.f) rəhbərliyi altında İslamın ümumbəşəri bir dinə çevriləcəyi barədə açıq-aşkar ayə yoxdur. Lakin Qurani-Kərim İslamın ümumbəşəri bir dinə çevriləcəyinə, dünyaya dini və insani dəyərlərin hakim olacağına dair bəzi müjdələr vermişdir. Bu ayələr zühurla bağlı kifayət qədər mötəbər sənədli hədislərlə yanaşı qoyulduqda aydın olur. Belə ki Quranın vəsf etdiyi ümumbəşəri dövlət Həzrət Mehdinin (ə.f) hakimiyyəti altında qurulacaq dövlətdir. Buna görə də Quranda bu mövzuya toxunan ayələr araşdırılmalı və onların bu məsələyə aidiyyatı aydınlaşdırılmalıdır.
Əllamə Məclisi “Biharul-ənvar” kitabında İmam Mehdinin (ə.f) qiyamına aid olan 77 ayəni və bu ayələrə aid 66 hədisi qeyd etmişdir. [1] Həmçinin “Mucəmul əhadis əl-İmam əl-Məhdi” kitabının beşinci cildində bir sıra hədislərə əsasən, İmam Mehdinin (ə.f) ümumbəşəri hökumətinə işarə edən və ya təfsir olunan 265 ayəni qeyd etmişdir.
Əlbəttə, bu ayələrin hamısının qeyd olunan məsələyə aidiyyatı eyni səviyyədə olmadığına diqqət etmək lazımdır. Qeyd olunan bütün hədislər də mötəbər deyil. [2] Buna görə də İmam Mehdinin (ə.f) hökumətinə dair qeyd olunan ayələrə və hədislərə istinad etmək üçün ayələrin dəlalətinin, hədislərin isə sənədlərinin araşdırılması zəruridir.
Bəhruz Camal
imamzaman.az
[1]Biharul-Ənvar, c/51, səh/64.
[2]Qeyd olunan kitablardakı hədislərin bir çoxu elə də mötəbər və birinci dərəcəli mənbələrdən hesab olunmayan“Təfsirul-Firat” və “Təvil əl-ayat əl-zahirə” kitablarından nəql olunmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər