İmam Mehdinin (ə.f) diqqətini cəlb etmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 470
İmam Mehdinin (ə.f) diqqətini cəlb etmək
İmam Mehdinin (ə.f) diqqətini cəlb etmək və onun xeyir-duasını qazanmaq üçün ilk növbədə nəfsimizi islah etməliyik. Belə etməklə, biz gözəl əxlaqa yiyələnmiş olacağıq. İmam Mehdinin (ə.f) dostu olmaq istəyən şəxs o Həzrətin (ə.f) intizarında olmalıdır. Gözəl əxlaqa malik olmaq isə intizarın əsas xüsusiyyətlərindəndir. İmam Mehdinin (ə.f) bizlərdən razı qalmasını istəyiriksə, bütün günahlardan çəkinməliyik. Əgər günah iş Allahla insan arasında ayrılığa səbəb olursa, sözsüz ki, onun höccətindən də uzaq düşməyə səbəb olur. Əhli-Beyt davamçılarının çoxlu sayda günah işlər görmələri İmamın (ə.f) qeyb dövrünün uzun çəkməsinin səbəblərindən biridir. İmam Mehdi (ə.f) ilə Əhli-Beyt davamçılarının əlaqəsini kəsən şey məhz onların xoşagəlməz əməlləridir. Bu əməllər İmamın (ə.f) xoşuna gəlmir. Çünki pis əməlləri Əhli-Beyt davamçılarına yaraşdırmır və bunu onlardan gözləmir. Mömin şəxs fərdi, ictimai məsuliyyət və vəzifələrinin öhdəsindən gözəl şəkildə gəlməlidir. Bu da İmamın (ə.f) razılıq əlamətlərindəndir. Mömin şəxs hər gün İmamı (ə.f) ilə əhd bağlamalıdır və bu əhdinə qarşı laqeyd qalmamalı, tənbəllik etməməlidir. İmam Muhəmməd Baqirdən (ə) bu barədə hədis nəql edilmişdir. Hədisdə buyurulur ki, möminlər dinin vacib buyurduqlarını yerinə yetirmək üçün səbirli olmalı, düşmənlərə qarşı müqavimət göstərməli və intizarında olduqları İmamla (ə.f) aralarında olan bağları möhkəmləndirməlidirlər. Bu barədə qeyd olunan hədisləri nəzərdən keçirtdikdə məlum olur ki, məsumlarımız (ə) möminləri dəfələrlə İmamları ilə əhd-peyman bağlamağa dəvət etmişlər. Bundan əlavə nəql olunmuşdur ki, hər gününün başlanğıcında və ya sübh namazından sonra “Əhd” duasının oxunulması daha yaxşıdır. Bu dua İmama (ə.f) verilən əhdin təzələnməsidir. Bu dua vasitəsilə mömin hər zaman İmamı (ə.f) yadında saxlayaraq, həm fərdi, həm də ictimai vəzifələrini xatırlayır. “Əhd” duasının bir yerində belə oxuyuruq: “İlahi, bu günün başlanğıcı və həyatımın hər anında o Həzrətlə bağladığım əhdi təzələyirəm! Heç bir zaman həmin əhd və beyətdən geri çəkilməyəcəyəm! Öz vəzifəmə bağlı olacağam“. Əgər biz hər gün İmamı xatırlasaq, heç vaxt zillət içində olmarıq və ona boyun əymərik. Günah və çirkin işlərdən uzaq olarıq. Allahla münasibətləri düzəltmək, ibadətləri vaxtı-vaxtında yerinə yetirmək İmamın (ə.f) razılığını qazanmaq üçün ən ümdə gedən əməllərdəndir. İlahi təqva, bütün əməllərin saf niyyətlə, ən əsası ixlasla görmək üçün çoxlu cəhdlər göstərmək lazımdır. Biz Allaha daha çox yaxınlaşdıqca, İmama da yaxın olacağıq. Allah-Taala bizləri bu işdə müvəffəq etsin. Amin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər