İmam Mehdinin (ə.f) iki qeyb dövrü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-11-2015, 19:23 | Şərh sayı: (0) | Baxılıb: 533
İmam Mehdinin (ə.f) iki qeyb dövrü
İmam Mehdinin (ə.f) qeyb dövrü iki hissəyə bölünür: qısamüddətli və uzunmüddətli. İmamın qısa müddətli qeyb dövrü hicrətin 260-cı ilində başlamış 329-cu ilə qədər davam etmişdir. Bu müddət İmam Həsən Əskərinin (ə) şəhid olması ilə sonuncu xüsusi naib Muhəmməd Səmərinin vəfatına qədər, yəni 69 il çəkmişdir. Qısamüddətli qeyb dövründə möminlərin İmamla olan əlaqələri tamamilə kəsilməmiş, xüsusi və məhdud şəraitdə Həzrətlə (ə.f) əlaqə saxlamışlar. Qısamüddətli qeyb dövründə İmam tamamilə qeyb aləminə çəkilməmişdi. Çünki Əhli-beyt ardıcılları xüsusi naiblər vasitəsilə imamla əlaqə saxlayır, öz çətinlikləri və vəzifələri barədə sual edirdilər. Qısamüddətli qeyb dövrü uzunmüddətli qeyb dövrünün müqəddiməsi hesab edilirdi. Çünki bundan sonra imamla əlaqə kəsiləcəkdi. Uzunmüddətli qeyb dövründə çətin və ağır öhdəçiliklər İslam elmlərinə dərindən bələd olan, ictihad səviyyəsinə çatmış və müctəhidlik səlahiyyəti almış şəxslərin üzərinə düşəcəkdi. Əgər qısamüddətli qeyb dövrü olmasaydı, çaşqınlıq baş verər, ağıl onu qəbul edə bilməzdi. Bunu qeyd edək ki, qeyb məsələsi təkcə İmam Mehdi ilə başlamamışdı. Axırıncı imamların insanlardan uzaqlaşdırılması, təcrid edilməsi prosesi ilə insanlar özləri də bilmədən qeybə hazırlaşırdılar. Qısamüddətli qeyb dövrü və naiblər vasitəsilə əlaqə olmasaydı, bu gün İmamın varlığı barədə çoxlu şübhələr yaranardı. Hətta o həzrətin doğulması məsələsi qəbul edilməzdi. Hal-hazırda İmam Mehdi (ə.f) uzunmüddətli qeyb dövrünü yaşamaqdadır. Bu dövr Allahın ona zühur etməsinə icazə verdiyi günə qədər davam edəcəkdir. Qeyb dövrünün hər iki mərhələsi haqqında kifayət qədər məsum imamlar tərəfindən xəbərdarlıq edilmişdir. Bir çox hədisyazar və ravilər də bunları qeyd etmişlər. Həzrət Əli (ə) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun imamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaq”. Zaman keçdikcə söylənilmiş hədislər özünü doğrultdu və qeyb dövrü barədə insanlar xatircəm oldular.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər