İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (dördüncü hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 12:52 | Şərh sayı: (0) | Baxılıb: 423
İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (dördüncü hissə)
Adın çəkilməsində nəzərdə tutulan nədir?
Ərəb dilində ismin işlənməsi (yəni adın çəkilməsi) müxtəlif formadadır. Bəzən ad çəkildikdə müəyyən, xüsusi, əsl və ya məhşur ad nəzərdə tutulur. Bu zaman ləqəb, künyə və digər adlar istisna olunur. Bəzən də ad çəkildikdə əsl və məşhur adlarla yanaşı, ləqəbi, künyəni və digər adları da özündə ehtiva edir. Çünki adı çəkilənin tanınmasında istifadə olunan hər bir ad, ləqəb və künyə isim (ad) adlandırılır.
Belə bir sual yaranır ki, İmamın adının çəkilməsini qadağan edən hədislər [1] adın çəkilməsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan iki formadan hansı birinə şamildir?
Zahirən bir çox hədislər İmamın (ə.f) əsl adının çəkilməsini qadağan etmişdir. Belə ki bir çox dini mətnlərdə İmamın (ə.f) məşhur ləqəbi yəni “Mehdi” qeyd olunmuş, lakin onun əsl adı isə çəkilməmişdir.
Həzrət Peyğəmbərin (s) buyurduğu “Adı adımdan olan Mehdi (ə.f) mənim nəslimdəndir”[2] (المَهدِیُّ مِن وُلدی، اسمُهُ اسمی) hədisi istər şiə, istərsə də sünni mənbələrində bu barədə nəql olunmuş ən məşhur hədislərdəndir. Bəzi mətnlərdə isə İmamın (ə.f) adının yerinə (“Ali Muhəmməddən olan xilaskar”) ən məşhur vəsflərdən istifadə olunmuşdur. Məsələn:
صاحِبُ هذَا الأُمرَ لا یُسَمّیهِ بِاسمِهِ إلّا کافرٌ
İmam Zamanı (ə.f) ancaq kafir adı ilə çağırar.[3]
سَمِعتُ أبَا الحَسَنِ الرِّضا (ع) یَقولُ - وَ سُئِلَ عَنِ القائِمِ –فَقالَ: لا یُری جِسمُهُ، وَ لا یُسَمَّی اسمُهُ
İmam Rzadan (ə) İmam Qaim (ə.f) barəsində soruşulduqda belə cavab verdi: “Gözlərə görülməyəcək və adı da çəkilməyəcək”.[4]
Hətta bəzən bəzi mənbələrdə İmam Həsən Əskərinin (ə) künyəsi “Əbu Muhəmməd”[5] kimi də qeyd olunmasına baxmayaraq, İmamın (ə.f) adı çəkilmir.[6]
Buna görə də İmamın (ə.f) adının çəkilməsini qadağan edən hədislər ancaq onun əsl adına şamildir, digər ad, ləqəb və künyələri özündə ehtiva etmir.
[1] لا یُسَمَّی اسمُهُ - Əl-Kafi, c/1, səh/333, hədis/4. Kəmalud-din, səh/648, hədis/1 (hər iki mənbənin sənədi səhihdir), Biharul-ənvar, c/51, səh/33, hədis/11.
[2]Kəmalud-din, səh/287, hədis/4 (etimadlı sənədələ), Biharul-Ənvar, c/51, səh/72, hədis/ 16, Dəaimul-İslam, c/2, səh/188, hədis/638.
[3]Miratul-uqul, c/4, səh/17. Bu hədisin iki səhih sənədi vardır. Əllamə Məclisi bu mətn barədə belə deyir: “Bu mətndə adın çəkilməməsi çox ciddi şəkildə təkid olunmuşdur”.
[4]Əl-Kafi, c/1, səh/333, hədis/3, Kəmalud-din, səh/648, hədis/2, səh/370, hədis/2 (bütün mnblər etimadlı sənədlərə əsaslanır), Biharul-ənvar, c/51, səh/33, hədis/12
[5]Daneşnameyi İmam Mehdi (ə.f), c/2, səh/278.
[6]Abdullah ibn Cəfərdən nəql olunan hədisdə belə dediyi nəql olunur: Ona (Əbu Əmro, İmmın(ə.f) ikinci naibinə) dedim: “Sən Əbu Muhəmmədin (Həsən Əskərinin (ə)) canışınını görmüsənmi?” “And olsun Allaha bəli, boynu da belə idi” deyib əli ilə boyuun ölçüsnü görsətdi. Ona bir sualımın qaldığını dedikdə buyurdu: “De.“ “Onun adı nədir”-deyə soruşdurm. “Sizə onun barədə soruşmaq haramdır.” - deyə İmam (ə) cavab verdi. Bunu mən özümdən demirəm. Ona görə ki, mən nəyisə halal, nəyisə haram edə bilmərəm. Bu İmamın (ə) verdiyi hökmdür. Abbasi xəlifələri Əbu Muhəmmədin (ə) öldüyünü və özündən sonra övladının olmamasını güman edirlər.” Daneşnameyi İmam Mehdi (ə.f), c/2, səh/298, hədis/392, və səh/300, hədis/393.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər