Peyğəmbər İmam Mehdinin doğulması barədə nə deyib? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 1-01-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 471
Peyğəmbər İmam Mehdinin doğulması barədə nə deyib?
Sual: Allah Rəsulu (s) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə xəbər veribmi?
Cavab: Əlbəttə, Allah Rəsulu (s) İmam Mehdinin (ə.f) doğulması barədə 107 hədis nəql edilmişdir. İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: إنّ اللَّه تبارک وتعالى أطلع إلى الأرض أطلاعه فاختارنى منها فجعلنى نبيّاً، ثم أطلع الثانية فاختار منها عليّاً فجعله إماماً، ثم أمرنى أن اتّخذه أخاً ووليّاً ووصيّاً وخليفةً ووزيراً، فعلىّ منّى وأنا من علىّ وهو زوج ابنتى وأبو سبطى الحسن والحسين. ألا وأنّ اللَّه تبارک وتعالى جعلنى وآياهم حججاً على عباده وجعل من صلب الحسين أئمّة يقومون بأمرى ويحفظون وصيّتى، التاسع منهم قآئم أهل بيتى ومهدىّ أمّتى، أشبه الناس بى شمائله وأقواله وأفعاله، يظهر بعد غيبة طويلة وحيرة مضلّة...»؛ Allah-təbarək və taala yer üzərinə nəzər salıb məni seçdi və peyğəmbər etdi. Sonra ikinci dəfə nəzər saldı, Əlini seçdi və imam etdi. Sonra mənə əmr etdi ki, onu (özümə) qardaş, vəli, vəsi, xəlifə və vəzir təyin edim. Belə isə Əli məndən və mən də Əlidənəm. O, qızımın həyat yoldaşı, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun! Allah-təbarək və taala məni və onları bəndələri üzərində höccət təyin etmişdir. Hüseynin nəslindən imamlar qərar vermişdir ki, mənim əmrimlə qiyam edər və vəsiyyətimi qoruyarlar. Onlardan doqquzuncusu Əhli-beytimin Qaimi və ümmətimin Mehdisidir. Xarici görünüş, danışıq və davranış cəhətdən insanlar arasında mənə ən çox oxşayanıdır. Uzunmüddətli qeyb və azdırıcı çaşqınlıqdan sonra zühur edəcəkdir (“Kəmalud-din”, səh.257).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər