İmam Cavad (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-01-2016, 20:51 | Şərh sayı: (0) | Baxılıb: 910
İmam Cavad (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Sual: İmam Cavad (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: İmam Cavaddan (ə) nəql olunmuş doxsana yaxın hədisdə İmam Mehdinin (ə.f) doğulmasına işarə olunmuşdur. Şeyx Səduq öz sənədinə əsasən, Əbdüləzim Həsənidən belə nəql etmişdir: Mən Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbutalibin yanına daxil oldum və Qaim barədə soruşmaq istəyirdim ki, o Mehdidir, yoxsa başqa bir şəxs? Həzrət sözünün əvvəlində buyurdu: يا أباالقاسم! إنّ القآئم منّا هو المهدىّ الّذى يجب أن ينتظر فى غيبته ويطاع فى ظهوره وهو الثالث من ولدى) “Ey Əbülqasim! Həqiqətən, Qaim bizdəndir. O, qeyb dövründə intizarı çəkilməsi və zühur etdikdə itaət edilməsi vacib olan Mehdidir. O, mənim övladlarımdan (nəslimdən) üçüncüsüdür” (“Kəmalud-din”, səh.377, hədis.1; “Biharul-ənvar”, c.51, səh.156, hədis.1). Şeyx Səduq öz sənədinə əsasən, Saqr ibn Əbu Dəlfdən nəql etmişdir ki, İmam Cavaddın (ə) belə buyurduğunu eşitdim: الإمام بعدى اِبنى علىّ، أمره أمرى وقوله قولى وطاعته طاعتى، والإمام بعده ابنه الحسن أمره أمر أبيه وقوله قول أبيه وطاعته طاعة أبيه “Məndən sonra imam oğlum Əlidir. Onun əmri mənim əmrim, sözü mənim sözümdür və ona tabe olmaq isə mənə tabe olmaqdır. Ondan sonra imam oğlu Həsəndir. Onun əmri atasının əmri, sözü atasının sözüdür və ona itaət etmək isə atasına itaət etməkdir”. Sonra susdu və ona dedim: “Ey Allah elçisinin oğlu! Bəs Həsəndən sonrakı imam kimdir?” Hönkürərək ağladı və dedi: إنّ من بعد الحسن ابنه القآئم الحقّ المنتظر... “Həqiqətən, Həsəndən sonra (imam) oğlu – haqla qiyam edən (Qaim) və intizarı çəkiləndir (Müntəzər).” (“Elamul-vəra”, səh.436; “Biharul-ənvar”, c.51, səh.157, hədis.5).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər