İmam Mehdinin (ə.f) ziyarət və dualarında məhdəvi ədalət çöhrəsi |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-01-2016, 17:23 | Şərh sayı: (0) | Baxılıb: 2439
İmam Mehdinin (ə.f) ziyarət və dualarında məhdəvi ədalət çöhrəsi
İslamda məhdəviyyət maarifi dünyada ədalət istəyi və ədalətli olmaqla uyğun olmuşdur. Dua və ziyarətnamələr yolu ilə bu maarifin yayılması və onun dərinləşdirilməsi ilə möminlərin rəhbərləri ilə bağlılıq və onunla rabitəyə diqqəti yönəltməkdir. Belə bir tərtiblə İmam Mehdi (ə.f) tərəfdarları arasında ədalət tələbi ruhu tərbiyələndirilmiş və inkişaf etdirilmiş, həmçinin ilahi məhdəvi hakimiyyətin hədəfləri açıqlanmışdır. Uzunmüddətli qeyb dövrünün tarixində dua və ziyarətnamələrdə İmam Mehdi (ə.f) ədaləti parlaq, ümid bəxş edən və hərəkət yaradıcı çöhrəyə malik olmuşdur. Ümid edilir ki, bu araşdırma yolu İmam Mehdinin (ə.f) dünyada ədalətli hökumətin araşdırılması üçün yardımçı olsun. Bu məsələni araşdırarkən biz bir neçə məsələyə baxış keçirəcəyik. Həmin mövzular aşağıdakılardır: 1.Məhdəvi maarif və ədalət istəyi 2. Məhdəviyyət maarifinin dərinləşdirilməsi və yayılması 3. İnsanların tərbiyələndirilməsi, ədalət istəyi və ruhunun inkişafı 4. Qəlblərin oyanması üçün tərbiyə üsullarında ziyarət və dualardan nümunələr 5. Dua və ziyarətnamələrdə Əhli-beyt (ə) maarifi 6. Dua və ziyarətnamələrdə məhdəviyyət və məhdəvi hökumətin hədəfləri Dua və ziyarətnamələrdə məhdəvi ədalətin təsviri Dünya ədalətinin sabitlik və yayılma proqramında əsas rükn insanların hamısında ədalət istəyi və ruhun inkişaf etdirilməsidir. Bu ruhiyyə insan daxilinin dərinliklərində kök salır. Amma bundan əlavə, onlar ədalətli, ədalət istəyən və ədaləti yayan rəhbərlərin yanında olmalı, haqq yolda hər bir günahdan uzaq durmalıdırlar ki, yollarından azmasınlar. Bununla yanaşı, digər insanları da bu yola dəvət etməlidirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər