Ümumi və xüsusi Məhdəviyyət anlayışı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-09-2015, 00:11 | Şərh sayı: (0) | Baxılıb: 444
Ümumi və xüsusi Məhdəviyyət anlayışı
İslam dininin xüsusi diqqət ayırdığı mövzulardan biri də Məhdəviyyət mövzusudur. Bu mövzu iki - “ümumi məhdəviyyət” və “xüsusi məhdəviyyət” ünvanında araşdırılır.
1. Ümumi məhdəviyyət
Vəd olunumuş Mehdinin (xilaskarın) zühur edəcəyinə inam İslam inanclarındandır. Dini mətnlərə müraciət etməklə biz, xilaskarın zühurunun vəd olunması, bəşəriyyəti zülm və sitəmdən xilas edəcəyi barədə bir çox xəbərlərin verilməsinin şahidi ola bilərik. Bu araşdırma zamanı İslamda məhdəviyyət inancının isbatı barədə məlumat əldə etmək də mümkündür.
2. Xüsusi məhdəviyyət
Quranda işarə olunan dinin qələbəsini, yer üzündə varislik və xilafət kimi İlahi vədləri gerçəkləşdirəcək şəxs İmam Həsən Əskərinin oğlu İmam Mehdidir. Onun zühur etməsi barədə peyğəmbər öz ümmətini dəfələrlə xəbərdar etmişdir. İmam Mehdi 255-ci (h.q) ildə Samirra şəhərində dünyaya gəlmiş və bu günə qədər də həyatını qeybdə olaraq davam etdirməkdədir. Bir gün Allahın əmri ilə zühur edib dünyanı ədalət və əminamanlıqla dolduracaqdır.
Xüsusi məhdəviyyətin əsasları bunlardır:
İmamın varlığının zəruriliyi;
12 İmamın Allah tərəfindən seçilməsinə inam;
12 İmamın barəsindəki rəvayətlərin qəbulu;
Qeybət və İmam Mehdinin xüsusiyyətləri barədə nəql olunan rəvayətlərin qəbulu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər