Məhdəviyyət və cəmiyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-09-2015, 00:07 | Şərh sayı: (0) | Baxılıb: 401
Məhdəviyyət və cəmiyyət
Məhdəviyyət ideologiyası və İmam Mehdini (ə.f) tanıma baxımından insanlar üç qrupa bölünür:
1.İman gətirən
2.Tərəddüd edən
3.İnkar edən insanlar
Bu üç xüsusiyyət təkcə Məhdəviyyət mövzusunda qabardılmır. Belə ki, bu üç xüsusiyyət Allah, Onun peyğəmbərləri, İlahi rəhbərlər, qeyb və axirət aləmi üçün də keçərlidir. İman insanın dünya və axirət aləminə olan baxışını tamamilə dəyişir. Sağlam təfəkkür və geniş baxış bucağını bəşərin mühim vəzifə və sərmayəsi hesab etsək, insan həyatında köklü dəyişiklik yaradan yeganə amilin “qeybə iman” olduğunu anlayarıq.
Qeybə iman səmanın yer üzünə bəxş etdiyi ən böyük hədiyyədir. Belə bir iman geniş əhatə dairəsinə malikdir. Allahın varlığı, yeganəliyi, rübubiyyəti, elm və hikmətindən tutmuş İmamın varlığı və Allahın sonuncu höccətinin zühur edəcəyinə qədər bütünə məsələləri əhatə etmişdir.
Qeyb aləmi gözlə görünməsə də, bu aləmə ağıl və qəlbimizdən yol aça bilərik. Qeyb aləminə iman insanların təbii fikri hərəkətidir. Buna görə də, belə bir fitri və əqli yoldan sapmanın səbəblərini axtarıb-araşdırmaq lazımdır. Allahpərəstliyinin müqabilində dayanan materializmə iman gətirmənin bəzi səbəbləri cüzi fərqlərlə nüvüvvət və imamətin inkar olunmasında da mövcuddur. Azğınlıq, təfəkkürdə tənəzzül və dinin müxtəlif əsaslarında mənəvi boşluqla qarşılaşmanın səbəbləri oxşardır. İmamətin inkarı və onunla ənənəvi elmi mübarizə aparmaq nübüvvətin inkarına aparan yolun başlanğıc nöqtəsidir. Nübüvvətin inkarı isə Allahın rübubiyyəti, tövhid və Onun varlığının inkarına gətirib çıxarır. İmamət, İlahi tövhid və İlahi qanunların cəmiyyətdəki cilvəsidir. İnsanın Allahdan uzaqlaşaraq Onun qanunlarıyla müxalifətçilik etməsinə səbəb olan dəlillər peyğəmbər və Əhli-Beyt imamları ilə müxalifətçiliyə səbəb olan amillərdəndir. İlahi peyğəmbər və imamlar Allaha təslim olub, onun qanunlarına sözsüz itaət etdiklərinə görə daim şeytanxislətli insanlar tərəfindən təhqir, töhmət, istehza və düşmənçiliyə məruz qalmışlar. Yuxarıda qeyd etdiyimiz üç xüsusiyyət cəmiyyətin məsləhəti və bəşəriyyətin xilaskarı barədə ideoloji görüşlərdə deyil, onun imamət, ədalət, ismət kimi məsələlərində də özünü göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər