İmam Mehdi (ə.f) zühur etdikdə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 14:07 | Şərh sayı: (0) | Baxılıb: 809
İmam Mehdi (ə.f) zühur etdikdə
İmam Mehdi (ə.f) zühur etdiyi zaman o, ədalətlə hökm edər. İnsanlar arasında ayrıseçkilik salınmaz. Nə bir kəsin haqqı tapdalanar, nə də bir kəsə haqq tapdalamaq imkanı verilər. Bir şəxs başqa birisinə zülm etməz. Təhlükəsizlik və əmin-amanlıq olar. Yollar asayiş və təhlükədən uzaq olar. Qarətçilik, zorakılıq, yol kəsmək və s. kimi təhlükələr aradan qaldırılaraq insanların rahatlığı tam şəkildə təmin olunar. İnsanlar torpaqdan daha çox fayda götürərlər və yer üzəri onlara bərəkətini təqdim edər. İnsanlar həm əkin, həm də mədən xəzinələrindən kifayət qədər faydalanarlar. İmam (ə.f) zühur etdikdən sonra hər kəs öz peşə və sənətinə uyğun çalışar. Bilirik ki, müasir zəmanəmizdə insanların əksəriyyəti öz ixtisası üzrə işləmirlər. Elə buna görə də mövcud nizam-intizam strukturu məhv olmaqdadır. İslam dini digər dinlərin üzərində qələbə çalar və insanların inam bəslədiyi yeganə din olar. İmam Mehdinin (ə.f) gördüyü işlər, əsasən, dörd prinsip üzrə olacaqdır: 1. İdeoloji islahat aparacaq: İmamın (ə.f) uğurlu islahatları nəticəsində “La ilahə illəllah” prinsipi hər yana çatacaq və insanlar həyatlarını tək olan Allaha ibadət edərək keçirəcəklər. Yer üzərindən şirk, bütpərəstlik, şəxsiyyətpərəstlik və s. pərəstişlərin kökləri kəsiləcək. İnsanlar yalnız Allaha ibadət edərlər. 2. İnsan ağlı təkamül edəcək: Bəşəriyyət arasında elmi inqilab baş verəcək. İmam Mehdinin (ə.f) əsas hədəflərindən biri insanların həm özünü həm də düşüncələrini tərbiyə etməkdir. 3. Ədalət bərqərar olacaq: Yer üzü zülmlə dolduğu kimi bu dəfə ədalətlə dolacaqdır. 4. Əxlaqi dəyərlər üstün tutulacaq: Əxlaq normalarından kənar sifətlər qəbul edilməyəcək və İslam dəyərləri irəli sürüləcəkdir. Bu dörd prinsipi insanlar da islahat işləri apararkən istifadə edə bilərlər. Bu dörd prinsip həm cəmiyyəti islah edəcək, həm də İmamın (ə.f) zühuru üçün zəmin yaradacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər