Sonuncu Peyğəmbərin (s) hədislərində uzunmüddətli qeyb dövrü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 11:37 | Şərh sayı: (0) | Baxılıb: 333
Sonuncu Peyğəmbərin (s) hədislərində uzunmüddətli qeyb dövrü
İkinci fəsil: Sonuncu Peyğəmbərin (s) hədislərində uzunmüddətli qeyb dövrü
Əzəmətli İslam Peyğəmbəri (s) “nəsihət”, “imamət”, “canişinlər” və “imamlar” silsiləsinin, yəni Həzrət Əlinin (ə) xüsusiyyətinin əsasını açıqlamaqla yanaşı, gələcək cəmiyyətin dəyişikliklərindən xəbər vermiş və müsəlmanları gələcəklərinə nisbətdə həssas olmağa çağırmışdır.
Peyğəmbər (s) 15 hədisdə azğın başçılar və 9 hədisdə isə dinini satan alimlər barədə söz açmışdır. Əlbəttə, belə bir qorxuducu və dəhşətli gerçəkliklə müsəlmanlar üz-üzə olmuş və hal-hazırda da belə bir bəlaya giriftardırlar. Peyğəmbər (s) bu öngörücülüklə yanaşı, bir dəstədən xəbər vermişdir ki, həmişə haqq üzərində olmuş və onun keşiyini çəkmişlər. Əlimizə yetişən hədislərdə Peyğəmbərin (s) zamanından sonra yaşayacaq iman əhlinin həyatı acınacaqlı şəkildə təsvir edilmişdir. Müsəlmanların bir növ qəribçilik yaşamaları, imanlarını qoruyub-saxlamaqda çətinlik çəkmələri, saf möminlərin azalması, həmçinin müsəlmanlar üzərində başqalarının hakim kəsilməsi kimi məsələlərə toxunulmuşdur. İsmət və paklıq nümunəsi olan Əhli-beytin xüsusiyyəti (“səqəleyn”, “səfinə” və “nücum” hədisləri kimi) istisna olmaqla, Əhli-sünnənin müxtəlif mənbələrində haqpərəst və haqq keşikçiləri barəsində ən azı 10 hədis nəql olunmuşdur.
Peyğəmbərin (s) hədislərində axırəz-zamanda möminlərin halı, fasiləsiz fitnələr, fitnələrdən nicat tapmaq yolu və müsəlmanların qurtulmasında İmam Mehdinin (ə.f) rolu bəyan edilmişdir.
Həmçinin İmam Mehdinin (ə.f) adı, nəsəbi, cizgi və xüsusiyyətləri, qiyamının zəruriyyəti və onun ədaləti bərqərar etməsi çox dəqiqliklə təsvir olunmuşdur. Peyğəmbərin (s) zühur əsrindəki insan cəmiyyətləri və İmam Mehdinin (ə.f) quracağı İslam dövləti barədə də hədisləri mövcuddur. İmam Mehdinin (ə.f) uzun çəkən qeybi barədə 12-ə yaxın hədis müəyyənləşdirilmişdir.[1]
[1] Müraciət edin: Möcəmul-əhadisil-İmam Mehdi, c.1
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər