Məsum İmamlar qeyb haqqında nə buyurub? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 15:36 | Şərh sayı: (0) | Baxılıb: 1990
Məsum İmamlar qeyb haqqında nə buyurub?
Biz müasir zamanda İmam Mehdi (ə.f) haqqında məsum imamlardan nəql olunan bir çox hədislər vasitəsi ilə zühur, məhdəviyyət və s. mövzular barədə məlumatlar əldə edirik. İndi isə həmin hədislərdən istifadə edərək bir daha İmam (ə.f) haqqında məlumat əldə etməyə çalışaq: – İmam Mehdinin (ə.f) iki qeyb dövrü olacaq və onlardan biri digərindən daha uzun çəkəcək. İmam Mehdi (ə.f) qeybdə olarkən onun imamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaqlar. – İmam Mehdinin (ə.f) qeybəti dövründə dini qorumaq vacibdir. Buna görə də möminlər çalışmalıdırlar ki, heç bir kəs onları dinlərindən uzaq salmasın. Çünki qeyb zamanı bir çox möminlər əqidələrindən dönəcəklər. İmam Mehdinin (ə.f) qeybə çəkilməsi isə öz istəyi ilə deyil, Allahın istəyinə bağlıdır. Allah-Taala məhz bu qeyb vasitəsilə bəndələrini sınağa çəkir. – O kəslər ki, Allah-Taala onların qəlbini iman nuru ilə doldurmuşdur, məhz onlar qeybət dövründə İmama (ə.f) qarşı olan əqidələrini qoruyub saxlaya biləcəklər. – Gözlənilən imam qiyam etməmişdən əvvəl qeybdə olacaqdır. Bu qeybin səbəblərindən biri də İmamın (ə.f) həyatının təhlükədə olmasıdır. – İmam Mehdinin (ə.f) qeybət dövrlərindən birində bir dəstə insan İmamın (ə.f) ölməsi iddiasında olacaqlar. – İmam Mehdi (ə.f) zühur edərkən boynunda heç bir kəsin beyəti olmayacaqdır. – İmam Mehdinin (ə.f) qeybət dövrlərindən biri digərindən uzun çəkəcəkdir. – Dünyanın sonuna bir gün qalmış olsa da, Allah-Taala o günü elə uzadar ki, İmam Hüseynin (ə) nəslindən olan bir kişi qiyam edib zülm ilə dolmuş dünyanı ədalətlə doldurar. – Gözlənilən Mehdi (ə.f) Əhli-Beytdəndir. O elə bir şəxsdir ki, qeybdə olarkən möminlər onun (ə.f) zühurunu gözləməli və zühurdan sonra əmrinə tabe olmalıdırlar. Allah-Taala Musa peyğəmbərin (ə) işini bir gecədə həll etdiyi kimi, İmam Mehdinin (ə.f) inqilabını da bir gündə həll etməkdə yardımçı olacaqdır. Belə ki Musa peyğəmbər (ə.f) ailəsi üçün od gətirməyə getmişdi və dönərkən ona peyğəmbərlik verilmişdi. Dünyanın sonuna bir gün qalmış olsa da, İmam Mehdi (ə.f) öz missiyasını icra edəcəkdir. – Əhli-Beyt (ə) tərəfdarları üçün ən gözəl iş İmam Mehdinin (ə.f) zühurunu, qiyamını gözləmək, bu inqilab üçün şərait yaratmaq və fərəc üçün dua etməkdir.
Yəhya Abdulla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər