Müntəzir necə olmalıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-11-2015, 09:25 | Şərh sayı: (0) | Baxılıb: 515
Müntəzir necə olmalıdır?
Məntiqli formada davranış göstərmək, cahil və küçə rəftarlarından çəkinmək məhdəviyyət məsələsinin zəruri məqamlarından hesab edilir. Məhdəviyyət olmasa, bütün peyğəmbərlərin zəhmət və səyləri faydasız, səmərəsiz və təsirsiz olar. Demək olar ki, bütün dinlərdə məhdəviyyət mövzusu ilə bağlı xəbərdarlıq və bilgilər vardır. İslam məzhəbləri arasında Əhli-beyt məktəbinin də məhdəviyyat barədə fikirləri vardır. Gözlədiyimiz, intizarında olduğumuz Peyğəmbər ailəsinin üzvünün şəxsiyyəti ilə bağlı həm sünni, həm də şiə mənbələrində kifayət qədər tutarlı dəlillər vardır. Tövhid və ədalət prinsipləri əsasında bir dünyanın qurulması, insanın kamala çatması, onun potensiallarının tam inkişafı peyğəmbərlərin göndərilməsinin əsas səbəblərindən hesab olunur. İmam Mehdi (ə.f) də bu hədəfi tamamlayacaqdır. Belə ki onun zühur etdiyi dövr tövhid çalarları ilə bürünəcəkdir. İnsanların fərdi və ictimai məsələlərində din, ədalət və mənəviyyat xüsusi əhəmiyyət daşıyacaqdır. Məhdəviyyətin əsas hissəsini intizar təşkil edir. İntizarın mənası gözləmək və zühur haqqında qəti elmə malik olmaqdır. İntizarın əsas şərtlərindən biri də həm fərdi, həm də ictimai baxımdan zühura hazırlaşmaqdır. Zühura hazırlaşan şəxs öz mənəviyyatını da zənginləşdirməlidir. İndiki zamanda məhdəviyyət üçün zəruri hesab edilən məqamlardan biri insanların öz rəftarını nizamlamasıdır (nizama salmasıdır). Müntəzir şəxs küçə davranışları, cahil münasibətlər, bihudəçilik, lağlağılıq kimi şeylərdən çəkinməli və ciddi işlərlə məşğul olmalıdır. Müntəzir üçün bəyənilən xüsusiyyət zühur üçün şərait yaratmaqdır.
Yəhya Abdulla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər