RSS
 

Login:
Şifrə:
» » İmam Mehdinin həyat tərzi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Mehdinin həyat tərzi

 
Müəllif: Admin | Bölmə: Slide, Əhli Beyt (ə.s.) | Vaxt: 21-12-2015, 02:34 | Şərh sayı: (0) | Baxılıb: 723

İmam Mehdinin həyat tərzi


İmam Mehdinin həyat tərzi


On ikinci imamımız İslam Peyğәmbәrinin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir və hal-hazırda yaşayır. Adı “Mühəmməd”, künyəsi “Əbülqasim”, ləqəbi “Mehdi”, “Sahibəzzaman” və “Qaim”dir. O həzrət həyatda olduğu halda, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır. Һörmәtli atası on birinci imamımız imam Həsən Əskəri (ə), anası isə Rum imperatorunun oğlu Yəşuanın qızı Nərgis xatundur.

İmam Zamanın (ə) həyat tərzi ilə bağlı ustad Məhəmmədrza Həkiminin “Qərbin Günəşi” adlı dəyərli əsərində rəvayətlərə istinadən qələmə aldıqlarını əziz oxucularımızn nəzərinə çatdırırıq:

a) Əməli rəftarları: İmam Mehdi (ə) ədalətli, müqəddəs və məsumdur. Haqqı zərrə qədər danmayacaq və Allah onun əli ilə İslam bayrağını dalğalandıracaqdır. Onun hökumətində heç kimə zülm edilməz, amma ilahi hədlər icra edilər. İmam Mehdi (ə) səbir və təmkin sahibidir. Onun elm və biliyi hamıdan çoxdur, Peyğəmbərin (s) adını daşıyır və əxlaqı da o həzrətin (s) əxlaqına bənzəyir. O həzrət hidayət nuru ilə insanları haqqa yönəldəcək və Allahın saleh bəndələri kimi həyat sürəcəkdir. O həzrətin zühur və qiyamı dostluq və bərabərlik üzərində qurulacaq; hər kəs ehtiyac duyduğuna maneəsiz çatacaqdır. O həzrətin zamanında möminlər bir-birilə ticarətdən qazanc götürməyəcəklər. Ürəklərdəki kinlər dağılacaq, hər yerdə dinclik və təhlükəsizlik hökm sürəcəkdir. İmam Mehdi (ə) səxavətli, istəklərə cavab verən və mal-dövlət bağışlayandır. O həzrət dövlət rəhbərləri və məmurları ilə ciddi, gücsüzlər və kasıblarla mehriban davranacaqdır. O həzrət (ə) kasıblarla elə davranacaq ki, sanki öz əli ilə onların ağzına yağ-bal qoyacaq, özü isə eynilə imam Əmirəlmöminin Əli (ə) kimi yaşayacaq və quru çörək yeyəcək. (“Biharul-ənvar”, c.52, s.359.)

b) İnqilabi rəftarları: İmam Mehdi (ə) bütün haqq sahiblərinin haqqını alıb özlərnə qaytaracaq, hətta birinin haqqı başqasının dişləri arasında qalsa belə, onu haqsızlıq edən şəxsin dişləri arasından çıxaracaq və haqq sahibinə çatdıracaqdır. O, insanları Allahın dininə dəvət edəcək, itaətsizlik edənlərin və İmamla (ə) döyüşənlərin boynunu vuracaqdır. İmam Mehdi (ə) Kufə şəhərinə girərək münafiqləri öldürəcək, sarayları dağıdacaq və orada yerləşmiş ordunu qılıncdan keçirəcək. Allah razı olana qədər zalımları və onların köməkçilərini öldürəcəkdir. İmam Mehdi (ə) zəkatı mənimsəyənləri, “möhsin” (evli) zinakarları şahidsiz daş-qalaq edərək öldürəcəkdir. (“Biharul-ənvar”, c,52, s.353.)

Zürarə ibn Əyən deyir: Bir gün imam Baqirdən (ə) soruşdum: “Həzrət Qaim (ə) xalqla Peyğəmbər (ə) kimi davranacaqmı?” Buyurdu: “...Peyğəmbər (s) din uğrunda xalqın məhəbbətini qazanmaq və qəlbləri birləşdirmək üçün onlarla mülayim davranırdı. Lakin Qaim (ə) qılıncla xalqın qarşısına çıxacaq. Allah ona əmr etmişdir ki, itaətsizlik edənləri öldürsün və heç kimin tövbəsini qəbul etməsin. Mehdi (ə) ilə müxalifət və düşmənlik edənin vay halına!” Allahın hökmünü icra və dinini möhkəmlətmək uğrunda İmam (ə) kimsənin sözünə qulaq asmayacaq və kimsənin qınağını eşitməyəcək. (“Biharul-ənvar”, c.52, s.353.)

c) Siyasi rəftarları: İmam Mehdinin (ə) hakimiyyəti zamanı zalımlar və diktatorların hakimiyyəti, münafiq və xainlərin siyasi nüfuzu aradan qalxacaq, müsəlmanların qibləsi Məkkə şəhəri o həzrətin inqilabi hərəkatının mərkəzi olacaq, onunla birgə qiyam edən ilk kəslər həmin şəhərdə bir yerə yığılıb ona qoşulacaqlar.

O həzrət yəhudi və xristianların dünyamiqyaslı nüfuzlarına son qoyacaq. Tövrat və İncilin əsl nüsxəsi ondadır, Tövrat əhli arasında Tövratla, İncil əhli arasında da İncillə hökm verəcək, onları özünə tabe olmağa dəvət edəcək və onlardan bəziləri ona inanacaqlar. O, dəvəti qəbul etməyib müxalifətçilik edənlərlə döyüşəcək, (kitab əhlindən və ya digər məktəblərdən) Allahın höccəti müqabilində haqq İslam hakimiyyəti və ədalətli Quranın siyasətindən başqa, dünyada heç bir siyasət və hakimiyyət baqi qalmayacaq və beləcə, imam Mehdinin (ə) rəhbərliyi aləmin şərq və qərbini əhatə edəcəkdir. Həzrət İsa (ə) səmadan enəcək, o həzrətə iqtida edərək namaz qılacaq, “Beytül-Müqəddəsin qapısını açın!” – deyə fəryad edəcək və qapını açacaqlar. Bu vaxt Dəccal yetmiş min silahlı yəhudi ilə meydana çıxacaq. İsa (ə) Dəccalı öldürmək istədikdə, Dəccal qaçacaq və İsa (ə) onu tutub öldürəcək. O həzrət qiyam etdiyi zaman yer üzünün hər yerindən “Əşhədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədər-Rəsulullah” səsi ucalacaq. (“Biharul-ənvar”, c.52, s.340.)

ç) Tərbiyəvi rəftarları: İmam Mehdinin (ə) hakimiyyəti dövründə hər kəsə elm və hikmət öyrədiləcək. O dövrdə xalq kütləsinin şüur və dərrakəsi artacaq. O həzrət Allahın izni ilə insanların ağlını təkamülə çatdıracaq və hər kəsin qəlbinə nur bəxş edəcək, öz dövlətində şiələrdən naqislik və bəlanı aradan qaldıracaq, onların qəlbləri polad parçası kimi möhkəm və hər biri qırx adamın gücünə sahib olacaq, yer üzünün rəhbərliyi onların ixtiyarında qoyulacaqdır. (“Biharul-ənvar”, c.52, s.317-335.)

d) İctimai rəftarları: İmam Mehdi (ə) qiyam etdiyi zaman – çətinliklər aradan qaldırıldıqdan və döyüşlər qurtardıqdan sonra – zülm və haqsızlığa son qoyacaq və yer üzünü haqq-ədalətlə dolduracaqdır. Yer üzündə onun ədalət və bərəkətindən faydalanmayan bir yer qalmayacaq, hətta heyvanlar və bitkilər bu bərəkət, ədalət və yaxşılıqdan bəhrələnəcək. O həzrətin hakimiyyəti zamanı hər kəs zəngin və ehtiyacsız olacaq. İmam Mehdinin (ə) ədalətli hakimiyyətində heç kimə və heç bir şeyə haqsızlıq edilməyəcək. Onun ədalətinin ilk əlaməti bu olacaq ki, onun carçıları Məkkədə uca səslə belə deyəcəklər: “Hər kim vacib namazını “həcərül-əsvəd”in (qara daş) kənarında və təvaf yerində qılmışsa və müstəhəb namaz qılmaq istəyirsə, kənara çəkilsin ki, başqasının haqqı tapdanmasın və vacib namaz qılmaq istəyən şəxs gəlib namazını qılsın.” (“Kafi”, c.4, s.427.)

e) İqtisadi proqramları: Dünyanın bütün yeraltı və yerüstü sərvətləri imam Mehdinin (ə) ixtiyarında olacaq, tarlaların məhsulu artacaq, mal-dövləti insanlar arasında bərabər böləcək və kimsəni başqasından üstün tutmayacaq. Onun dövründə hər kəs rifah içində olacaq, bolluqda yaşayacaq, hətta heyvanlar belə çoxalacaq və bir-birinin kənarında dinc yaşayacaqlar. Yer üzü yaşıllaşacaq, çayların suları artacaq, yeraltı xəzinələr, sərvətlər və digər mədənlər rahatlıqla əldə ediləcək.

ə) İslahat proqramları: İmam Mehdi (ə) insanların imdadına çatacaq. O həzrətin rəhbərliyi dövründə fitnə-fəsadlara son qoyulacaq, zülmlər, haqsızlıqlar, basqınlar və s. aradan qalxacaq. O həzrət insanları böyük bəla və kor fitnələrdən qurtaracaq. Dünyada xarabalıq qalmayacaq və imam Mehdi (ə) hər yeri abad edəcək. O həzrətin dostları dünyanın hər yerinə ayaq basıb qüdrətə sahib olacaq, hamı onlara itaət edəcək... İmamın (ə) saleh və ədalətli nümayəndələri dünyaya elə bir sevinc gətirəcəklər ki, o həzrətin səhabələrinin ayaq basdıqları yer başqa yerlərə qarşı iftixar edəcək.

f) Qəzavət proqramları: Mühakimə edilən kəsə iynə ucu qədər də zülm və haqsızlıq edilməyəcək və kimsə təhqir olunmayacaq. O həzrət xalis dini hökmlər əsasında hökm verəcək. Xalq arasında ədalət tərəzisini quracaq və beləcə, kimsəyə zülm edilməyəcək. O həzrət yeni mühakimə və qəzavət sistemi təşkil edəcək, kimsədən şahid və dəlil istəməyəcək. Şeyx Müfid yazır: “Ali-Mühəmmədin (s) Qaimi qiyam etdiyi zaman eynilə həzrət Davud kimi mühakimə yürüdəcək və şahidə ehtiyac duymadan hökm verəcək. Allah-Taala hökmü ona ilham edəcək və o da ilahi ilham əsasında hökm verəcək. İmam Mehdi (ə) hər dəstənin gizli planlarından xəbərdar olacaq, planlarını özlərinə söyləyəcək və baxışı ilə dost və düşmənini tanıyacaq.” (“Əl-irşad”, Şeyx Müfid, s.365-366.)

Bəli, dünyanı fitnə-fəsad bürüdüyü, hər yerə zülm və haqsızlıq hakim kəsildiyi zaman zəlalət və inhiraf qalalarını dağıtmaq, qaralmış və daşlaşmış ürəkləri tövhid, insaniyyət və ədalət nuru ilə işıqlandırmaq üçün Allah böyük xilaskarını və islahatçısını göndərəcək.

İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır və bizi onun vəfalı dostları, fədakar əsgərlərindən qərar ver! Amin!

Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor