Nə üçün bəzi şəxslər İmam Mehdini (ə.f) qəbul etmir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-01-2016, 10:44 | Şərh sayı: (0) | Baxılıb: 546
Nə üçün bəzi şəxslər İmam Mehdini (ə.f) qəbul etmir?
Sual: Əgər İmam Mehdinin (ə.f) məhdəviyyət mövzusu izah olunubsa, bəs nə üçün bir qrup şəxs onunla bağlı məhdəviyyətə inanmırlar?
Cavab: Əhməd Katib deyir: “Əgər İmam Mehdinin (ə.f) məhdəviyyəti aydın (şəkildə izah) olmuşsa, nə üçün bir qrup şəxs İmamın (ə.f) dünyaya gəlişindən qabaq İmam Əli (ə) və ya onun oğlu Muhəmməd ibn Hənəfiyyə, Nəfsi Zəkiyyə, İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Hadinin (ə) oğlu Seyid Muhəmməd, hətta İmam Əskərinin (ə) məhdəviyyətinə inanmışlar?”
Bu suala cavab:
Allahın elçisi (s) və onun Əhli-beyti (ə) tərəfindən İmam Mehdinin (ə.f) zühuru barədə hədislər nəql olunmuş və aydın olmuşdur ki, o, qəti olaraq on birinci imam Həsən Əskərinin (ə) oğludur. Ancaq bəzi şəxslər zülm və zorakılığın artdığını gördükdə Əhli-beytin (ə) hidayətedici olduğunu bildiklərinə görə belə ümid edirdilər ki, Əhli-beytdən (ə) olan bir şəxs ümmətin Mehdisidir. Onun sorağına gedir və haqqında məhdəviyyət iddiası edirdilər ki, guya bu şəxs ümmətin Mehdisidir və camaatı onun arxasınca getməyə səsləyirdilər. Belə insanlar demək olar ki, sadə, məlumatsız və bəzən də sadəlövh insanlar olurdular. Bəzən də bəzi yerlərdə siyasi məsələlər belə bir iddiaya səbəb olurdu.
Belə bir iddia edən şəxslər heç vaxt davam gətirməyərək ya qısa bir müddətdən sonra şiələrin ümumi cərgəsinə qoşulmuş, ya da yoxa çıxaraq aradan itib getmişdir.
Bir məzhəbin əqidəsində olan mizan həmin məzhəbin alim və fərdlərinin ən üstün fikridir. Bilirik ki, İmam Həsən Əskərinin (ə) oğlu olan İmam Mehdinin (ə.f) məhdəviyyətinə etiqad bəsləmək şiələrin ümumilikdə qəbul etdiyi əqidə hesab edilir.
Bəzi yerlərdə ki, bir dəstə İmam Mehdi (ə.f) deyil, başqa bir şəxsin məhdəviyyətinə etiqad etmişlər, onlar bu yola qarşılarında yaranmış şübhə səbəbindən düşmüşdülər. Bir qrup şəxs İmam Mehdiyə (ə) deyil, başqa bir şəxsin məhdəviyyətinə etiqad bəsləməsi və onların bu yolda əl atmalarının səbəbi qarşılaşadıqları şübhə və tərəddüd olmuşdur. Çünki həmin əsrin durumu onlarda çaşqınlıq və tərəddüd yaratmışdı. Amma buna baxmayaraq, bir müddət sonra bütün bunlar aradan getdi və həqiqət ortaya çıxdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər