Uzunmüddətli qeyb dövründə İmam Mehdinin (ə.f) həyatı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 21:39 | Şərh sayı: (0) | Baxılıb: 435
Uzunmüddətli qeyb dövründə İmam Mehdinin (ə.f) həyatı
Uzunmüddətli qeyb dövrü tarixinin bir hissəsinin birinci müzakirə olunan sahəsi Zəhra (s.ə) və Əlinin (ə) yeganə yadigarı, vəsilərin sonuncusu Höccət ibn Həsənin həyat və sirəsidir[1]. O, Allahın vəlisi, əsrin sahibi, zamanın imamı, haqq və doğrunun ağası, Allah və Onun Rəsulunun (s) cin və insanlar üzərində olan xəlifəsidir.
Beşinci müqəddimədə qeyd edilmiş toqquşmalara və bu tarixi müzakirənin müraciətinə diqqət göstərməklə müsəlmanların uzunmüddətli qeyb dövrünə daxil olması üçün Quran, Peyğəmbər (s) və Əhli-beytin (ə) zəminə yaradıcı göstərişlərini nəzərə almalıyıq. Həmin hazırlıqları qısamüddətli qeyb dövrü üçün də təhqiqat aparmaqla əldə edə bilərik.
Həmin dövrdə və uzunmüddətli qeyb dövrünə daxil olmağın astanasında (uzunmüddətli qeyb əsrinə keçid dövründə) dominantlıq təşkil edən mədəni, ictimai, siyasi və dini şərait toplusuna, həmçinin İmam Mehdinin (ə.f) imaməti üçün əsas və böyük hədəfləri gözdən keçirtməklə araşdırma aparmaq və mütaliə etmək lazımdır.
İmam Mehdinin (ə.f) müsəlmanlarla əlaqə yaratma dairəsi və həzrətin əsas bazasının şiələr olduğunu nəzərə almaqla, onların uzunmüddətli qeyb dövrünün astanasında olan durumları ilə tanış olmalıyıq ki, bu barədə qiymətləndirməyə nail ola bilək.
Bundan sonra İmam Mehdinin (ə.f) zəminə yaratması, yol göstərməsi, həmçinin görüşləri, bundan əlavə, ilkin çağlarda, şiə və başqalarının axırıncı məsum imamla rəsmi əlaqə yaratmağın kəsilməsi zamanı göstərdikləri əksüləməllər ciddi şəkildə araşdırılmalıdır.
Baxış bucağı İmam Mehdinin (ə.f) xüsusi tarixi olan bu bölmədə qeyd edilmiş və müzakirələr açıqlanmışdır. Baxmayaraq ki, digər sahələr başqa istiqamətdən tanışlığa ehtiyaclıdır və mütaliə olunacaqdır.
İşin bu istiqamətdə aparılması üçün İmam Mehdinin (ə.f) yaşadığı ərazinin ağıla və yazılı sənədlərə uyğun olaraq araşdırılması mühümdür. Bundan başqa həmin əsrdə İmam Mehdinin (ə.f) tutduğu yol (sirə), həzrətdən faydalanmağın necəliyi, onunla əlaqə yaratmaq, görmək və görüşünə getmək, indiki əsrdə İmamın mirası kimi məsələlərlə də tanış olmaq, həmçinin bu barədə araşdırmaq lazımdır.
İmam Mehdi (ə.f) barədə araşdırma apararkən ilk görülən iş kimi Qurani-Kərimdə olan ayələr, Peyğəmbər (s) və Əhli-beytinin (ə) uzunmüddətli qeyb dövrünün özəllikləri barədə öncədən söylədikləri ilə tanış olmaq lazımi və zəruridir. Bu yol bizə belə bir dövrdə irəli çıxan suallara cavab vermək, həmçinin üzərimizə düşən vəzifələri yerinə yetirmək kimi lazımi işlərin öhdəsindən gəlmə imtiyazı verəcəkdir.
(Ardı var…)
[1]Tutduğu, getdiyi yol
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər