O gələcəkdir! |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 14:06 | Şərh sayı: (0) | Baxılıb: 290
O gələcəkdir!
Məşhur sünnü alimlərindən olan Əhməd Hənbəli «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazır:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm və haqsızlıqla dolduğu kimi, ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir».
Qısa izah:
Mötəbər İslami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (10-dan çox rəvayət) onu göstərir ki, İmam Mehdinin (ə.f) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.
Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz İmam Mehdinin (ə.f) ləyaqətli əli ilə qaldırılacaqdır.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər