İmam Mehdinin (ə.f) ardıcılı olmaq mümkündürmü? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-10-2015, 11:00 | Şərh sayı: (0) | Baxılıb: 447
İmam Mehdinin (ə.f) ardıcılı olmaq mümkündürmü?
Zühuru görmədən onu dərk etmək çox çətindir. Bu haqda düzgün informasiyaya malik olmaq üçün səhih hədislərə söykənmək lazımdır. Zühur zamanı bir çox xüsusiyyətlər kimi elm və mərifət də inkişaf etdiriləcək, insanların elmi baxışları və təfəkkür səviyyələri ən yüksək həddə çatacaqdır. İmam Mehdinin (ə.f) dövründə yaşayan ailələrin vəzifəsi elm və əməl baxımından yüksək qabiliyyətli nəsil formalaşdırmaq olacaqdır. Belə ailələrdə tərbiyə almış övladlar İmam Mehdinin (ə.f) hakimiyyəti və cəmiyyət üçün ən faydalı insanlara çevriləcəklər. Bu gənclərin qəlbi Quran və Əhli-Beyt eşqi ilə döyünəcəkdir. Həzrət Muhəmməd (s) ümmətinə övladlarını Quran, Peyğəmbər (s) və Əhli-Beytə (ə) qarşı məhəbbət əsasında tərbiyə etməyi göstəriş vermişdir. Belə bir böyük vəzifəni yerinə yetirmək üçün aşağıdakı yollardan istifadə edə bilərik: 1. Din və əqli tərbiyə vasitəsilə tərbiyə etmək 2. Əhli-Beytin (ə) xüsusi tərbiyə üsulları əsasında tərbiyə etmək 3. İmam Mehdinin (ə.f) ardıcıllarının malik olduqları xüsusiyyətlər əsasında tərbiyə etmək İmam Mehdi (ə.f) zəmanəsinin övladları o Həzrətin (ə.f) ardıcıllarının xüsusiyyətlərinə uyğun tərbiyə olunmalıdırlar. Belə bir xüsusiyyətlər Quran və sünnədə kifayət qədər açıqlanmışdır. Məsələn, “Maidə” surəsinin 54-cü ayəsində İmam Mehdi (ə.f) tərəfdarlarının altı xüsusiyyəti qeyd olunmuşdur: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” Ayədən əldə etdiyimiz altı xüsusiyyət bunlardır: 1. Allah onları sevir. 2. Onlar Allahı sevirlər. 3. Möminlərə qarşı mülayim, təvazökardılar. 4. Kafirlərə qarşı sərtdirlər. 5. Allah yolunda cihad edərlər. 6. Heç kəsin tənəsindən qorxmazlar. Əgər biz övladlarımızın İmam Mehdi (ə.f) ardıcıllarından olmasını istəyiriksə onları bu meyarlar əsasında tərbiyə etməliyik.
Yəhya Abdulla
imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər