Məhdəviyyət barədə hədis nəql edən müəlliflər hansı metoddan istifadə etmişlər? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 1-01-2016, 19:23 | Şərh sayı: (0) | Baxılıb: 470
Məhdəviyyət barədə hədis nəql edən müəlliflər hansı metoddan istifadə etmişlər?
Sual: Məhdəviyyət barədə hədis nəql edən müəlliflər hansı metoddan istifadə etmişlər?
Cavab: Qədim alimlər tarixi məsələlələr, o cümlədən də məhdəviyyət barədə hər bir hədisi sənədini araşdırmadan nəql edərdilər. Lakın sonradan yeni dönəm başladı. Belə ki üsulçular hədisləri saf-çürük edərək onları səhih, həsən, güclü və zəif kimi kateqoriyalara ayırmağa başladılar. Lakin bu yenilik tarixi hədislərə, o cümlədən məhdəviyyət barədə nəql olunan hədislərə şamil olmadı (Təvatür əl-fikr əs-siyasi, səh.209). 1. Qədim şiə mühəddisləri hədislərin toplanması və kitabların nəql olunmasında bütün qüvvələrini səfərbər etmişdilər. Belə şəxslərdən biri də mərhum Kuleynidir. Mütəxəssilər onu hədis nəql etməkdə ehtiyatlı və diqqətli bir şəxs kimi tanıyırlar. Həmçinin Şeyx Tusi kimi nəhəng alim də öz hədis şeyxlərini (hədis nəql etdiyi şəxsləri) tanmağa səy göstərmişdir. Belə ki Şeyx Səduq hədis nəql etdiyi şəxslərin xüsusiyyətlərindən, o cümlədən ədalət və imanlarından da xəbərdar və arxayın idi. Heç vaxt tanımadığı şəxslərə istinad edib hədis nəql etməzdi. 2. Biz əminik ki, bu alimlər imamət və məhdəviyyət barədə nəql etdikləri hədislərə tam əminliklə inanmışlar. Hədislərdən bəzilərinin mötəbərliyini qismən də təsdiqləyən inandırıcı dəlillər olmadıqda isə onları tam əminliklə nəql etməmişlər. Əgər belə deyilsə, o zaman Şeyx Səduq, Şeyx Tusi və digər hədis elminin nəhənglərinin imamət və məhdəviyyət mövzusunu isbat etməkdən ötrü arqument kimi istifadə etdikləri bu hədisləri nəql eməkdə hədəfləri nə olmuşdur? Məgər Şeyx Səduq öz kitabını İmam Mehdi (ə.f) barədə şübhələrin aradan qaldırılmasından ötrü yazmayıbmı?! Yoxsa bu kitabların yazılmasında hədəf şübhələrin daha da artması olmuşdur?! 3. Məhdəviyyət barədə birinci dərəcəli mənbə, onun əsaslarının hamısı və ya bir hissəsi Şeyx Səduq, Şeyx Tusi və Nomaniyə gəlib çatmışdır. Belə ki onlar da öz kitablarında bu hədislərə istinad etmişlər. 4. Müasir mühəddislər hədis terminologiyasında hədisləri 4 qrupa bölmələrinə baxmayaraq, qədim hədis alimləri, o cümlədən Şeyx Tusi hədislərin qəbul olunmasında və qruplara bölünməsində xüsusi yoldan istifadə edirdilər. Şeyx Bəhai hədisləri 4 qrupa böldükdən sonra belə deyir: ”Qədim alimlərin zamanında bu terminlər formalaşmamışdı. Onlar etimadlı və etibarlı arqumentlərə söykənən hədislərə səhih hədis deyirdilər. Bu arqumentlər də bir neçə növə bölnür: a) Hədisin ravilər arasında məhşur olan “Usul əl-ərbəə miə”də, yəni əsas və birinci dərəcəli 400 hədis qaynağında qeyd olunması. b) Hədisin bir, iki və ya daha çox əsas mənbələrdə mötəbər və çoxsaylı sənədlərə əsasən nəql olunması. c) Hədisin imamlardan birinin səhabəsinə istinad olunan əsas qaynaqda qeyd olunması və hədis alimlərinin həmin səhabənin doğruluğuna dair rəyləri. d) Hədisin imamlardan birinə təqdim olunan və ravisinin də imam tərəfindən tərif edildiyi qaynaqlarda qeyd olunması. Məsələn, Abdullah ibn Əli Hələbinin İmam Sadiqə (ə) təqdim etdiyi kitabı qeyd edək (Rical ən-Nəcaşi, səh.230 və ya belə Nəcaşinin “Rical” kitabı, səh.230). e) Hədisin qədim alimlər tərəfindən etimadlılığı təsdiqlənmiş və qəbul edilmiş kitablarda nəql olunması (Vəsailuş-şiə, c.30, səh.197-198). Rical alimləri məchulu (naməlumu şəxsi) iki kateqoriyaya bölmüşlər: a) Terminoloji məchul. Bu o şəxsə aiddir ki, bütün rical alimləri onun cahil birisi olmasında həmrəydirlər. b) Lüğəvi məchul. Bu isə vəziyyəti məlum olmayan şəxsə aiddir. Ona görə də rical kitablarından ondan söhbət açılmamışdır. Ravinin zəifliyi isə birinci kateqoriyada, yəni onun cahil olması hamı tərəfindən qəbul olunduğu halda öz təsdiqini tapır. İkinci kateqoriya barədə isə dəqiq və ətraflı araşdırılma tələb olunur. Belə ki onun rical kitabında adının qeyd olunmamasınn səbəbləri araşdırılmalıdır. Bəzən ravinin məhşurluğu və onun araşdılımasına ehtiyac duyulmadığı üçün rical kitablarında ondan söz açılmır (Ər-ruvaşih Mirdamad, səh.60-61). 5. Başqa bir ehtimal isə qədim mühəddislərin “Əsalətul sidq və ədalət” (“Doğruluq və ədalət prinsipinə”) söykənmələridir. Bu prinsipə əsasən, əksi isbat olunmayana qədər ravinin doğruluq və ədaləti öz qüvvəsini itirmir. 6. Hədislərin doğruluğunda təkcə onların sənədlərinin etibarlılığı nəzərə alınmamalı, ravinin etibarlılığını təsdiləyən bütün səbəblər və yollar nəzərə alınmalıdır. Şiə alimərinin əksəriyyəti etimad olunası xəbəri dəlil hesab etmişlər. Yəni müxtəlif vasitə və yollarla nəql olunan xəbərin etibarlılığına etimad yaranarsa, ondan dəlil kimi istifadə etmək mümkündür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər