RSS
 

Login:
Şifrə:
» » İmam Zaman (ə.f) sürətlə böyüyüb?!

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Zaman (ə.f) sürətlə böyüyüb?!

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 21:39 | Şərh sayı: (0) | Baxılıb: 334

İmam Zaman (ə.f) sürətlə böyüyüb?!


İmam Zaman (ə.f) sürətlə böyüyüb?! Bir çox mənbələrdə İmam Mehdinin (ə.f) qeyri-adi fiziki inkişafı (böyüməsi) barədə hədislər nəql olunmuşdur.[1] Həmin mənbələrin bəzilərində hər imamın bir günlük inkişafı digər insanların həftəlik inkişafına, həftəlik inkişafı digər insanların aylıq inkişafına, aylıq inkişafının isə digər insanların illik inkişafına bərabər olduğu qeyd edilir.
Bəzi mənbələrdə Həzrət İbrahimin (ə)[2], Həzrət Rəsuləllahın (s)[3] və Həzrət Zəhranın (s.ə)[4] da sürətlə böyüməsi barədə hədislər nəql olunmuşdur.
Əhli-sünnə mənbələrində də Dəccalın[5] və Həzrət Salehin (ə) dəvəsinin balasının da[6] qeyri-adi şəkildə böyüməsi barədə hədislər nəql olunmuşdur.
Hər halda bəzi uşaqların qeyri-adi və sürətlə böyüməsi əql nöqteyi-nəzərindən qəbul olunan bir məsələdir. Lakin bunun isbat olunması qəti dəlillərə əsaslanmalıdır. Hədislərin sənədlərini və mətnlərini dəqiq araşdırdığımızda əldə etdiyimiz nəticə aşağıdakılardan ibarətdir:
İmam Zamanın (ə.f) uşaq vaxtı qeyri-adi və sürətli inkişafı barədə nəql olunan hədislərin heç biri sənəd baxımından mötəbər deyildir. Əlbəttə, qeyd edək ki, Həzrət İbrahimin (ə) qeyri-adi və sürətlə böyüməsini bəyan edən hədisin sənədi mötəbərdir. Həmçinin Səhih İbn Həbbandan Peyğəmbər (s) barədə də belə bir hədis nəql olunmuşdur.
Bu mövzunu ehtiva edən hədislər əhatəli və geniş olmadığından tədqiqatçılarda nəinki yəqin, heç hadisənin doğruluğu barədə zənn belə yaradacaq həddə deyildir. Bu mövzunu ehtiva edən ən mühüm kitablar Şeyx Səduqun “Kəmalüd-din” və Şeyx Tusinin “Əl-Ğeybət” kitablarıdır.
Bu mövzu barədə söz açan ən qədim mənbə Hüseyn ibn Həmədan Xüseybinin[7] “Əl-Hidayətül-kübra”[8] kitabıdır. Onun vəsfdə ifratçı təfəkkürü (böyük ehtimalla ğulatlardan olmuşdur) və kitabında nadir hədisləri toplaması ona və hədislərinə etimad olunmamasını zəruri edir.
Bu hədislərdəki daxili uzlaşmanın olmaması onları qüvvədən salaraq etimadsız edir. Məsələn, bu hədislərdə imamların bir günlük inkişafı digərlərinə nisbətən 7 dəfə, bir həftəlik inkişafı 4 dəfə, bir aylıq inkişafının isə 12 dəfə artıq olduğu qeyd edilir. Bu üç müddət arasında uzlaşma yoxdur. Ona görə ki, əgər imamların bir günlük inkişafı adi insanların bir həftəlik inkişafına bərabərdirsə, bir həftəlik inkişaf müddəti də yeddi həftə müddətinə bərabər olmalıdır. Halbuki bu mətnlərdə imamların bir həftəlik inkişafı bir ay, yəni 4 həftə kimi qeyd edilmişdir. Bir aylıq inkişaf müddəti də bir il, yəni 12 dəfə artıq qeyd edildiyindən aralarında uzlaşma yoxdur.
Bu hədislər imamların adi və təbii şəkildə inkişafı barədə nəql olunan hədislərlə ziddiyyət təşkil edir. Məsələn, Yəqub ibn Mənquşun nəql etdiyi hədisdə[9] İmam Həsən Əskərinin (ə) evində atasının qucağında gördüyü İmamı “beş yaşlı oğlan uşağı” kimi vəsf edir. Həmçinin Səd ibn Abdullah Qumi də nəql etdiyi hədisdə[10] İmam Həsən Əskərinin (ə) evində İmamı görməsini “sağ dizinin üzərində oğlan uşağı əyləşmişdi” – cümləsi ilə ifadə edir. Ocümlədən İmamın (ə.f) atasının cənazəsinə namaz qılmasını bəyan edən hədis onu “qarabuğdayı oğlan uşağı”[11] kimi vəsf edir. İmam Cavadın (ə) uşaqlığı barədə nəql olunan hədislərə[12] də müraciət edəndə imamların qeyri-adi və sürətli deyil, hamı kimi adi inkişaf tərzinə malik olduğunun şahidi oluruq.
İmam Zamanın (ə.f) sürətli inkişafı barədə İmam Həsən Əskərinin (ə) bibisi Həkimə xanım tərəfindən də hədis nəql olunmuşdur. Həmin hədisdə Xanım Həkimə İmamın (ə.f) belə tez inkişaf etdiyini görüb təəccüblənir. İmam (ə.f) isə cavabında belə deyir: “Biz imamlar bir gündə adi insanların bir ildə etdiyi inkişafı edirik”. Bu hədis həqiqət ola bilməz. Çünki İmam Cavadın (ə) qızı Həkimə xanım həm İmam Hadinin (ə), həm də İmam Həsən Əskərinin (ə) uşaqlığını görmüş, imamları görüb tanıdığı üçün onların sürətli inkişafından da xəbərdar olmalı və İmam Mehdinin (ə.f) sürətli inkişaf onu təəccübləndirməməli idi.
Əgər bütün imamların sürətli və qeyri-adi inkişafı həqiqət olsaydı, bu məsələ işarə etdiyimiz bir neçə hədislə məhdudlaşmazdı. Əksinə, bütün tarixi mənbələrdə və ya bir çox dini qaynaqlarda qeyd olunardı.
Peyğəmbər və imamların uşaqlıqdakı sürətli və qeyri-adi inkişafı deyildikdə orta haldan daha üstün bir inkişaf dərəcəsinin nəzərdə tutulması mümkündür. Belə ki imamlar və peyğəmbərlər barədə hədislərdə nəql olunan buna bənzər ifadələr başqaları barədə də qeyd edilmişdir. Məsələn, şairlərdən biri oğlunu vəsf edərək deyir:
بنیّ کأنّ البدر أشبه وَجهُهُ یشبُّ شباب الحول فی مدّة الشهر
Bənzəyir siması oğlumun on dörd gecəlik aya,
Bir illik cavanlığın müddətin başa vurar bir aya. [13]


[1]Kəmalüd-din, səh/424, hədis/1, İlamul-vəra, c/2, səh/214, Rövzətül-vazizin, səh/281, Biharül-ənvar, c/51, səh/2, hədis/3, Şeyx Tusi, Əl-ğeybət, səh/238, hədis/205.
[2]Əl-Kafi, c/8, səh/366, hədis/558, Kəmalüd-din, səh/138, hədis/7.
[3]Səhih İbn Həbban, c/14, səh/245, hədis/6335.
[4]Dəlailül-İmamə, səh/81.
[5]Əl-Müstədrək ələs-səhiheyn, c/4, səh/595, hədis/8655.
[6]Həmin, c/2, səh/618, hədis/4069.
[7]Hüseyn ibn Həmədan tanınmış ğalilərdəndir (yəni vəsf və ifratda həddi aşanlardandır).
Nəcaşi onun barəsində yazır: ““əl-İxvan”, “əl-Məsail”, “Tarixül-əimmə”, “Ər-risalətün təxlit” və “Hidayətül-Kübra” kitablarının müəllifi Əbu Əbdullah batil əqidə sahibidir” (Rical ən-Nəcaşi, c/1, səh/187).
İbn Ğəzairi belə deyir: “O, yalançı, azğın və lənətlənmiş birisidir. Ona etina olunmaz” (İbn Ğəzairin “Rical” kitabı, səh/54).
Şeyx Tusi də onun adın çəkmiş, lakin onun əqidəsi, məzhəbi və etimadlı birisi olub-olmaması barədə bir söz açmamışdır. (Tusinin “Rical” kitabı, səh/423).
“Hidayətül-kübra” kitabının mətni onun əqidəsinin batil olmasına aşkar şəkildə dəlalət edir. O, Muhəmməd ibn Nəsir kimi məşhur ğulatı tərif edərək onu imamların qapısı kimi tanıtdırır. “Hidayətul-kubra” kitabı həmin zamanın ğulatlarının təfəkkür xəttini aşkar şəkildə ortaya qoyan bir yazı nümunəsidir.
[8]Hidayətül-Kübra, səh/357.
[9]Kəmalüd-din, səh/445, hədis/19, Biharul-ənvar, c/52, səh/32, hədis/28.
[10]Kəmalüd-din, səh/457, hədis/21.
[11]Kəmalüd-din, səh/475, əs-Sabiq fil mənaqib, səh/706, hədis/554, əl-Xəraic vəl-cəraih, c/3, səh/1101. hədis/23, Biharül-ənvar, c/52, səh/67, hədis/53, Şeyx Tusi, əl-Ğeybət, səh/271, hədis/237.
[12]Əl-Kafi, c/1, səh/321, hədis/10 və səh/322, hədis/13.
[13]Siyəri Əlamin-nübəla, c/12, səh/254.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor