Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-10-2016, 11:20 | Şərh sayı: (1) | Baxılıb: 2109
Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?
Sual: Niyə qadınların qəbrini kişilərdən dərin qazırlar?
Cavab: Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadın kişidən fərqli olaraq naməhrəmlərin gözündən ciddi şəkildə qorunmalıdır. Qadının demək olar ki bütün bədəni, hətta bədən cizgiləri naməhrəmdən örtülməlidir. Zənnimizsə, qadının qəbrinin dərin qazılmasının əsas səbəblərindən biri dəfn zamanı qəbrin ətrafında olan kişilərin cənazəni görə bilmələrinə mane olmaqdır. Qəbr dərin qazılanda dəfn və təlqin zamanı ətrafda duran adamların cənazəni görməsi çətinləşir. Həmçinin, hər hansı təbii hadisə (məsələn, zəlzələ və ya sel) baş versə, qəbrin dərinliyi onun uçulmasına və cənazənin üzə çıxmasına mane ola bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər