İmam Mehdi (ə.f) dünyaya gəldikdən sonra danışıb?! |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 20:33 | Şərh sayı: (0) | Baxılıb: 377
İmam Mehdi (ə.f) dünyaya gəldikdən sonra danışıb?!
Tarixi mənbələri araşdırdıqda İmamın (ə.f) dünyaya gəldikdən sonra qeyri-adi və xariqüladə şəkildə ümumbəşəri inqilaba rəhbərlik edəcəyinə işarə edərək danışmasını təsdiqləyən hədislərin şahidi olacağıq.
Bu barədə nəql olunan hədisləri araşdırdıqda bir neçə nöqtəyə diqqət etmək zəruridir:
Dünyaya yenicə göz açmış uşağın danışması adətin ziddinə olsa da, əqllə ziddiyyət təşkil etmir və mümkünlüyünü isbatlamaq da olar.
Bəzən ilahi hikmət üzündən bəzi övliya və ənbiyaların şəxsiyyətinin aşkarlanmasından ötrü Həzrət İsanın (ə) beşikdə dil açıb danışdığı kimi[1] hətta yeni doğulmuş uşaq da dil açıb danışa bilər. Həm sünni, həm də şiə qaynaqlarında qeyd olunan hədislərə əsasən, bir çox körpələr də dil açıb danışmışlar.[2]
Şiə mənbələrində Peyğəmbərin (s)[3], İmam Əlinin (ə)[4], İmam Kazımın (ə)[5] və İmam Cavadın (ə)[6] körpə yaşlarında danışmaları barədə kifayət qədər hədislər nəql olunmuşdur.
Buna görə də körpə uşağın dil açıb danışması qeyri-mümkün deyil. Əksinə, ümumilikdə belə bir şeyin baş verməsində heç bir tərəddüd yoxdur.
Qeyd olunanları nəzərə alaraq şiənin mötəbər hədis qaynaqlarında İmam Mehdinin (ə.f) dünyaya gəldiyində dil açıb danışması barədə qeyd olunan hədislər inandırıcıdır. Araşdırmalar nəticəsində bu hədislərin sənəd baxımından səhih olmadığı qənaətinə gəlməyimizə baxmayaraq, bu hədislərin etibarlı kitablarda və həddindən artıq çox nəql olunması ümumilikdə bu işin baş verməsinə dair xatircəmlik yarada bilər.
[1] Maidə/110, Məryəm/29-30.
[2] "Yusif" surəsinin 26-cı ayəsinin təfsiri barədə, Təfsir əl-Qumi, c/1, səh/343, Təfsir ət-Təbəri, c/7, səh/193, cüz/12. (Peyğəmbər (s), İbn Abbas və Səid ibn Cübeyrdən nəqlə əsasən), əd-Dürrül-mənsur, c/4, səh/14.
[3] Əl-Ehticac, c/1, səh/528, hədis/128, Biharul-ənvar. c/15, səh/261. Hədis/11, Xəsaisül-kübra, c/1, səh/91.
[4] Rövzətül-vaizin, səh/91.
[5] Əl-Kafi, c/1, səh/310, hədis/11, Kəşfül-ğümmə, c/3, səh/34.
[6] Əl-Mənaqib, İbn Şəhraşub, c/4, səh/394.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər