İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-01-2016, 20:43 | Şərh sayı: (0) | Baxılıb: 421
İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Sual: İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Şeyx Səduq öz sənədinə əsasən, İmam Sadiqdən (ə) əhatəli bir hədis nəql etmişdir. Həmin hədisdə İmam (ə) belə buyurub: ستقع بالسادس من ولدى وهو الثانى عشر من الأئمّة الهداة بعد رسول اللَّه (ص)، أوّلهم أميرالمؤمنين علىّ بن أبىطالب وآخرهم القآئم بالحقّ بقيّة اللَّه فى الأرض وصاحب الزمان "Şübhəsiz ki, övladlarımdan altıncısı tezliklə qeybə çəkiləcəkdir. O, Allah Rəsulundan (s) sonra hidayətedici imamlardan on ikincidir. Onların birincisi möminlərin əmiri Əli ibn Əbutalib, sonuncusu haqq ilə qiyam edən (Qaim), Allahın yer üzərində saxladığı (Bəqiyyətullah) və zamanın sahibidir (Sahibəz-zaman)..." ("Kəmalud-din", səh.33; "Biharul-ənvar", c.42, səh.79, hədis.8) Yenə də öz sənədi ilə İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: من أقرّ بجميع الأئمّة وجحد المهدىّ کان کمن أقرّ بجميع الأنبيآء وجحد محمّداً نبوّته. فقيل له: يابن رسول اللَّه! فمن المهدىّ من ولدک؟ قال: الخامس من ولد السابع يغيب عنکم شخصه ولايحلّ لکم تسميته "Bütün imamları qəbul edib Mehdini (ə.f) inkar edən kəs elə bil ki, bütün peyğəmbərləri qəbul edib Muhəmmədin peyğəmbərliyini qəbul etməyən kəs kimidir". İmama (ə) deyildi: "Ey Allah Rəsulunun övladı! Övladlarından hansı Mehdidir (ə.f)?" Dedi: "Yeddincinin (İmam Musa Kazimin) nəslindən olan beşincisi kimliyini sizdən gizlədən və adının çəkilməsi sizə icazə verilməyən kəsdir" ("Kəmaluddin-din", səh.333). Yenə də bir hədisdə Əbu Bəsirin belə buyurduğunu nəql etmişdir: ومن القآئم منکم أهل البيت؟ فقال: يا أبابصير! هو الخامس من ولد ابنى موسى ذلک ابن سيّدة الإمآء يغيب غيبة يرتاب فيها المبطلون ثمّ يظهره اللَّه عزّوجلّ فيفتح على يده مشارق الأرض ومغاربها İmam Sadiqə (ə) dedim: "Siz Əhli-beytdən olan Qaim kimdir?" Dedi: "Ey Əbu Bəsir! Oğlum Musanın nəslindən olan beşinci şəxsdir. O, (öz zamanında) qadın bəndələrin seyidəsinin oğludur. O, qeybə çəkiləcək və batil əhli o (qeyb) barədə şəkkə düşəcəkdir. Uca və əzəmətli Allah onu aşkara çıxaracaq və onun əli ilə yer üzünün şərq və qərbini fəth edəcəkdir" ("Kəmalud-din", c.31, səh.345, "Biharul-ənvar", c.51, səh.146, hədis.14).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər