"Bəqiyyətullah" ləqəbi |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-01-2016, 20:46 | Şərh sayı: (0) | Baxılıb: 293
"Bəqiyyətullah" ləqəbi
İmam Mehdinin (ə.f) ləqəblərindən biri də Bəqiyyətullah - yəni Allahın yer üzərində saxladığıdır. Bu barədə nəql olunmuş bir neçə hədisi qeyd edək:
عَنِ السَّیِّدِ بنِ مُحَمَّدٍ الحِمیَرِیِّ عَنِ الإِمامِ الصّادِقِ (ع) – فِی الإِشارَةِ إلَی الأَئِمَّةِ، وَ الإِمامِ الثّانی عَشَرَ: وَ آخِرُهُمُ القائِمُ بِالحَقِّ، بَقِیَّةُ الله فِی الأرضِ، وَ صاحِبُ الزَّمانِ
Seyid Muhəmməd Himyəri İmam Sadiqin (ə) on ikinci İmama işarə edərək belə dediyini nəql edir:
“Onların (imamların) sonuncusu haqq ilə qiyam (Qaim) edən, zamanın sahibi (Sahibəzzaman) və Allahın yer üzərində saxladığıdır (Bəqiyyətullah).” [1]
عَن احمَد بن اسحاق بن سعد الأشعری- فی سُؤا لِهِ الإِمامَ العَسکَرِیَّ (ع) عَنِ الخَلَفِ مِن بَعدِهِ، وَ جَوابِ الإِمامَ المَهدِیِّ (عج) إِیاهُ، قالَ – قُلتُ لَهُ: یا مَولایَ، فَهَل مِن عَلامَةٍ یَطمَئِنُّ إلَیها قَلبی؟ فَنَطَقَ الغُلامُ (عج) بِلِسانٍ عَرَبِیٍّ فَصیحٍ فَقالَ: أنَا بَقِیَّةُ اللهِ فی أرضِهِ، وَالمُنتَقِمُ مِن أعدائِهِ، فَلا تَطلُب أثَراً بَعدَ عَینٍ، یا أحمَدَ بنَ إسحاقَ
Əhməd ibn İshaq Əşəri nəql edir: “İmam Həsən Əskəridən (ə) canişini barədə sual etdim və qəlbim aramlıq tapmasın deyə onun əlamətləri barədə soruşdum. İmamın göstərdiyi oğlan (İmam Mehdi (ə.f)) ərəb dilində fəsahətlə danışmağa başladı: “Mən Allahın yer üzərində saxladığı (Bəqiyyətullah) və Onun düşmənlərindən intiqam (Müntəqim) alanam. Ey Əhməd ibn İshaq! Əsli (yəni imamın özünü) gördüyün halda cüziyyat və əlamət ardınca olma!” [2]
أوَّلُ ما یَنطِقُ بِهِ هذِهِ الآیَةَ: "بَقِیَّةُ اللهِ خَیرٌلَّکُم ..." ثُمَّ یَقول: : أنَا بَقِیَّةُ اللهِ فی أرضِهِ، وَخَلیفَتُهُ، وَ حُجَّتُهُ عَلَیکُم، فَلا یُسَلِّمُ عَلَیهِ مُسَلِّمٌ إلّا قال: السَّلامُ عَلَیکَ یا بَقِیَّةُ اللهِ فی أرضِهِ
İmam Baqir (ə) onun zühuru barədə söhbət açaraq buyurdu: “Onun zühur etdikdən sonra dediyi ilk şey Quranın “Əgər mömin olsanız, Allahın saxladığı sizin üçün daha xeyirlidir” [3] ayəsi olacaqdır. Sonra deyəcək: “Allahın yer üzərində saxladığı (Bəqiyyətullah), onun canişini (Xəlifətullah) və sizlər üçün bələdçisi (Höccətullah) mənəm.” Həmin an ona salam verənlərin hamısı “Salam olsun sənə ey Bəqiyyətullah, ey Allahın yer üzərində saxladığı!” deyəcəklər.” [4]
[1] Kəmalud-din, səh/342, hədis/23 və 33, Bəşartul-Mustafa, səh/278, İlamul-vəra, c/2, səh/197, Biharul-ənvar, c/51, səh/145, hədis/12.
[2] Kəmalud-din, səh/384, hədis/1, İlamul-vəra, c/2, səh/248, Kəşfül-Ğümmə, c/3, səh/316, Biharul-ənvar, c/52, səh/23, hədis/16.
[3] Hud/86.
[4] Kəmalud-din, səh/331 hədis/16, İlamul-vəra. c/2, səh/292, Kəşfül-Ğümmə, c/3, səh/325. Biharul-ənvar, c/52, səh/192, hədis/24.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər