Həzrət Mehdinin (ə.f) peyğəmbərlərlə bənzərliyi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 15:06 | Şərh sayı: (0) | Baxılıb: 413
Həzrət Mehdinin (ə.f) peyğəmbərlərlə bənzərliyi
Bu barədə Əbu Bəsir İmam Muhəmməd Baqirdən (ə) hədis nəql etmişdir:
وروى سليمان بن داود، عن علي بن أبي حمزة، عن أبي بصير قال: سمعت أبا جعفر عليه السلام يقول: في صاحب هذا الامر أربع سنن من أربعة أنبياء سنة من موسى، وسنة من عيسى، وسنة من يوسف، وسنة من محمد صلى الله عليه وآله وسلم، أما من موسى فخائف، يترقب، وأما من يوسف فالسجن، وأما من عيسى فيقال: مات ولم يمت وأما من محمد صلى الله عليه وآله فالسيف
Hədisin məzmunu belədir:
Peyğəmbərlərdə olan 4 xüsusiyyət İmam Mehdidə (ə.f) də vardır. Həmin xüsusiyyətlərin biri Həzrət Musa (ə), biri Həzrət İsa (ə), biri Həzrət Yusif (ə) və biri də Həzrət Muhəmməddəndir (s). Həzrət Musaya (ə) aid edilən xüsusiyyət həyati təhlükə və təqiblərə məruz qalmasıdır. Həzrət Yusifə (ə) isə aid edilən xüsusiyyət həbsdə qalmasıdır. Şeyx Tusi “Əl-Ğeybə” kitabında bu ifadəni “qeyb” kəlməsi kimi qeyd etmişdir. Həzrət İsaya (ə) aid edilən xüsusiyyət budur ki, bu peyğəmbər ölmədiyi halda, onun haqqında “ölmüşdür” deyilmişdir. Həzrət Muhəmmədə (s) nisbət verilən xüsusiyyət isə qılıncla mübarizə (qiyam) etməsidir. Hədisdə bu xüsusiyyət “qılınc” kimi ifadə edilsə də, bu kəlmədə məqsəd silahlı mübarizədir.
Bu hədisin mənbələrini siz oxuculara təqdim edirik:
Şeyx Səduqun“Kəmalud-Din”, səh.326, hədis 6 (sənədi müvəssəqdir)
Şeyx Tusinin “Əl-Ğeybə”kitabı, səh.60, hədis 57 (sənədi müvəssəqdir)
“Kənzul-Fəvaid”, c.1, səh.374
“İlamul-Vəra”, c.2, səh.232
“Biharul-Ənvar”, c.51, səh.216
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər