Səfərdə namazları mütləq qəsrlə qılmaq lazımdır yoxsa bütöv də qılmaq olar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 14-06-2016, 19:37 | Şərh sayı: (1) | Baxılıb: 1670
Səfərdə namazları mütləq qəsrlə qılmaq lazımdır yoxsa bütöv də qılmaq olar?
Sual: Səfərdə namazları mütləq qəsrlə qılmaq lazımdır yoxsa bütöv də qılmaq olar?
Cavab: Bu məsələyə məzhəblərin baxış tərzi fərqlidir. Cəfəri məzhəbinə görə, səfər şərtləri həyata keçirsə, oruc tutulmayacaq, namazlar da qəsrlə qılınacaq, yəni dördrükətli namazlar iki rükət şəklində yerinə yetiriləcək. Əhli-sünnə məzhəblərindən şafiilik və hənbəliliyə görə, səfərdə oruc tutub-tutmamaq, namazları bütöv ya qəsrlə qılmaq insanın özündən asılıdır. Bu iki yoldan hansını istəsə seçə bilər. Bununla yanaşı, hənbəlilər səfərdə oruc tutmamağa və namazı qəsrlə qılmağa daha çox üstünlük verirlər. Maliki məzhəbinə görə, səfərdə oruc tutmamaq və namazları qəsrlə qılmaq təkid olunan sünnətdir. Hənəfi məzhəbi isə bunu vacib (fərzdən daha az, sünnətdən daha şox lazımlı) sayır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər