İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (ikinci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 12:20 | Şərh sayı: (0) | Baxılıb: 454
İmam Mehdinin (ə.f) adının çəkilməsi barədə (ikinci hissə)
İmam Mehdinin (ə.f) adının çəkilib-çəkilməməsi barədə nəql olunan hədislərin araşdırılması Müəyyən zaman çərçivəsində, yəni zühura qədər İmam Mehdinin (ə.f) adının çəkilməsini qadağan edən hədis qrupu ilə İmamın adının çəkilməsini icazəli hesab edən qruplar arasında ziddiyyət vardır. Üçüncü qrup isə ad çəkilmənin qadağan olmasına səbəb kimi təqiyyəni göstərmişdir. Çünki səbəbin bəyan olunması hökmün ümumi və xüsusiləşməsinə gətirib çıxarır. Əgər təqiyyə, imam və şiələrə yönəlmiş bir təhlükə olmazsa, İmam Mehdinin (ə.f) adını çəkmək də olar. Lakin təhlükə dolu zamanlarda İmamın nəinki əsl və məhşur adı, hətta ona və digər imamlara aid xüsusi künyə və ləqəblərin də qeyd edilməsindən çəkinmək lazımdır. Buna görə də bu qrup hədislər onun əsl və məhşur adına aid deyil, bütün ad, künyə və ləqəblərinə şamildir. Belə olan halda isə İmam Mehdinin (ə.f) əsl adının çəkilməsinin haram olması hökmü yalnız müəyyən zaman və məkan çərçivəsində və mövcud şəraitə uyğun olaraq qüvvədə qalır. Bu qrupun nəzəri isə İmamın adının zühura qədər çəkilməsini haram edən qrupla ziddiyyət təşkil edir. İmamın (ə.f) əsl adının çəkilməsini haram edən digər qrup isə ləqəb və adlarının çəkilməsini icazəli hesab etmişlər. Onlar yalnız İmamın (ə.f) əsl və məhşur adının çəkilməsini haram hesab etmişlər. Fərz etsək ki, onun (Mehdi kimi) bəzi ləqəbləri əsil adından daha çox məhşurlaşarsa, o zaman adının çəkilməsinin heç bir eybi olmayacaqdır. Digər bir qrup isə yuxarıda qeyd etdiyimiz qruplarla müxalif olaraq İmamın (ə.f) adını aşkar şəkildə bəyan etmişlər. Hədislərin sənədləri barədə 1. İmamın (ə.f) adının çəkilməsini mütləq şəkildə və ya zühura qədər haram olduğunu bəyan edən hədislər mötəbər sənədlərə söykənir. 2. Adətən İmamın (ə.f) adını aşkar şəkildə bəyan edən hədislər zəifdirlər. Sadəcə bəzi hədisləri müəyyən arqumentlərə əsaslanaraq mötəbər hesab etmək olar. 3. İmamın (ə.f) adının çəkilməsini təqiyyə və təhlükə üzündən haram edən hədislərin əksəriyyətinin sənədi iradlı və mötəbər deyildir. Təkcə bir rəvayətin sənədi səhih və mötəbərdir: إذا وَقَعَ الاِسمُ وَقَعَ الطَّلَبُ Adı çəkildiyi zaman tələb olunacaq (ələ keçməsi üçün zəmin yaranacaq).[1] Bunları nəzərə alaraq ikinci və üçüncü qrup hədislərin bir-biri ilə ziddiyyətini qəbul etsək, onların birinci qrup hədislərlə ziddiyyət təşkil etmə qabiliyyəti olmadığından qüvvədən düşmüş hesab olunurlar. Başqa sözlə desək, İmamım (ə.f) adının çəkilməsini mütləq və ya müəyyən qeydlərlə (Məsələn, zühur dövrünə qədər) haram edən birinci qrup hədislər dəlil hesab olunacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər