İmam Mehdinin doğulması haqda hədislər zəifdirmi? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 20-12-2015, 09:40 | Şərh sayı: (0) | Baxılıb: 1168
İmam Mehdinin doğulması haqda hədislər zəifdirmi?
İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə qeyd edilən rəvayətlər zəif və etibarsızdırmı? Bəziləri belə deyir ki, müəlliflər istinad mənbəyinin zəif olduğunu bildikləri halda Həzrət Mehdinin (ə.f) dünyaya gəlişi ilə əlaqədar olan rəvayətləri qeyd ediblər (Ətraflı məlumat üçün bax: "Tətavvurul-fikril-İslamiyy", səh.208). 1. İmam Mehdinin dünyaya gəlişi ilə bağlı əlimizə çatan hədislərin arasında doğru sənədlilərinin olması bu məsələnin təsdiq tapması üçün kifayətdir. Çünki qarşımıza çıxan zəif sənədli hədislərin qarşısında onların daha əsaslı və daha doğru olması sübut olunur. Bu, şiə və sünni hədis alimləri arasında qəbul edilmiş bir metoddur (Ətraflı məlumat üçün bax: "Silsilətul-əhadisus-səhihə", Nasiruddin Albani, c.4, səh.358). 2. Əhli-beyt ardıcıllarının nəzərinə görə təsdiqini tapmış və ağılın qəti surətdə qəbul etdiyi ideoloji və sxolastik (kəlam) məsələlər barəsində olan hədislərin raviləri barədə "cərh və tədil" ("Rical elmi" də deyilir, hədis nəql edən ravilər barədə araşdırma aparan elm) aparılmamış və buna ehtiyac da duyulmamışdır. Məhdəviyyət mövzusunu da buna aid edə bilərik. 3. Həzrət Mehdinin (ə.f) doğulması barədə uyğun, qismən uyğun və ya impilikativ dəlilləri olan (mütabiq, təzəmmün və iltizami dəlil) hədislər kifayət edəcək təvatür həddini keçmişdir. Yəqin ifadə etdiyinə görə sənədin yoxlanılmasına ehtiyac qalmır. Mütəvatir xəbər bir dəstə insanın nəql etməsidir. Onların yalan barədə yekdil olmaları məhaldır, yəni mümkün deyil. Bilirik ki, mütəvatir xəbərdə ravilərin hər birinin doğrudanışan və ədalətli olması lazım deyil. Bəlkə də ehtimaların üst-üstə yığılması yolu ilə bu barədə yəqinə çatmaq olar. 4. Araşdırmaçı şəxs İmam Həsən Əskərinin (ə), ondan əvvəl və sonrakı siyasi dönəminin durumunu mülahizə etdikdə görər ki, Həzrət Mehdinin doğulması barədə hədisləri rəvayət edənlərin cəhalətinə səbəb olan amillərindən biri də həmin siyasi təzyiqlər olmuşdur ki, zülmkar hakimlər yolu ilə şiələrə çatdırılmışdır. Belə ki, ravilərdən çoxu tanınmamaları üçün özlərini ləqəblə tanıtdırırdılar. Xüsusilə, bunu nəzərə almaq lazımdır ki, ravilərdən bəzisi Samərradan uzaq məntəqələrdən gəlir, Həzrət barədə soruşur və başqalarına çatdırırdılar.
Fərid Abdullah
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər