Müxalifət böhranla bağlı toplandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 14:32 | Şərh sayı: (0) | Baxılıb: 274
Müxalifət böhranla bağlı toplandı
"Azərbaycanın parçalanma təhlükəsi var"...
Yanvarın 24-də ölkənin aparıcı müxalifət partiyaları bir araya gələrək ölkədə baş verən böhranla bağlı toplantı keçirib. Musavat.com xəbər verir ki, KXCP, AXP, ADP, Ümid Partiyalarının rəhbərləri, "Ağ blok", Bakı Kəndlər Birliyinin təmsilçiləri də daxil olmaqla, tədbirdə iki yüzdən artıq şəxs iştirak edib. Tədbir dövlət himni ilə başlanıb.
KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, uzun müddətdir ki, müxalifət bu cür, bu şəkildə bir araya gəlmirdi: “Buna görə iqtidara təşəkkür düşür”.
Ümid sədri İqbal Ağazadə isə qeyd edib ki, bu tipli tədbirlərin geniş tərkibdə və müntəzəm keçirilməsi vacibdir: “Hesab edirəm ki, bu insanlar, buradakı ictimai-siyasi düşərgənin təmsilçiləri bu cür tədbirəri davam etdirməyin yollarını aramalıdırlar. Bundan sonra da bu tipli tədbirlərin keçirilməsi, xalqın problemlərinin qaldırılması istiqamətində işlər aparılmalıdır. Xalqın bir arada olmasının yollarını aramalıyıq”.
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, böhranı yaradan iqtidar xalqı həmin böhrandan çıxara bilməz: “Bu, torpaqların itirilməsinə səbəb olacaq, Azərbaycan xalqının bütünlüyünü təhlükə altına alan bir prosesdir. Bu böhranın ağırlığını Azərbaycan xalqı qaldıra bilməyəcək. Azərbaycan faktiki olaraq total böhrandadır. Azərbaycanda köklü radikal islahatlar aparılmasa, ölkə batacaq. Təcili, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Xalqın iradəsini ifadə edən, demokratik seçki olmalıdır. İkincisi, Azərbaycanda mütləq koalisyon hökumət yaradımalıdır. Qanunvericilik sisteminin dəyişdirilməsi və idaretmə prinsipinin dəyişdirilməsi vacibdir. Bu böhranı yaradan bu iqtidardır. Bu iqtidar dəyişilməyənə qədər böhrandan çıxa bilməyəcəyik. Azərbaycanı satmaq prosesi başlayıb. Bu qədər təhlükəlidir vəziyyət, Azərbaycanın parçalanma təhlükəsi var”.
ADR Hərəkatının təmsilçisi Vurğun Əyyub isə qeyd edib ki, son vaxtlar böhrandan çıxmaq üçün hakimiyyətə çox sayda təkliflər verilsə də, heç birinə cavab gəlməyib: “Azərbaycan hakimiyyətinin heç bir proqramı yoxdur, xaotik addımlar atırlar”.
“Ağ blok”un təsisçilərindən Tural Abbaslı isə bildirib ki, cılız ambisiyalara görə bir araya gəlməyən müxalifyönlü insanlar da səhnədən getməlidir: “Bu tədbirlərin də davamlı olmasına çalışmaq lazımdır. Konkret tələblərdən biri parlamentlə bağlı idi, dəstəkləyirəm. Parlament təcili buraxılmalıdır. Dövlət başçısı nəhayət ki, müxalifətlə bir masa arxasında oturmalıdır”.
VİP sədri Əli Əliyev isə deyib ki, hakimiyyət öz yerində deyil: “Manatla bağlı hakimiyyət də devalvasiyaya uğrayıb. Hakimiyyət özünü itirib. Hakimiyyət özü çürüməyə başlayıb. Qarşımızda duran vəzifələrdən biri hakimiyyətin qarşısına güc çıxarmaq lazımdır. Biz bu gücü formalaşdırmalıyıq. Biz göstəməliyik ki, xalq bu hakimiyyətin rəhbərliyi altında yaşamaq istəmir. Azərbaycanın iqtisadi cəhətdən Rusiyaya satılması prosesinə hazırlıq gedir. Biz buna razı olmamalıyıq. Azərbaycan dövlətçiliyi təhlükədədir”.
Media kapitanı Əvəz Zeynallı isə deyib ki, gənclər proseslərə rəhbərlik etməlidir: “Prosesi Azərbaycan gənci o istiqamətdə aparmalıdır ki, prosesi bizim əlimizdən ala bilməsinlər”.
Ümid Partiyasının təmsilçisi Tamilla Qulami isə bildirib ki, bu dəfəki tədbirin təşəbbüskarının müxalifət liderləri olmaması təəssüfedicidir: “Gənclər təşəbbüs göstərdilər, müxalifətin bir araya gəlməsinə səbəb oldular. Antiböhran tədbirləri ilə bağlı təkliflər verilməlidir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, müxalifət bu gün etməli olduğuna başladı və bir araya gəldi: “Gənclər, sizdən öncəki nəsil, indi qocalanlar, ölkənin məsuliyyətini çəkənlər Azərbaycan dövlətinin müstəqilliyini bərpa ediblər. Bu müstəqilliyini bərpa edən insanlar yenidən bir yerdə olmağa məcburdurlar, məhkumdurlar və məcburdurlar. Hər kəs öz işini görməlidir. Bu iqtidar kardır, kordur, heç nəyi görmür. Hər kəs boynunun borcunu yerinə yetirməlidir. Bu nəsil də məsuliyyət daşıyır. Sabaha doğru addımlarımızı müəyyənləşdirməliyik. Bu hakimiyyət mütləq getməlidir və onu biz yola salmalıyıq”.
AXP sədri Pənah Hüseyn isə bildirib ki, artıq xalq hərəkatının başlanması labüddür və bu, olacaq: “Bu günkü tədbir də buna öz töhfəsini verəcək”.
Tədbir dövlət himni ilə də yekunlaşıb. Tədbirdən sonra siyasi liderlər toplaşaraq işçi qrupun yaradılması barədə ümumi razılığa gəldilər. İşçi qrupun növbəti toplantısı gələn həftəyə nəzərdə tutulub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər