“Yaranan vəziyyət özü ilə bərabər müxalifətini yetişdirəcək” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:15 | Şərh sayı: (0) | Baxılıb: 228
“Yaranan vəziyyət özü ilə bərabər müxalifətini yetişdirəcək”
Sülhəddin Əkbər: “Ölkədə artıq sistem böhranı yaşanır...”
Ölkədə manatın qiymətinin sürətlə ucuzlaşması, ərzaq və digər əmtəə məhsullarının bahalaşması, iş yerlərinin bağlanması prosesinin getməsi əhalinin yaşayışına ciddi təsir göstərməkdədir. Cəmiyyətdə bir psixoloji gərginlik müşahidə olunur. Bölgələrdə kartəbii etirazların baş qaldırdığı barədə də xəbərlər gəlməkdədir.
Bəzi ekspertlər Xaçmazda bir kəndin sakinlərinin yol polisini döyməsinin də bu gərginliyin fəsadı olaraq ortaya çıxdığını iddia edilər. Bir çox ekspertlər və siyasətçilər bu durumun heç də ölkə üçün yaxşı perspektiv vəd etmədiyini, müxalifət olmadan da ölkədə spontan etirazların genişlənəcəyi təhlükəsinin olduğunu düşünürlər.
Bu mövzuda danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, hökumət böhranın qarşısını almasa, ölkədə müxalifətin iştirakı olmadan sosial etirazların baş qaldırması gözlənilir: “Xatırlayırsınızsa, mən məqalə və müsahibələrimdə həmişə bir şeyi xüsusi vurğulayıram ki, ölkədə artıq sistem böhranı yaşanır. Bu böhran maliyyə-iqtisadi böhranla başladı və artıq hökumət idarəçiliyi böhranı ilə müşayiət olunmaqda, dərinləşməkdədir. Heç şübhəsiz ki, artıq bunun sosial nəticələri üzə çıxmağa başlayıb. Bunun sosial-siyasi nəticələri də olacaq. Sosial-siyasi nəticələr deyərkən sosial etirazlar, spontan etirazların müşayiət olunması və kütləviləşməsini də nəzərdə tuturam. Əgər təxirəsalınmaz antiböhran tədbirləri görülməsə, əhalinin geniş təbəqələrinin maraqları, iş adamlarının maraqları qorunmasa, böhran dərinləşəcək və bunun ciddi sosial nəticələri olacaq, sosial narazılıq artacaq, etiraz dalğası baş qaldıracaq. Belə vəziyyətdə isə iki variant var. Ya müxalifət yenidən təşkil olunmalıdır və çox ciddi bir strategiya ətrafında sistemli iş qurmalı, xalqı yenidən özünə inandırmalıdır. Bu uzun və çətin çəkən prosesdir. Ya da yaranan vəziyyət özü ilə bərabər özünün də müxalifətini yetişdirəcək. Bu, mümkündür ki, ilk dövrdə siyasi partiya halında olmayacaq, vətəndaş hərəkatı kimi olacaq. Bunu prosesin gedişi göstərəcək. Ənənəvi müxalifətin təşkilatçı və iştirakçısı olmadan baş qaldıran sosial etirazların özünə liderlər də yetişdirəcəyi aydındır. Dünya təcrübəsində bu cür hallara çox rast gəlinir”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər