Müxalifətin böyük toplantısına hazırlıq gedir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:09 | Şərh sayı: (0) | Baxılıb: 262
Müxalifətin böyük toplantısına hazırlıq gedir
24 yanvara planlaşdırılan toplantıya YAP təmsilçiləri də dəvət ediləcək
Yanvarın 24-də bütün müxalifət düşərgəsinin, ayrı-ayrı nüfuzlu ictimai xadimlərin toplantısının keçirilməsi planlaşdırılır. Bu barədə “Ağ Blok”un həmtəsisçisi Tural Abbaslı “Yeni Müsavat”a məlumat verib.
Onun dediyinə görə, toplantının məqsədi ölkədə yaranmış vəziyyəti birgə müzakirə etmək, çıxış yolları istiqamətində vahid mövqeyə gəlməkdir: “Özünü müxalifət hesab edən bütün qüvvələrin iştirakı üçün açıq olan belə bir tədbir nəzərdə tutulub. Burda təşəbbüsçülər var, amma bu, hansısa konkret təşkilatın tədbiri deyil. Orada iştirak edəcək hər bir təşkilat və şəxs eyni statusludurlar. Odur ki, şəxsi siyasi ambisiyaları, şəxsi eqoları kənara qoyub Azərbaycan və xalq naminə bir araya gəlməyi bacarmaq lazımdır. Bu təşəbbüsdə iştirak eləyənlər sırasında KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn və digərləri var. Hazırda danışıqlar gedir, sıra genişlənir”.
T.Abbaslının sözlərinə görə, toplantının ADP-nin böyük zalında saat 2-də keçirilməsi nəzərdə tutulub. Toplantıya hətta hakimiyyət nümayəndələrinin də dəvəti nəzərdə tutulur: “YAP rəsmiləri Siyavuş Novruzov və Aydın Mirzəzadə mətbuata bildiriblər ki, hakimiyyət, hakim partiya təklifləri dinləməyə hazırdır. Ona görə də hesab edirik ki, onlar da 24 yanvarda keçiriləcək toplantıya gəlsinlər, təklifləri dinləsinlər, özlərinin sözləri varsa ifadə etsinlər. Bu, ümumi problemlərin həlli istiqamətində atılmış ilk konstruktiv addım kimi qiymətləndirilsin”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər