RSS
 

Login:
Şifrə:
» » Hakimiyyət Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəməsinə “yox” deyib

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hakimiyyət Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəməsinə “yox” deyib

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 969

Hakimiyyət Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəməsinə “yox” deyib


Hakimiyyət Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəməsinə “yox” deyib


Sərdar Cəlaloğlu: “Lideri olmayan qruplar var ki, onlar zaman yetişən kimi Rəsul Quliyevin ətrafında toparlana bilərlər”
Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Bakıya qayıtması üçün hakimiyyətə müraciət edib. Müraciətə isə mənfi cavab verilib. Bu barədə “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, keçmiş YAP-çı deputat Rza İbadovun üzərindəki cinayət işinin götürülməsi və onun ötən ay Azərbaycana buraxılması eks-spikerdə ona da “yaşıl işıq” yandırıla biləcəyi ümidini yaradıb. Ancaq Rza İbadova və bir neçə il öncə vətənə qayıdışına şərait yaradılan sabiq prezident Ayaz Mütəllibova göstərilən münasibət onun şəxsində təkrarlanmayıb.

R.Quliyevlə uzun illər eyni partiyada fəaliyyət göstərmiş keçmiş silahdaşı ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rəsul Quliyev əvvəlki nüfuzunu nə qədər itirsə də, Azərbaycanda siyasi hadisələrə təsir etmək imkanları var. Rəsul Quliyevi Rza İbadovla, Ayaz Mütəllibovla müqayisə eləmək yanlışdır. Nə Rza İbadov, nə də Ayaz Mütəllibov ölkə siyasətinə Rəsul Quliyev qədər təsir eləmək imkanında olmayıblar. Hakimiyyət də bunu nəzərə alır: “Rəsul müəllimin ölkəyə qayıtmasını əngəlləyən məqamlardan biri də hakimiyyətin ona şəxsi münasibətinin pis olmasıdır. 20 ilə yaxın vaxt keçir, lakin Rəsul Quliyevlə pozulmuş şəxsi münasibət hələ də düzəlmir. Rəsul Quliyev həm də şəxsi münasibətlərə görə vəzifədən və ölkədən getmişdi. 20 ildir həm də buna görə onun ölkəyə gəlməsinə imkan verilmir. Hələ də onu bağışlaya bilmirlər”.

“Bəs Rəsul Quliyevin hansı təsir imkanları qalır ki, hakimiyyət onun ölkəyə gəlişini təhlükə sayır” sualına isə S.Cəlaloğlu belə cavab verdi: “Həm regional amil baxımından, həm indiki böhran şəraitində xalqın ümid yeri ola biləcəyindən Rəsul Quliyev diqqəti cəlb edə, xalqın müəyyən bir hissəsinin, eyni zamanda hakimiyyətdəki bir sıra şəxslərin ümid yerinə çevrilə bilər. Hakimiyyət bunu düşünür və ona görə də onu ölkəyə buraxmır. Rəsul Quliyev ilk baxışdan nə qədər zəifləmiş, yıpranmış durumda görünsə də, ölkəyə gəlişindən sonra alternativ qüvvə kimi ortaya çıxmaq imkanları qalır. Siyasətdə ayrı-ayrı fərdlərin əsasən imici rol oynayır. Məsələn, cəmiyyətdə elə adamlar var ki, dəfələrlə Rəsul Quliyevdən güclüdür və xalqa daha çox xeyir verə bilər, amma xalq heç onu tanımır və arxasınca getmir. Amma güclü imici yaradılmış şəxsin arxasınca xalq çox şeylərin fərqinə varmadan gedir. Kütləvi şüur belədir. Xalqın gözünün qabağında nə qədər çox durursansa, bir o qədər adiləşirsən. Rəsul Quliyev isə uzun müddətdir ölkədən gedib, onun kimi liderlərə xalqların münasibəti mistiksasiya ilə bağlıdır. İnsanlar özlərindən uzaqda olan liderlərə hansısa ilahi don geydirirlər və onun haqqında xəyalla yaşayırlar. Rəsul Quliyev də uzun müddətdir ölkədən uzaqda olduğu və ölkəyə buraxılmadığı üçün xalqın müəyyən hissəsinin ürəyində mistikləşib”.

ADP sədri onu da dedi ki, hakimiyyətin içində dar ayaqda Rəsul Quliyevin ətəyindən yapışmaq düşüncəsində olanlar var. Hakimiyyət bunu da bilir: “Bu cür qüvvələr çoxdur. Lideri olmayan qruplar var ki, onlar zaman yetişən kimi Rəsul Quliyevin ətrafında toparlana bilərlər”.



Bəs iqtidar hansı şərtlər daxilində Rəsul Quliyevi ölkəyə buraxa bilər: “Yuxarıda xatırlatdığım xüsusi münasibət dəyişməyincə, heç bir şərtin olacağı gözlənilən deyil. Amma ümumən götürdükdə, hakimiyyət ölkənin düşdüyü böhrandan çıxması istiqamətində ciddi addımlar atmaq istəyirsə, Rəsul Quliyev kimi adamların biliyindən, təcrübəsindən ən azı məsləhət səviyyəsində istifadə etməlidir. Rəsul Quliyevə bir vəzifə verilməsə də onu ölkəyə buraxıb iqtisadi böhrandan çıxmaq istiqamətində ideyalarından yararlanmaq olar. İqtidar ona kömək eləmək istəyən istənilən qüvvənin imkanlarından istifadə eləməyə çalışmalıdır. Böhranı subyektiv bəyanatlarla, Siyavuş Novruzovun onu-bunu söyməsi ilə aradan qaldırmaq mümkün deyil. İqtidar öz siyasətini dəyişib cəmiyyəti bu vəziyyətdən çıxarmaq üçün bütün ictimai, siyasi qüvvələri səfərbər eləməlidir. Xaricdə olan təcrübəli vətəndaşlarımızın hamısının imkanlarından istifadə etməlidir. Dünya dəyişib, artıq neft və qaz iqtidarın əlində əvvəlki kimi silah rolu oynaya bilməz. Neçə ki, gec deyil, iqtidar təcili tədbirlər görməlidir”.
Xatırladaq ki, 2015-ci ilin son aylarından başlayaraq bir neçə dəfə Rəsul Quliyevin ölkəyə qayıtmaq istədiyi barədə xəbərlər yayılıb. Ötən il dekabrın 18-də R.Quliyev modern.az-a açıqlamasında da qayıtmaq istədiyini, lakin qayıdışının hansısa şərtlər daxilində olmasını istəmədiyini dilə gətirmişdi: “Heç vaxt etmədiyim ”cinayət" işinə görə əfv olunmağımı xahiş etmərəm. Kiminsə diktəsi ilə müəyyən addımlar atmağa razılıq vermək şərti ilə yaşamaqdansa, ölməyə üstünlük verərəm. Mənə qarşı açılmış "cinayət" işinin əsas müddəaları ilə Azərbaycanı tərk etməzdən bir gün öncə indi sizlərin yaxşı tanıdığınız şəxslərin iştirakı ilə tanış edilmişdim. Yəni “özünü yaxşı aparmasan, bu cinayət işi açılacaq” xəbərdarlığını almışdım. “Burada yazılanların hamısı yalandır, bunu necə edəcəksiniz” sualıma “sən ağıllı adamsan, bunu necə etməyin çox asan olduğunu bilirsən” cavabı verilmişdi.

Mən xaraktercə dediyim sözə həmişə əməl edən adam olmuşam və belə də qalacağam. Hamı mərhum prezident Heydər Əliyevdən üz döndərəndə mən onu Vəzirov, Mütəllibovun hədə-qorxusuna, terror etmək cəhdlərinə baxmayaraq, axıra qədər müdafiə etdim.

Elçibəy hökumətində də nazirlər bu işi davam etdirdilər, ancaq mən fikrimdən geri dönmədim. Parlament sədri seçiləndə iki cümləlik çıxış etdim. Dedim ki, mən Heydər Əliyevin siyasəti ilə razılaşmayanda istefa verəcəyəm. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində onu sözün əsl mənasında müdafiə edən nə ərtrafındakılar, nə də nazirləri oldu, yalnız mən oldum. 1996-cı ildə 3 məsələdə bizdə kəskin fikir ayrılığı yarandı. Bu, korrupsiya ilə rüşvət, Qarabağ probleminin həlli və demokratiyanın inkişafı məsələləri idi. Verdiyim sözə əməl edib, dava- qırğınsız, xoşluqla istefa verib getdim. Xaricdə yaşadığım dövrdə heç vaxt zorla hakimiyyətin dəyişdirilməsi ideyasını dəstəkləmədim. Mən həmişə bunun əleyhinə olmuşam. Hakimiyyətin məni respublikaya buraxması onun üçün heç bir təhlükə yaratmır".
Eks-spikerin sonda dedikləri əslində hakimiyyətə “məni ölkəyə buraxın” çağırışı kimi qəbul edilə bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor