“Mitinq məsələsi Müsavatda müzakirə olunur” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:10 | Şərh sayı: (0) | Baxılıb: 250
“Mitinq məsələsi Müsavatda müzakirə olunur”
Müxalifətin son bir ayda hərəkətə gəlməməsi suallar yaradıb
Ekspertlər iddia edir ki, ölkədəki iqtisadi böhran, içsizlərin sayının artması müxalifətin elektoral və sosial bazasını artırır, müxalifət partiyalarının mövqelərini möhkəmləndirir.
Paradoksal hal isə odur ki, müxalifət yaranmış durumdan mitinqlər keçirmək üçün istifadə etmir. Hətta rayonlarda süni qiymət artımına qarşı əhalinin keçirdiyi etiraz aksiyalarının təşkilində heç bir şəkildə iştirakçı olmadığını müxalifət partiyaları az qala hər gün bəyan edirlər.
Normalda isə istənilən ölkədə Azərbaycandakı kimi situasiya yaransaydı etirazların önündə müxalifət dayanardı. 2015-ci ilin 21 fevralında Azərbaycanda ilk devalvasiya həyata keçiriləndən az sonra Müsavat Partiyası və Milli Şura mitinqlər keçirmişdi. 21 dekabrda daha kəskin devalvasiya və bunun ardınca dəhşətli bahalaşma, iş yerlərinin ixtisarı prosesi başlansa da müxalifətin heç bir etiraz aksiyası ortada yoxdur.
Ölkədə son bir ayda bu qədər ciddi proseslər, etiraz aksiyaları hadisələri olmağına baxmayaraq müxalifətin nədən adi bir piket belə, keçirməməsi barədə sualımıza cavabında Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, ölkədə həqiqətən də çox ciddi siyasi iqtisadi kritik bir vəziyyət yaranıb. Bu vəziyyət hazırda Müsavat Partiyasının strukturlarında ciddi müzakirə olunur. O cümlədən mitinq keçirmək məsələsi də müzakirə olunur: “Biz xalqın sosial vəziyyətlə bağlı keçirdiyi bütün aksiyaları dəstəkləyirik. Müsavat Partiyası da aksiya keçirəcəyi halda öncədən Konstitusiyaya və ”Sərbəst Toplaşmaq Azadlığı Haqqında" Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət edəcək".
Bəzi müxalif siyasətçilər isə iddia edir ki, etiraz aksiyalarının müxalifət tərəfindən təşkil edilməməsinə baxmayaraq, ya bu proses özünün yeni təşkilatlanma formasını tapacaq və öz liderlərini ortalığa qoyacaq, ya da indiki siyasi müxalifətin idarəçiliyini və təşkilatçılığını qəbul edəcək. Çünki kortəbii və spontan şəkildə bu vəziyyət uzun müddət davam eləyə bilməz. Yəni özünün mütləq siyasi formasını tapacaq. İstənilən halda siyasi müxalifətin ən tez zamanda proseslərə qoşulacağı və prosesə siyasi rəhbərlik edəcəyi qanunayğunluqdur.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər