6 müxalif partiya mitinq keçirəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:32 | Şərh sayı: (0) | Baxılıb: 445
6 müxalif partiya mitinq keçirəcək

Mərkəz etiraz aksiyalarının keçirilməsi qərarına gəlib. Sosial-iqtisadi böhranın milli maraqlara zidd nəticələrə gətirib çıxarmaması üçün bütün müxalifət qüvvələrinin fəaliyyətinin koordinasiyasına ehtiyac yarandığı bildirilib.
Hökumətdən tələb edilib ki, böhranın qarşısının alınması üçün aztəminatlı təbəqənin maraqlarını müdafiə edən, korrupsiya və rüşvəti ortadan qaldıran kardinal və təcili antiböhran paketi hazırlanıb həyata keçirilsin. Ölkədəki siyasi, iqtisadi vəziyyətlə bağlı dialoqun baş tutması və konkret nəticələrin olması üçün dialoqda hakimiyyəti prezidentin təmsil etməsi doğru sayılıb.
Məlumatda sonra deyilir ki, 15 yanvarda saat 12.00-da KXCP-nin qərargahında “Ölkədəki iqtisadi böhran və çıxış yolları” mövzusunda bütün siyasi partiyaların iştirakı ilə tədbir keçirmək qərarı verilib.
Eyni zamanda Mərkəz 20 yanvar şəhidlərinin anma mərasimində birgə iştirak qərarı verib.
Qeyd edək ki, sözügedən Əməkdaşlıq Mərkəzinə 6 müxalif partiya daxildir.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər