Müxalifətin növbəti devalvasiya təxribatı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 23:46 | Şərh sayı: (0) | Baxılıb: 353
Müxalifətin növbəti devalvasiya təxribatı
Dekabrın 21-də ölkədə manatın devalvasiyaya uğraması bəzi müxalifət nümayəndələri üçün "fürsət" olub. Dünəndən etibarən bu şəxslər müxtəlif bəhanələrlə ölkədə çaşqınlıq yaratmaq istəyir, ictimai fikrə öz çirkin niyyətləri ilə təsir etməyə çalışırlar.
Həmin şəxslər bir müddət əvvəl Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyatı da insan hüquqlarına "zidd" adlandırmağa çalışaraq ictimaiyyəti cinayətkar qrupu müdafiə etməyə çağırırdılar. Həmin niyyətləri ifşa olunan bu şəxslər əllərinin hər yerdən üzüldüyünü görüb indi də başqa üsula əl atıblar.
Dünəndən etibarən əlləri hər yerdən üzülən bu şəxslər yenidən sosial şəbəkələrdə "fəallaşmağa" başlayıblar. Onlar özlərini ictimaiyyət nümayəndələrinin "halına yanan" kimi göstərməklə sosial şəbəkələrdə min-bir oyundan çıxaraq xalqı hakimiyyətə qarşı çıxmağa səsləyirlər. Elə bu məqsədlə də müxalif qruplar müəyyən yerlərdə baş vermiş hadisələr zamanı lentə alınmış video-görüntülər, foto-kadrları taparaq sosial şəbəkədə paylaşır, insanları bu kadrların guya dekabrın 21-də baş verməsinə inandırmağa can atırlar.
Məsələn, bu gün Feysbuk-da yayılmış bir etiraz video çarxı ictimaiyyətə guya "Binə" Ticarət Mətkəzində manatın devalvasiyasına etiraz olaraq keçirilən aksiya kimi təqdim edilib. Bəzi insanları da aldatmaqla özlərinə "həmfikir" edən müxalifətçilərin məqsədi həmin videodakı faktlarla alt-üst oldu. Məlum oldu ki, bu il dekabrın 21-də "keçirilən aksiya" kimi ictimaiyyətə sırınan bu video 2013-cü il yanvarın 19-da şəbəkələrdə paylaşılıb. "Binə" Ticarət Mərkəzində 2013-cü ildə baş vermiş yanğından bir gün sonra baş vermiş hadisə müxalifət nümayəndələri tərəfindən guya həmin aksiyanın dünən olduğu iddia edilib. Bu yolla ictimaiyyəti çaşdırmaq istəyən bu qüvvələr elə ictimaiyyət tərəfindən də ifşa olundu. Artıq hamı həmin kadrların köhnə olmasını sübuta yetirən faktları görüb müxalifətin bu çirkin oyununu üzə çıxardı.
Bu şəxslər indi də sosial şəbəkələrdə müəyyən adlarla özlərini ictimaiyyətə "vətənpərvər" kimi sırımaqla ictimaiyyətdə növbəti qarşıdurma yaratmaq istəyirlər. Bunun üçün Feysbuk və digər sosial şəbəkələrdə müxtəlif adlarla səhifələr açaraq özlərinə haqq qazandırmaq, xalqla hakimiyyət arasında əsassız narazılıq yaratmağa çalışırlar. Amma ictimaiyyət artıq nəinki Azərbaycanda, hətta dünyada baş verən bütün proseslərdən xəbərdardır, cərəyan edən bütün prosesləri analiz etməyə qadirdir. Xalq artıq müxalifət qruplaşmalarının niyyətinə bələd olduğundan bu cür təxribatlara çoxdan "yox" deyib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər