Hirsli halda and içmək düzgün sayılırmı? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: Bu gün, 11:51 | Şərh sayı: (0) | Baxılıb: 7
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Sual: Hirsli halda and içmək düzgün sayılırmı?
Cavab: İslam dinində and içməyin də özünün hökmləri vardır. Dini kitablarda and içməyin növləri, şərtləri, onu yerinə yetirməməyin hökmləri ətraflı izah olunub. And mühüm məsələlərdən biridir və insanlar buna məsuliyyətlə yanaşmalıdırlar. Ümumiyyətlə günahların böyük bir qismi dil ilə edilir və insan öz dilinə cavabdeh olmalıdır. Şəriətdə etibarlı sayılan formada and içərkən onu mütləq yerinə yetirmək lazımdır. Şəriətdə etibarlı sayılan andın əsas şərtlərindən biri insanın öz istəyi ilə könüllü surətdə and içməsidir. Bu halda öz andına əməl etməyən adam 10 nəfər fəqiri (kasıbı) yemək və ya geyimlə təmin etməlidir, buna imkanı çatmasa 3 gün oruc tutmalıdır. Əgər insan son dərəcə qəzəbli halda, necə deyərlər, “hirsindən ağlı başından çıxmış halda” and içibsə, bu and etibarlı sayılmır. Psixoloji müvazinətini itirmiş halda and içən və özünə gələndən sonra bundan peşman olan şəxs yuxarıda göstərilən cərimədən azaddır. Bundan sonra o, öz sözlərinə və hərəkətlərinə daha ciddi və məsuluyyətli yanaşmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər