Müxalifət birlik üçün daha bir şansı qaçırtdı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 266
Müxalifət birlik üçün daha bir şansı qaçırtdı?
İqtisadi böhran da müxalif düşərgəni biraraya gətirə bilmədi; Xalqın demokratik düşərgə ilə olan bağları qırılıb…
Natiq Miri: “Müxalifətin birləşməsi çox çətindir”
Hazırda ölkəmizdə cərəyan edən iqtisadi böhran müxalifətin bir daha zəifliyini, parakəndə şəkildə fəaliyyət göstərdiyini sübut etdi. Təsadüfi deyil ki, ölkə müxalifəti birləşmək üçün bəlkə də son şansını qaçırdı.
Adətən, belə böhranlar zamanı xalqın əsas gözləntiləri demokratik düşərgədən olur. Dünya ölkələrinin əksəriyyətində böhran zamanı siyasi qurumlar millət naminə bütün inciklikləri unudub, birləşirlər.
Amma son günlərdə bölgələrin bəzilərində baş qaldıran etirazlar bir daha xalqın müxalifətlə olan bağının qırıldığını göstərdi.
Politoloq Natiq Miri hesab edir ki, müxalifətin birgə fəaliyyət göstərə bilməməsində bütün siyasi qurumları günahkar görmək düzgün deyil: “Bu gün ölkədəki bəzi güclər müəyyən dövlətlər tərəfindən idarə olunurlar. Həmin ölkələrdən aldıqları müəyyən məbləğlərə görə onların havasına oynamağa məcbur olurlar. Dövlətə bağlı da müxalifətimiz var. Onlar müəyyən problemləri həll etmək istəyirlər, amma resursları buna imkan vermir. Çünki hakimiyyətin apardığı siyasət nəticəsində bu qurumlar tamam tükənmiş vəziyyətdədirlər. Sözsüz ki, bu qurumların özlərinin də zəifləmələrində günahları var. Bu qurumların bəzilərində daxili demokratiya olmadığına görə insanlar oradan uzaqlaşıblar. Bu amil partiyaların zəifləməsinə və birləşməmələrinə səbəb olub. Bu gün müxalifətin birləşməsi çox çətindir. Ola bilsin ki, ölkədəki problemlərin fonunda bəzi siyasi qurumlar meydana çıxa bilərlər. Onlar ən azından prosesin önündə olmağa çalışacaqlar”.
Politoloq xalqın artıq müxalifətin iştirakı olmadan təşkilatlana bildiyini də vurğuladı: “İctimai rəydə müxalifətin nüfuzu çox aşağıdır. Bu da inamsızlıqdan irəli gəlir. Səbəb isə, uzunmüddət qazanılmayan nəticədir. Amma bu gün problemlər hər bir fərdi ayrı-ayrılıqda vurduqda, onlar təşkilatlanmağa məcbur olurlar. Son günlərdə rayonlarda baş verən etirazlar bunu sübut edir. Düşünürəm ki, bu vəziyyət davam edəcək. Amma unutmaq olmaz ki, müxalifətin ictimai rəyə təsiri gündəmə gəlməkdədir. Çünki cəmiyyət bu cür sosial xarakterli etirazların sonunda bir liderə ehtiyacının ola biləcəyini yaxşı anlayır. Getdikcə bu gözlənti artacaq. Çünki buna ehtiyac var”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər