RSS
 

Login:
Şifrə:
» » Babək müsəlman imiş?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Babək müsəlman imiş?

 
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi, Slide | Vaxt: 13-12-2024, 17:54 | Şərh sayı: (0) | Baxılıb: 51

Babək müsəlman imiş?


Babək müsəlman imiş? Şübhəsiz, Abbasilər xilafəti zamanı baş vermiş qiyamların ən böyüyü və xilafət üçün ən təhlükəlisi Babək hərəkatı idi. Babək qiyamı irimiqyaslı bir hərəkat olduğu və xilafətin dayaqlarını sarsıtdığı üçün, salnamələrdə onun barəsində verilən məlumatlar da öz həcminin genişliyi ilə seçilir.

Lakin bunu da qeyd etmək lazımdır ki, istər Babəkin şəxsiyyəti, istərsə də rəhbərlik etdiyi qiyamın mahiyyəti barədə tarix kitablarındakı məlumatlar çox ziddiyyətlidir. Bu ziddiyyətlər ilk növbədə, xilafətə məxsus təbliğat maşınının fəaliyyətindən və tarixçilərə diqtəsindən irəli gəlirdi.

Anoloji hallar İslam tarixinin bundan əvvəlki bəzi səhifələrində də müşahidə olunmuşdu. Məsələn, İmam Hüseyn (ə) və silahdaşlarını Kərbəlada şəhid etdikdən və ailə üzvlərini əsir tutduqdan sonra Əməvi rejimi onların şəxsiyyətini düzgün olaraq tanıtdırmaqdan belə, qorxmuşdu. Rəvayətlərə görə, şəhidlərin kəsik başlarını və əsirləri xilafət şəhərlərində gəzdirib Dəməşqə apararkən, yolboyu camaata belə elan olunurdu ki, guya bunlar xəvaricə mənsubdurlar. Guya xəlifənin əsgərləri dindən azmış bir ovuc qiyamçını qırıblar və indi onların kəsik başları Dəməşqə aparılır.

Lakin Kərbəla qiyamının mahiyyətinin itməsinə əsirlər karvanında olan Həzrət Zeynəb və İmam Zeyn-ül-abidin (ə) mane oldular. Onlar istər yolboyu, istərsə də Kufə və Dəməşq kimi şəhərlərdə xalq qarşısında xütbə oxuyub, öz əsil-nəsəblərini, Peyğəmbərlə qohumluqlarını açıqladılar, insanları qəflət yuxusundan oyatdılar. Onlar Kərbəla şəhidlərinin hansı əqidə uğrunda döyüşdüklərini və nə qədər dəhşətli bir faciə ilə qətl olunduqlarını açıq-aşkar bəyan etdilər. Məhz bunun sayəsində Yəzidlə əlaltılarının səyi puç oldu və Əməvilərin günahsız qanlar üzərində qurulmuş hökuməti ifşa edildi.

Ümumiyyətlə, dünya tarixində bir çox qiyam və hərəkatların mahiyyəti sonradan təhrif olunmuş və gələcək nəsillərə səhv çatdırılmışdır. Üsyanların bir çoxu haqq-ədalətin bərpası naminə həyata keçirilsə də, bunlara qarşı iqtidarın güclü təbliğat kampaniyası işə salınmış və ictimai fikir üsyanın əsil məqsədlərinə tamamilə əks istiqamətdə formalaşdırılmışdır.

Əksər hallarda qiyamları qılınc və hiylə gücünə yatırmış dövlətlər, öz cəza tədbirlərinə haqq qazandırmaq üçün, qiyam başçılarının adına olmazın böhtan və iftiralar yaxmış və onları ləkələməyə çalışmışlar. Bu işdə onlara sifarişçi tarixyazarlar və muzdlu salnaməçilər yardım göstərmişlər. Babək hərəkatının başladığı tarixi şəraiti diqqətlə araşdırarkən, bu hərəkat barədə bir çox kitablardakı məlumatların da qərəzli olduğunu düşünməyə əsas yaranır. Tarixdən məlumdur ki, Babəkin başçılıq etdiyi hərəkat «xürrəmiyyə», «xürrəmdiniyyə» və ya «mühəmmərə» adlanırdı. Bu adların mənşəyi barədə ziddiyyətli məlumatlar mövcuddur. Ən çox müdafiə edilən məlumata əsasən, «xürrəmdin» sözü «gözəl din, xoş din» mənasını verir.

Bəzi tədqiqatçılar isə bu adı qədim fars dilindəki «xur» (Günəş) sözü ilə əlaqələndirirlər. Hərəkatın «mühəmmərə» (qırmızılar) adlanmasının səbəbi isə, üsyan iştirakçılarının rəmzi rənginin qırmızı olması idi (Abbasilərin rəmzi olan qara rəngin müqabilində). Böyük ehtimala görə, xürrəmilər hərəkatı Əbu Müslim Xorasaninin sui-qəsd nəticəsində qətlə yetirilməsindən dərhal sonra, onun intiqamını almaq şüarı ilə meydana çıxmışdır. Abbasiləri hakimiyyətə gətirmiş Əbu Müslim elə bu sülalənin əli ilə aradan götürüldükdə, onun tərəfdarları qəzəblənərək silaha əl atdılar. Əsas etibarilə, fars mənşəli kütlələrdən ibarət olan ilk xürrəmilər Xorasandan Reyə kimi irəliləyib, böyük bir ərazini ələ keçirdilər. Lakin xəlifə Mənsurun göndərdiyi qoşun xürrəmilərin dəstələrini dağıtdı. Altmış min nəfərdən artıq xürrəmi, o cümlədən, qiyam başçısı həlak oldu. Tarixçi Məsudi bu hadisənin hicri 136-cı ildə, Əbu Müslimin qətlindən bir neçə ay sonra baş verdiyini yazır. (Lakin daha dəqiq məlumata görə, Əbu Müslim Xorasani hicri 137 (miladi 755-ci) ildə qətlə yetirilmişdir. Deməli, xürrəmilərin ilk çıxışı da həmin ilə təsadüf edirmiş). Xürrəmilər uzun sürən fasilədən sonra, ikinci dəfə Abbasi xəlifəsi Mehdinin hakimiyyəti dövründə – hicri 162-ci ildə (miladi 778-779) İsfahan ətrafında qiyam etmiş, 30 ildən sonra, Harun Rəşidin dövründə bir daha bu hərəkat qeydə alınmışdı. Lakin hər iki dəfə üsyan asanlıqla yatırıldı. Bu üsyanların yayılma ərazisi və başçılarının şəxsiyyəti arasındakı fərqlərdən belə bir ehtimal yaranır ki, xürrəmilik uzun illər ərzində formalaşmış, indiki İran ərazisinin bir neçə bölgəsində ayrı-ayrı şəxslər tərəfindən idarə olunmuş, vahid mərkəz ətrafında birləşdirilməmiş, pərakəndə bir hərəkat imiş. Yalnız Babək minlərlə kilometr məsafəyə səpələnmiş və kortəbii fəaliyyət göstərən xürrəmiləri bir bayraq altında birləşdirməyə nail oldu.

Tarixçilər Babəkin əsil-nəsəbi barədə iki fikir söyləmişlər. Birinci nəzəriyyəyə görə, o, Əbu Müslim Xorasaninin qızı Fatimənin oğlu Mütəhhərin nəslindən imiş. İkinci nəzəriyyəyə əsasən, Babək Cənubi Azərbaycanın Miməd nahiyəsindəki Bilalabad kəndində yaşayan bir qadınla əslən Mədain şəhərindən olan Abdullah adlı yağsatan kişinin izdivacından doğulmuşdu. Atasını uşaq vaxtı itirmiş Babək yerli hakimlərə xidmət edib, çobanlıqla məşğul olurdu. Babək təqribən hicri 201-ci ildən (miladi 816-817), yaxud bundan azacıq əvvəldən xürrəmilər hərəkatına rəhbərlik etməyə başlayır. Ondan əvvəl Ərdəbil ətrafındakı xürrəmi icmasına Şəhrək oğlu Cavidan adlı şəxs başçılıq edirmiş. Lakin tarix kitablarından belə məlum olur ki, Cavidanın başçılığı dövründə hərəkat miqyasca dar və ideya baxımından qeyri-yetkin formada imiş. Belə ki, tarixi məlumatlar Cavidanın fəaliyyətinin quldurluq və soyğunçuluqla məhdudlaşdığını düşünməyə əsas verir. Cavidən digər dəstə başçısı ilə savaşda yaralanıb həlak olduqdan sonra, Babək xürrəmi dəstəsinin başında onun yerini tutur. Babəkin şəxsiyyəti və əqidəsi barədə tarix kitablarındakı məlumatlar, yuxarıda dediyimiz kimi, ziddiyyətli və qərəzli olduğu üçün, bu barədə söhbət açmağı məqsədəuyğun bilmirik. Onunla müasir olmuş və ya az sonra yaşamış tarixçilər Babəki və xürrəmilər hərəkatının sair iştirakçılarını İslamdan kənar, mürtədd, şərabı, zinanı halal bilən, tənasüxə (ruhun bədəndən bədənə keçməsinə) inanan bir məzhəb kimi tanıtdırmışlar. Onların əxlaqi pozğunluğu barədə oxucuda nifrət oyadan məsələlər kitablarda xüsusilə qabardılır. Lakin hətta xürrəmiləri tənqid edib ləkələyən tarixçilərin də sözləri üst-üstə düşmür. Çünki onların bəziləri xürrəmiləri atəşpərəst, bəziləri zindiq və mürtədd (dindən dönmüş), bəziləri batini, bəziləri isə ibahiyyə sufisi adlandırmışlar. Zənnimizcə, Babəki və onun rəhbərlik etdiyi xürrəmilər hərəkatının üzvlərini İslamdan kənar və mürtədd kimi təqdim etmək həqiqətə uyğun deyildir.

Onların islami əqidəsinin nə qədər düzgün olub-olmadığını dəqiqliklə söyləmək çətin olsa da, hər halda, tamamilə, İslamdan kənar olduqlarını iddia etmək də yanlışdır. Dediklərimizi sübuta yetirmək üçün aşağıda bir neçə dəlil gətirəcəyik. Öncə bunu qeyd edirik ki, bəyan edəcəyimiz nəzəriyyənin yüz faiz həqiqətə uyğun olduğunu iddia etmirik. Biz yalnız əldə olan bəzi sübutları sadalamaqla, onlar arasında əlaqə qurmağa çalışacağıq. Bu nəzəriyyənin doğruluğunu araşdırmaq üçün daha geniş həcmli tədqiqatlar tələb olunduğunu zənn edirik. Bəzi salnamələrin xəbər verdiyi kimi, Babəkin əsl adı Həsən, atasının adı Abdullah imiş. Babəklə birlikdə ələ keçirilib, Bağdadda edam olunmuş qardaşının da adı kitablarda Abdullah kimi yazılıb. Bütün bu adların müsəlman mənşəli olması Babəkin müsəlman olduğunu ehtimal etməyə əsas verir. Babək hicri 201-ci ildə (miladi 816-817) xəlifə qoşunlarının əleyhinə irimiqyaslı hərbi əməliyyatlara başlamışdır. Bu, xilafət üçün böhranla dolu il idi. Xilafət torpaqları başdan-başa üsyanlara qərq olmuşdu. Əbus-Sərayanın başçılıq etdiyi möhtəşəm üsyan yenicə yatırılmışdı. Əl-Cəzirədə Nəsr ibn Şibsin tərəfdarları ağalıq edirdi. Misir demək olar ki, nəzarətdən çıxmışdı və üsyançıların əlində idi. Belə bir vaxtda mövcud «qaynar nöqtələr» cərgəsinə xürrəmilər hərəkatının timsalında daha biri də əlavə olundu. Yuxarıda adları çəkilən hərəkatların heç biri anti-İslam xarakteri daşımırdı. Əksinə, bu qiyamların hər biri islami motivə malik idi. Məhəmməd ibn Cəfər Dibacın və Əbus-Sərayanın qiyamları açıq-aşkar şiə təmayülü ilə seçilirdi. Nəsr ibn Şibs və Misir qiyamçıları da müsəlman olduqlarını gizlətmirdilər. Xilafətdə ciddi hakimiyyət böhranı da yaşanırdı. Bağdadda xəlifəni hakimiyyətdən uzaqlaşdırıb, əmisi İbrahim ibn Mehdini taxta çıxarmaq üçün hazırlıq görülürdü. Bundan bir qədər əvvəl xilafətin adlı-sanlı sərkərdəsi, Əminə qarşı müharibədə şöhrət qazanmış Hərsəmə ibn Əyən saray intriqalarının qurbanı olmuşdu.

Babək hərəkatının başlamasında sonuncu amilin (Hərsəmə ibn Əyənin qətli) rolu bir çox tarixçilərin də diqqətindən yayınmamışdır. Yəqubi və sair tarixçilər yazırlar ki, Hərsəmənin oğlu Hatəm Ərməniyyə bölgəsinə vali təyin edilmişdi. Atasının başına gələn hadisələrdən xəbər tutan kimi, Hatəm xilafətə qarşı çıxış etməyə hazırlaşır. Bu məqsədlə o, yerli hakimlərlə razılaşmalar yaradır, həmçinin, Babəklə danışıqlara başlayır. Az sonra Hatəm vəfat etsə də, bu, Babək üsyanının çiçəklənməsinə mane olmur. Silahlı qiyam üçün əlverişli fürsət yarandığını anlayan Babək hicri 201-ci ildə hərəkata başlayır. Unutmaq olmaz ki, Məmun məhz bir-birinin ardınca törəyən şiə təmayüllü üsyanları zərərsizləşdirmək üçün hicri 201-ci ildə İmam Rzanı (ə) özünə vəliəhd təyin etmişdi. Mümkündür ki, xəlifəni qorxuya salan və şiələrə güzəştə getməyə məcbur edən amillərdən biri də Babəkin üsyanı imiş. Babək hərəkatının İslam çərçivəsi daxilində mövcud olduğunu söyləməyə əsas verən sübutlardan biri də bəzi tarixi mənbələrdə rast gəlinən məlumatlardır. Xürrəmilərə qarşı yönələn və üstünlük təşkil edən qərəzli böhtanlarla yanaşı, bəzi salnaməçilərin yazılarında maraqlı faktlar da gözə çarpır. Məsələn, din və məzhəblərin təsnifatı mövzusunda qələmə alınmış qədim və orijinal mənbələrdən sayılan «Təbsirət-ül-əvam fi mərifəti məqalat-il-ənam» kitabında (müəllifi – Seyyid Mürtəza ibn Dai Həsəni Razi) xürrəmilər İslam məzhəbləri sırasında, Əbu Müslimiyyənin qolu olaraq göstərilir. Müəllif bu təriqət tərəfdarlarının özlərini şiə saydıqlarını yazır, lakin bunun həqiqətə uyğun olmadığını bildirir. Onun fikrincə, Əbu Müslimiyyə təriqəti nə tamamilə şiə, nə də əhli-sünnə əqidəsinə uyğun gəlmir: «On yeddinci firqə – Əbu Müslimiyyə. Bu firqəni ona görə şiələrə aid edirlər ki, o (Əbu Müslim Xorasani) qiyam edib, Allahın və Ali-Məhəmmədin Bəni-Üməyyəyə mənsub düşmənlərindən xeyli hissəsini qırmışdı. Bil ki, bu fikir səhvdir və Əbu Müslimilər nə şiədən, nə də əhli-sünnədəndirlər. Çünki Əbu Müslim imamətin şiələr deyən kimi, ilahi göstərişlə və sünnilər deyən kimi, seçki əsasında deyil, irsən keçməsinə inanırdı». Kitabda yazılanlardan belə aydın olur ki, Əbu Müslimiyyə firqəsi üç dəstəyə bölünmüşdür. Bu dəstələrin hər üçü imamətin Bəni-Abbas qoluna mənsub olduğuna etiqad bəsləyirdi. Fərq – Abbasi imamığının hansı nəsillə ötürülməsində idi. Əbu Müslimiyyənin ikinci dəstəsi haqqında söhbət açan müəllif, onları «rəzzamiyyə» adlandırır və yazır: «Onlar deyirlər ki, Mühəmməd ibn Əli (ibn Abdullah ibn Abbas ibn Əbdülmüttəlib) imaməti öz oğlu İbrahimə vəsiyyət etdi. Əbu Müslim hərəkata başlayanda İbrahim ona qoşuldu, Əbu Müslim isə camaatı ona tabe olmağa çağırırdı.

Bu əqidənin tərəfdarları gizlində bunu iddia edirlər ki, Əbu Müslim dəlillər və möcüzələr sahibi idi. Bu dəstəyə «xürrəmiyyə» də deyirlər. Onlar sələflərinin şəhərlərinə səpələniblər. Başçılarının adı Rəzzam idi, buna görə onları «rəzzamiyyə» adlandırırlar…». Bir neçə sətr sonra müəllif yazır: «Bil ki, bu tayfanı (Əbu Müslimiyyəni) hər yerdə ayrı-ayrı ləqəblərlə çağırırlar. İsfahan və ətrafında onlara «xürrəmiyyə», Qəzvin və Reydə «məzdəki» və «sünbadi», Maheyndə «mühəmmərə», Azərbaycanda «qovliyyə» və Mavəra-ün-nəhrdə (Orta Asiyada) «müğan» deyirlər» (səh. 178-181). Sonra müəllif ismaili məzhəbindən söz açaraq, bir daha xürrəmilər, mühəmmirə və babəkilər haqqında məlumat verir və bu dəfə həmin dəstələri ismaililərə aid edir: «On səkkizinci firqə – İsmaililər. Onları «batiniyyə», «qəramitə», «xürrəmiyyə», «səbiyyə», «babəkiyyə» və «mühəmmirə» çağırırlar». Yenə həmin kitabda oxuyuruq ki, babəkiyyə təriqəti Babək tərəfdarlarından ibarətdir (Babəkin barəsində burada da bəzi təhqiramiz ifadələr vardır). Şəhristaniyə mənsub «əl-Miləlu vən-nihəl» kitabında da xürrəmilər «ğaliyə» (ifratçılar) başlığı altında yerləşdirilib. Müəllif ğaliyə firqəsini şiəliyin adı ilə bağlayaraq yazır: «Hər şəhərdə onların öz ləqəbləri var. İsfahanda onlara «xürrəmiyyə» və «kuziyyə», Reydə – «məzdəkiyyə» və «sunbaziyyə», Azərbaycanda – «duquliyyə», başqa bir yerdə – «mühəmmərə» (qırmızılar), Mavəra-ün-nəhrdə isə «mübəyyəzə» (ağlar) deyirlər». Müasir dövrdə yazılan bəzi mənbələrdə də Babəkin islami əqidəyə malik olması və hətta ifrat şiələrdən sayılması barədə məlumatlar özünə yer alıb (Əlbəttə, məqalədək söhbət müasir anlamdakı şiəlikdən getmir, belə ki, xürrəmilər Əlinin deyil, Haşimilərin başqa qolunun tərəfdarı idilər). Məsələn, Abdullah Mübəlliği Abadaninin qələmə aldığı 3 cildlik «Tarix-e-ədyan və məzahib-e-cəhan» kitabında oxuyuruq: «Babək Xürrəmdinin firqəsi. Onlar Babəkin dostları və tərəfdarlarıdır; «babəkiyyə» adı ilə tanınırlar və ifrat şiələrdəndirlər. Babək xürrəmdin firqəsinin ən böyük rəhbəri idi; pəhləvi dilində ona «Papək», ərəb dilində «Babək» deyirdilər» (III, 1386) (Qeyd etməyi lazım bilirik ki, haqqında danışılan kitab İslam elmlərinin, xüsusilə, tarix, ənsab, rical və hədis sahələrinin mahir mütəxəssisi mərhum Ayətullah-ül-üzma Seyyid Şihabəddin Mərəşi Nəcəfinin məsləhəti və redaktəsi ilə hazırlanmışdır).

Bəzi salnamələrdə xürrəmiləri «rafizi» adlandırmışlar. Məlum olduğu kimi, İslam tarixi boyunca şiə məzhəbi müxalif cəbhə tərəfindən «rafizi» (yəni dindən çıxmış) adlandırılırdı. Xürrəmilərin bu «fəxri» ada layiq görülməsi onların şiə meylli olduğuna bir işarə kimi başa düşülməlidir. Deyilənləri ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olar ki, Babəkin başçılıq etdiyi xürrəmilər qiyamı böyük ehtimala görə, Əbu Müslim tərəfindən başlanmış dəvət hərəkatının bir qolu imiş. Əbu Müslim hakimiyyəti ələ keçirmək uğrunda imamət faktorundan faydalanaraq, imamətin vəsiyyətə əsasən, Abbasilərə ötürüldüyünü iddia edirdi. Əhli-beyt şiələri də bu hərəkatda Abbasi dəvətçiləri ilə çiyin-çiyinə çıxış edirdilər. Lakin Abbasilər hakimiyyətdə möhkəmləndikdən sonra nəinki Bəni-Haşimin sair qollarının haqqını qaytarmadılar, hətta Əbu Müslimi aradan götürdülər. Bu isə onun tərəfdarlarının hakim sülaləyə olan inamını kökündən sarsıtdı. Əbu Müslimin keçmiş silahdaşları qan töküb qurban verdikləri ideyanın tamam başqa məqsədlərə tabe etdirilməsi ilə barışa bilmirdilər.

Vəziyyət elə gətirmişdi ki, Abbasiləri taxt-taca gətirmiş qüvvə dövlət işlərinə zərrəcə nüfuz etmək imkanına malik deyildi. Nə xəlifə seçkisi, nə yerlərə valilərin təyinatı zamanı Əbu Müslim qiyamının başçılarının rəyi soruşulmurdu. Zənnimizcə, bu narazılıq qığılcımları həmin qüvvələrin təşkilatlanaraq, hakim rejimə qarşı silahlı müqavimət hərəkatına başlamasına təkan vermişdir. İllər ötdükcə, dövlətdən narazılıq motivləri inkişaf edərək, ümumilikdə ərəblərin ağalığına qarşı yönəlməyə başladı. Xilafət valilərinin özbaşınalığı sayəsində xürrəmilər hərəkatının ideya əsaslarına, ərəblərə qarşı nifrət çaları da əlavə oldu.

Beləliklə, başlanğıcda çox bəsit ideoloji əsaslara malik olan bu hərəkat 70 il ərzində inkişaf edərək, qeyri-ərəb millətlərin azadlıq hərəkatı səviyyəsinə kimi yüksəldi. Artıq xürrəmilər hərəkatı Əməviləri devirərək, Abbasiləri hakimiyyətə gətirmək istəyən Əbu Müslim qiyamının ideyalarından fərqli olan ideyaları daşıyırdı. Bu hərəkat zor və hiylə gücünə hakimiyyətə gəlmiş, keçmiş müttəfiqlərini qılınc və zəhərlə aradan götürməyə adət etmiş, onun üçün hakimiyyətə yol açan kütlələrin azadlığını kobud surətdə tapdalamış sülaləyə qarşı yönəlmişdi. Xürrəmilər İslamla deyil, İslamı öz əlində vasitəyə çevirmiş xəlifə sarayı ilə düşmən idilər. İllər ötdükcə, xilafətə qarşı mübarizədə öz məğlubiyyətləri hesabına təcrübə toplamış xürrəmilər, nəhayət, miladi IX əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğlu Babəkin timsalında bacarıqlı bir rəhbər əldə etmiş oldular.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor