Sabiq deputatlar hazırda nə edir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:38 | Şərh sayı: (0) | Baxılıb: 223
Sabiq deputatlar hazırda nə edir?
Kimi siyasi fəaliyyətini davam etdirir, kimi də bizneslə məşğul olur...
3 ay öncə Azərbaycanın 5-ci çağırış Milli Məclisi formalaşdı. Ötən çağırış parlamentdə təmsil olunan bəzi deputatlar bu dəfə seçilmədilər. Deputat mandatından məhrum olanlardan bir neçəsi universitet rektorudur və onlar rəhbərlik etdikləri təhsil müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Sabiq deputatlardan bəziləri siyasi fəaliyyətini davam etdirir, bəziləri isə ümumiyyətlə, ictimai sektordan kənarlaşdı. Vaxtaşırı mətbuata açıqlamalar verən sabit millət vəkilləri mediaya görünməz oldu.
“Yeni Müsavat” bəzi sabiq millət vəkilləri ilə əlaqə saxlayaraq onların hazırkı məşğuliyyətləri ilə maraqlanıb.
Sabiq deputat Ceyhun Osmanlı hazırda biznes sektoruna yönəldiyini və artıq sahibkarlıqla məşğul olduğunu bildirdi: “Hazırda iki istiqamətdə fəaliyyətimi davam etdirirəm. Azərbaycan dilində ”Qarabağ 99" adlı kitab dərc etmişdik, hazırda kitabın ingilis və fransız dillərinə tərcümələrini hazırlayırıq. Bu birinci fəaliyyət istiqamətimdir. İkinci istiqamətə gəlincə, sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən planlar var. Hazırda da onları həyata keçirməyə çalışırıq. Bir sözlə, gələcəkdə biznes sahəsinə üstünlük verəcəyik. Eyni zamanda daha çox səfərlər edirəm. Bundan əlavə, xarici strukturlarda iri layihələrdə konsultant kimi də çıxış edirəm. İrimiqyaslı beynəlxalq işlər hazırda məni daha çox cəlb edir".
Növbəti parlament seçkilərində namizədliyini verib-verməyəcəyinə gəlincə, Ceyhun Osmanlı bu haqda bir fikrinin olmadığını dedi: “Növbəti parlament seçkilərinə 5 il var. O vaxta kimi çox şey dəyişə bilər. Hələlik elə bir fikrim yoxdur. Hazırda məni düşündürən sahibkarlıq fəaliyyətimi inkişaf etdirməkdir”.
Sabiq deputat Aydın Abbasov isə kənd təsərrüfatı sahəsində işlər apardığını dedi: “Müxtəlif yollarla dövlətimizə xeyir gətirməyə çalışırıq. Kənd təsərrüfatı, yeni texnologiyalar sahəsində müxtəlif işlərimiz davam edir”.
“Növbəti parlament seçkilərinə qatılacaqsınızmı” sualını cavablandıran Aydın Abbasov bunun seçicilərinin rəyindən asılı olduğunu dedi: “İki çağırışda parlamentin deputatı olmuşam və seçicilər tərəfindən seçilmişəm. Millət vəkili olmaq üçün xalqın iradəsi əsasdır. Hər şey onların istəyi ilə həyata keçir. Hesab edirəm ki, seçicilərimiz bu məsəldə ən düzgün fikir formalaşdıran və fikir bildirən sosiumdur. Gələcək göstərəcək...”
Millət vəkili İqbal Ağazadə isə siyasi fəaliyyətini davam etdirdiyini dedi: “Ümid Partiyasının sədri olaraq partiya fəaliyyətimizi davam ediririk. Partiyadaxili işlərlə məşğuluq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər