"Şantajla, böhtanla, yalanla deyil..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 19:22 | Şərh sayı: (0) | Baxılıb: 292
"Şantajla, böhtanla, yalanla deyil..."
Namizədliyi 82 saylı Ağcabədi seçki dairəsindən irəli sürülən millət vəkili Tahir Rzayev bildirib ki, 50 imza belə toplaya bilməyənlər millət vəkili olmaq istəyir, özünü tərifləyir: "Elə sözlər danışırılar ki, adam dəhşətə gəlir".
T.Rzayev Milli.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, elə adamlar var ki, heç bir fəaliyyətləri, dəstəyi yoxdur, amma namizədliyini irəli sürürlər: "Onlar arasında 50 imza belə toplaya bilməyənlər olur: "Rəqiblərin güclü olmasına gəlincə, namizədliyini verənlər müəyyən dərəcədə özünə güvənən insanlardır. Hər bir namizəd birinci seçicilərin etmadına layiq olmalıdır. Elə adamlar var ki, onu heç öz kəndində tanımırlar. Heç bir hörməti yoxdur. Gəlib öz namizədliyini verirlər. Sonra mətbuat işçiləri qarşısında elə sözlər danışırlar ki, adam dəhşətə gəlir".
Onun sözlərinə görə, xalqdan dəstək alan hər bir namizəd güclüdür: "Hər kəs özünə inanmalıdır. Mən öz seçicilərimə inanıram. Onlar üç dəfə mənə etimad göstəriblər, 3 dəfə məni milli məclisə deputat seçiblər. YAP tərəfindən mən dəstək almışam".
"Heç kəs haqqında deyə bilmərəm ki, filankəs çox zəifdir, filankəs çox güclüdür. Arzu edirəm ki, onlar namizəd kimi rəqabət aparsınlar. Şantajla, böhtanla, yalanla deyil, seçicilərin rəğbətini qazanaraq seçkilərə getsinlər və səs qazansınlar", - deyə millət vəkili bildirib.
Aynurə Məmmədova
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər