Yeni millət vəkili: "Bu hadisənin təxribat olub-olmaması yoxlanılacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 20:00 | Şərh sayı: (0) | Baxılıb: 331
Yeni millət vəkili: "Bu hadisənin təxribat olub-olmaması yoxlanılacaq"
""Günəşli" yatağında baş verən hadisədə birinci məsuliyyət Dövlət Neft Şirkətinin müvafiq strukturlarının üzərinə düşür".
Bunu AzNews.az-a Milli Məclisin deputatı Tahir Kərimli bildirib. Onun sözlərinə görə, bütün məsələlərdə təhlükəsizlik sistemləri yoxlanılmalı idi:
"Dənizdə işləyənlər meteoroloqlarla əlaqəli olurlar. Küləyin vəziyyətini əvvəlcədən bilirlər. Mənim məlumatıma görə, həmin anda BP və digər təşkilatlar hadisənin qarşısını almaq üçün nəzarətində olan əməkdaşlarını sahilə gətiriblər. O insanları vaxtında sahilə gətirmək lazım idi. Bəlkə, külək uzun çəkəcəkdi? Bunu nəzərə almalı idilər".
T.Kərimli vurğulayıb ki, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları bu hadisədə öz vəzifələrini layiqincə yerinə yetiriblər: "Nazirliyin əməkdaşları hadisə yerində xeyli sayda insan xilas ediblər, itkin düşənlər axtarılır. Yanğın hələ də davam edir".
Millət vəkili bu hadisədə xüsusi olaraq, iki variant önə çəkib: "Birincisi, tədbir görülüb insanlar əvvəlcədən sahilə gətirilməli idi. İkincisi isə boru xətləri ciddi şəkildə yoxlanılmalı idi. Dövlət komissiya yaradıb. Hətta bu komissiyaya Milli Təhlükəsizilik Nazirliyinin də əməkdaşları cəlb olunublar. Bu hadisənin təxribat olub-olmaması yoxlanılıb, cinayət işində əli olanlar məsuliyyətə cəlb olunacaqlar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər