MM-in İqtisadi-siyasət komitəsinin üzvü: “Məgər dollar bahalaşıb? Neçəyə olub ki?” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 16:08 | Şərh sayı: (0) | Baxılıb: 367
MM-in İqtisadi-siyasət komitəsinin üzvü: “Məgər dollar bahalaşıb? Neçəyə olub ki?”
Məlum olduğu kimi, bu gün ölkənin əsas gündəmi manatın təxminən 50 faizə qədər ucuzlaşmasıdır. Millət vəkilləri, ictimai-siyasi xadimlər və ekspertlər manatın devalvasiyası barədə açıqlamalar verir, çıxış yolu üçün təkliflər irəli sürürlər.
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı açıqlama almaq üçün millət vəkili İlham Əliyevlə əlaqə saxlayıb. Milli Məclisin İqtisadi-siyasət Komitəsinin üzvü İ.Əliyevin cavabı isə sözün əsl mənasında təəccüb doğurub: “Məgər dollar bahalaşıb? Mənim xəbərim yoxdur. Nə vaxt qalxıb? Neçəyə olub ki?”.
Azərbaycanda olmadığını deyən millət vəkili baş verənlərlə bağlı məlumatsız olduğu üçün şərh verə bilmədiyini deyib. Həmin komitənin digər üzvü, millət vəkili Xanhüseyn Kazımlı isə məsələdən xəbərdar olsa da bu barədə şərh vermək istəmədiyini deyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər