Əli Abbasovun işdən azad edilməsinin SƏBƏBLƏRİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 20:39 | Şərh sayı: (0) | Baxılıb: 632
Əli Abbasovun işdən azad edilməsinin SƏBƏBLƏRİ
Azərbaycanda dövlət vəzifələrindən şəxsi maraqları naminə istifadə edən, qanunlara riayət etməyən, öz vəzifələrini yerinə yetirməyən məmurların cəzalandırılması prosesi davam edir. Son aylarda onlarla yüksək vəzifəli məmur öz vəzifəsindən azad edilib və məsuliyyətə cəlb olunub. Ölkə prezidenti son aylardakı çıxışlarında dəfələrlə belə məmurları sərt xəbərdarlıq etmişdi və bildirmişdi ki ölkədə heç kim toxunulmaz deyil- qanunlara riayət etməyən, öz vəzifəsindən sui-istifadə edən şəxslər ən sərt şəkildə cəzalandırlacaqdır. Qısa vaxt keçdikdən sonra prezidentin bu xəbərdarlığının heç də adi söz olmadığı aydın oldu. Belə ki, son 1 ayda onlarla yüksək rütbəli dövlət məmuru yol verdiyi nöqsanlara görə ağır formada cəzalandırıldı. Bu porses davam edir.
Ixlas.Az azadinform-a istinadən bildirir ki, bu gün isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezidentin sərəncamı ilə işdən azad edildi. Azadinform Əli Abbasovun vəzifəsindən azad edilmənin səbəbləri haqda məlumat əldə edib.
Məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RTYN) rəhbər vəzifədə çalışan şəxsləri də cəlb edib.
Belə ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
Prezident İlham Əliyev ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi dəfələrlə tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.
İlkin araşdırmalar göstərib ki, nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları" da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.
Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da var.
Əldə etdiyimiz məlumata görə, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb. Lakin faktlar göstərir ki, bəzi yüksək rütbəli dövlət məmurları bu tələbləri qulaqardına vurub, xalqın, dövlətin mənafeyi üçün çalışmaq əvəzinə yalnız şəxsi mənfəətlərini təmin ediblər. Nəticədə dövlət rəhbəri tərəfindən layiqli cəzalarını alıblar.
Beləliklə, dövlət siyasətini düzgün həyata keçirməyən, öz vəzifəsindən sui-istifadə edən məmurların ciddi cəzalandırılması davam edir. Ölkə prezidenti bununla bağlı qəti iradəsini ortaya qoyub. Amma əsas məsələ təkcə bu deyil. Dövlət başçısının bu istiqamətdə fəaliyyəti təkcə belə məmurların vəzifədən azad edilməsi və həbs edilməsi ilə yekunlaşmır. Bu fəaliyyət son 1 ayda ölkə Prezidentinin təşəbbüsü və birbaşa tapşırığı ilə sahibkarların yoxlanmasını 2 illiyə dayandırılması, Vergi Məcəlləsinə müsbət dəyişiliklər edilməsi, gömrük sistemində mal keçirilməsi ilə bağlı dəyişikliklər kimi vətəndaşların xeyrinə olan çoxsaylı məsələləri əhatə edir.
Bu tendensiya onu deməyə əsas verir ki, yaxın vaxtda ölkədəki bütün problemlər öz həllini tapacaq və Azərbaycanın inkişafı üçün heç bir maneə qalmayacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər