RSS
 

Login:
Şifrə:
» » İmam Mehdi (ə.f) Peyğəmbərin (s) əmisi Abbasın nəslindəndirmi?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Mehdi (ə.f) Peyğəmbərin (s) əmisi Abbasın nəslindəndirmi?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-01-2016, 11:15 | Şərh sayı: (0) | Baxılıb: 431

İmam Mehdi (ə.f) Peyğəmbərin (s) əmisi Abbasın nəslindəndirmi?


İmam Mehdi (ə.f) Peyğəmbərin (s) əmisi Abbasın nəslindəndirmi?Əhli-sünnənin bəzi alim və müəllifləri hədislər nəql edərək İmam Mehdinin (ə.f) Peyğəmbərin (s) əmisi Abbasın nəslindən olduğunu qeyd etmişlər. Bu qəbildən olan hədislər İmamın (ə.f) əsil-nəcabətinin araşdırılmasına maneə hesab oluna bilər. İndi isə həmin hədislərin təhlili və araşdırılmasına keçək:
a) İmam Mehdinin (ə.f) aşkar şəkildə deyil, icmali formada Abbasın nəslindən olduğunu bəyan edən hədislər.
Bu qəbil hədislər “bayraqlar” (rayat) barədə nəql olunan hədislərlə inhisarlanıb. Bu qəbil hədislərdən bir neçəsinə işarə edək:
Əhməd öz “Müsnəd” kitabında Subandan Peyğəmbərin (s) belə dediyini nəql edir:
“Məşriqdən (Xorasan tərəfdən) ucalan qara bayraqları gördüyünüz zaman qar və buzun üzərində sürünərək (çətin bir iş) olsa da belə, onlara tərəf tələsin. Yəqin bilin ki, Allahın xəlifəsi Mehdi (ə.f) onların arasındadır”.[1]
Bu hədisin bənzərini də İbn Macə öz “Sünən”ində nəql etmişdir.[2] Həmçinin Tirmizi öz sənədinə əsasən, Əbu Hüreyrədən Allah Rəsulunun (s) belə dediyini nəql edir:
“Məşriqdən (Xorasan tərəfdən) qara bayraqlar qaldırılacaq. Beytül-Müqəddəsdə sancılıb dalğalanıncaya qədər heç bir şey onlara mane ola bilməyəcək və ...”[3]
Baxmayaraq ki, bu hədislərdə İmam Mehdinin (ə.f) Abbasın övladlarından olmasından söz getmir, lakin bəziləri bu hədislərdən belə bir çıxarış etmiş və İmamı (ə.f) Abbasın övladlarından hesab etmişlər. Əbu Müslim Xorasani qara bayraq qaldıraraq Xorasandan qiyama başlayıb Abbasi hökumətinin təməlini qoydu. Buna görə də bu hədisləri ona şamil edərək onu Mehdi kimi qələmə verdilər.[4]

Təhlil və araşdırma
Qeyd olunan hədislər isə vəd olunan İmam Mehdinin (ə.f) Abbasın nəslindən olması iddiasını təsdiqləyəcək dərəcədə aşkar və aydın deyil. Bu hədislərdən belə bir qənaətə gəlmək yanlışdır. Belə ki əhli-sünnə alimlərindən bir qrupu da bu hədislərin dəlalətini və istinad mənbəyini zəif hesab etmişlər. Digər tərəfdən də qeyd olunan hədislər bu mövzu barədə nəql olunmuş mütəvatir [5] və müztəfiz[6] hədislərlə ziddiyyət təşkil etdiyindən zəif və etimadsız hesab olunur.
Bu hədislərin zəifliyinə dəlalət edən amillərdən biri də Əhmədin və İbn Macənin nəql etdiyi bu hədisləri bir qrup alimin zəif hesab etməsidir. İbn Qəyyim deyir:
“Bu hədislər hökumət qurmuş Abbasi Mehdisinin axırəz-zamanda zühur edəcək vəd olunmuş həmin Mehdi (ə.f) olmasını isbat etmir.” [7]
Abbasilərin Mehdisi nə axırəz-zamanı görmüş, nə abbasilər ona (Kəbədə) rükn və məqam arasında beyt etmişdir. Bundan başqa nə Dəccalı öldürmüşdür, nə İsa Məsih (ə) onun arxasında namaz qılmışdır və nə də onun zamanında hər hansısa bir qoşun torpağa batmışdır. Xülasə, onların dönəmində İmam Mehdinin (ə.f) zühur əlamətlərindən heç olmasa biri də olsun belə aşkar olmamışdır.
İbn Kəsir Tirmizinin nəql etdiyi hədis barədə belə deyir:
“Hədisdə Əbu Müslimin qaldırdığı bayraqlardan yox, Mehdi (ə.f) ilə birlikdə qaldırılacaq başqa qara bayraqlardan söhbət gedir. Bu hədisin vəsf etdiyi axırəz-zamanda zühur edəcək vəd olunmuş Mehdidir (ə.f). O, ilk öncə Məşriqdən zühur edəcək. Abbasi xəlifətinin iddiaçıları və təbliğatçıları öz mövqelərini möhkəmləndirməkdən ötrü belə hədislərə mənəvi don geyindirərək təhrif etmişlər. Bu məqsədlə uydurulan hədislər də bu fikri təsdiqləməkdədir“.[8]
b) Mehdinin Abbasın nəslindən olmasına aşkar şəkildə dəlalət edən hədislər.
Bəzi hədislər şiələrin İmam Mehdinin (ə.f) əsil-nəcabəti barədə nəql etdikləri hədislərin ziddinədir. Bəzi əhli-sünnə mənbələrində bu qəbil hədislər nəql edilib:

1. “Mehdi (ə.f) Abbasın övladlarındandır”[ المهدی من ولد العباس عمی [9
Hədisin sənədi belədir: “Nəim ibn Hamid Vəliddən, o da Şeyxdən, o da Yezid ibn Vəlid Xüzaidən, o da Kəbdən nəql edir...”
Bu hədisi nəql edənlər arasında “Şeyx” adlı naməlum bir şəxsin olması hədisin zəifliyini göstərir.
Darqutni Muhəmməd ibn Vəlidin bu hədisi təhrif edərək dəyişdirdiyini və “Bəni-Haşimdəndir” yerinə “Abbasın övladlarındandır” dediyini söyləyərək bunu əhəd hədis[10] kimi nəql edir.
İbn Cövzi bu barədə belə deyir:
“Bu hədisin sənədində Muhəmməd ibn Vəlid adlı şəxs vardır. O, hədisləri uyduraraq bir-birinə calayır, onlardan oğurlayır, hədisin mətnini və sənədini təhrif edərək dəyişdirir”.[11]
Səmhudi sözügedən hədis barədə belə deyir:
“Bu hədis mötəbər deyil. Çünki onun raviləri arasında Muhəmməd ibn Vəlid adlı şəxs vardır ki, hədis uyduranlardandır”.[12]
Bu hədisi İbn Hacər [13], Casim Əlbani [14], Məcdi ibn Mənsur [15], Əbülfeyz Ximari [16] və Süyuti [17] də həmçinin zəif hesab etmişlər.

2. “Ey Əmi! Allah-taala bu ümmətə mənim vasitəmlə qazandırdığı zəfəri sənin nəslindən olan bir kişinin vasitəsi ilə tamamlayacaqdır”. [18]
یا عمی بی فتح الله هذه الامة و سیختمه برجل من ولدک
Bu hədis Abbasın övladlarından olacaq bir nəfərin qiyam edəcəyinə dəlalət etsə də, Süyuti bu hədisi uydurma hesab edir. İbn Vərdi bu hədisi İbn Ömərdən nəql edərək mürsəl hesab etmişdir.[19]

3. Peyğəmbər (s) buyurdu: “Ey Abbas! Abbas cavab verdi: “Bəli, ey Allahın Rəsulu (ə)!” Peyğəmbər buyurdu: “Ey Peyğəmbərin (ə) əmisi, həqiqətən də Allah İslamı mənimlə başlatdı və sənin nəslindən olan bir cavanla tamamlayacaq. O, İsa ibn Məryəmdən (ə) öndə olan şəxsdir. [20]
یا عباس! قال: لبیک یا رسول الله! فقال: یا عم النبی! ان الله ابتدا بی الاسلام و سیختمه بغلام من ولدک و هو الذی یتقدم لعیسی بن مریم
Süyuti [21] həmçinin bu hədisi də qondarma və uydurma hesab etmişdir. Bu hədisi Xətib Bağdadi nəql edir ki, sənədində Muhəmməd ibn Müxild adlı bir şəxs vardır.[22]
Zəhəbi onun barəsində belə deyir:
“Hədis Muhəmməd ibn Müxild Əttar tərəfindən nəql olunmuşdur. Bu hədisin doğru olmamasının səbəbi də elə odur. Maraqlıdır ki, Xətib öz tarix kitabında bu hədisi nəql etmiş, amma zəif hesab etməmişdir. Sanki onun sükut etməsi Muhəmməd ibn Müxildin açıq-aşkar rüsvayçılığının nişanəsidir”.[23]

4. II əsrdə Abbasi hökumətinin qurulacağından xəbər verən hədislər.
Xətib Bağdadi [24] və İbn Əsakir [25] Ümmü Fəzldən belə nəql olunduğunu qeyd edirlər: “Peyğəmbər (ə) əmisi Abbasa dedi: “Ey Abbas! 135-ci il (h.q) sona çatdıqda bu il sənə və sənin övladlarından olan Səffah, Mənsur və Mehdiyə aid olacaq”.
Bir qrup bu hədisə söykənərək Mehdinin (ə.f) Abbasın nəslindən olduğunu iddia etmişlər. Halbuki, hədis qondarma və zəifdir. Zəhəbi bu hədis barədə belə deyir:
“Bu hədisin sənədində Əhməd ibn Raşid Hilali adlı bir şəxs vardır. O, bu batil hədisi Hənzələ vasitəsi ilə Səid ibn Xeysəmin hədislərinə əsasən nəql etmişdir. Əhməd ibn Raşid bu hədisi nadanlığı üzündən uydurmuşdur”.[26]
Diqqət etsəniz Əhməd ibn Raşidin necə nadan birisi olmasını görəcəksiniz. O, Abbasi hökumətinin 135-ci ildə (h.q) deyil, 132-ci ildə (h.q) qurulmasından belə xəbərsizdir. Digər tərəfdən isə Peyğəmbərin (s) zamanında hicri tarixi müsəlmanların rəsmi tarixi elan olunmamışdır və Peyğəmbərin (il təyin edərək) belə bir xəbəri verməsi absurddur. Hicri tarixinin müsəlmanların rəsmi tarixi kimi elan olunması Peyğəmbərin (s) vəfatından sonra İmam Əlinin (ə) təklifinə əsasən ikinci xəlifənin dövrünə təsadüf edir.
Buna bənzər başqa bir hədisi isə İbn Kəsir Zəhhakdan İbn Abbasa istinad edərək nəql etmiş və belə demişdir:
“Bu yolun sənədi zəifdir. Çünki Zəhhak səhih yolla İbn Abbasdan heç bir şey eşitməmişdir. Buna görə də qeyd olunan hədis münqətidir“[27].[28]
Hakim isə qeyd olunan hədisi İsmayıl ibn Mühacirə istinad edilən yolla nəql etmişdir.[29] Əbülfeyz Zəhəbinin “alimlər onun zəif bir ravi olması barədə müttəfiqdirlər” dediyini qeyd etmişdir.[30]



[1] Əhməd ibn Hənbəl, Müsnəd, c/5, səh/277, hədis/1336.
[2] İbn Macə, Sünən, c/2, səh/1336, hədis/4082. Hakim Nişapuri də öz kitabında buna bənzər hədis nəql etmişdir. Şeyx Albani də “xəlifətullah” (Allahın xəlifəsi) kəlməsini çıxmaq şərti ilə digər hissəsini səhih hesab etmişdir.
[3] Tirmizi, Sünən, c/4, səh/531, hədis/2269.
[4] Seyid Samir Haşimi Əl-Əmidi, “İntizare Qiqnus”, farscaya tərcümə edən Mehdi Əlizadə, səh/ 95.
[5] Mütəvatir – lüğətdə ardıcıl və dəfələrlə mənasını verir. Lakin hədis terminologiyasında mütəvatir hədis o hədislərdir ki, hədis nəql edənlərinin sayı elə bir həddə çatır ki, onların bu hədisi uydurmadıqlarında heç bir şəkk-şübhəyə yer qalmır.
[6] Müstəfiz – lüğətdə əhatəli və geniş (yayılmış) mənasındadır. Lakin hədis terminologiyasında raviləri üç və daha artıq olan hədislərə deyilir. Lakin təvatür həddinə yetişmir və yəqin əldə etmək üçün kifayət deyildir.
[7] İbn Qəyyim, Əl-məna əl-munif, səh/ 137-138.
[8] Seyid Samir Haşimi Əl-Əmidi, “İntizare Qiqnus”, farscaya tərcümə edən Mehdi Əlizadə, səh/ 96.
[9] Əl-məlahimul fitn, səh/103.
[10] Təvatür həddinə çatmayan hədislərə deyilir.
[11] Seyid Samir Haşimi Əl-Əmidi, “İntizare Qiqnus”, farscaya tərcümə edən Mehdi Əlizadə, səh/ 97.
[12] Münadi, Feyzül qədir fi şərhil camiüs-səğir, c/6, səh/278, hədis/9242.
[13] İbn Həcər Heytəmi, Səvaiqul-muhriqə, s/166.
[14] Əl-Burhan, c/2, səh/591.
[15] Zəxairül-üqba, səh/206.
[16] Süyuti, Əl-haviyil-fətava, c/2, səh/85.
[17] Camiüs-səğir, c/2, səh/552.
[18] Əl-ləaliyul-məsnuə fi əhadisil mövzuə, c/1, səh/397.
[19] İbn Vərdi, Xəridətül-əcaib, səh/199.
[20] Zəxairül-üqba, səh/206, İbn Hacər Heytəmi, Səvaiqül-muhriqə, səh/237, Hindi, Kənzül-ümmal, c/21, səh/271, hədis/38693.
[21] Əl-ləaliyul-məsnuə fi əhadisil mövzuə, c/1, səh/397,434,435.
[22] Xətib Bağdadi, Tarixül-Bağdad, c/3, səh/323, c/4, səh/117.
[23] Zəhəbi, Mizanul-etidal, c/1, səh/89, hədis/328.
[24] Xətib Bağdadi, Tarixül-Bağdad, c/1, səh/63.
[25] İbn Əsakir, Tarixül-Dəməşq, c/4, səh/178.
[26] Zəhəbi, Mizanul-etidal, c/1, səh/92
[27] Münqəti – ərəbcə "məqtu" felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da kəsilmiş, ayrılmış və s. mənalarını ifadə edir. Hədis terminologiyasında isə hədisin hər hansı bir yerində (ya əvvəlində, ya ortasında, ya da sonunda) raviləri arasında bağlılıq olmayan hədislərə deyilir.
[28] İbn Kəsir, Əl-bidayətü vən-nihayə, c/6, səh/246
[29] Hakim Nişapuri, c/4, səh/14
[30] İbrazul vəhmil-məknun, səh/543.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor